“Çox çalışdıq, çox vuruşduq. Lakin qələbə qazana bilmədik”. İdman.com.az saytının məlumatına görə, bunu “Bakı” voleybol klubunun baş məşqçisi Ancelo Vercesi deyib. Braziliyalı mütəxəssis Super Liqanın IX turunda “İqtisadçı”ya 2:3 hesablı məğlubiyyəti şərh edib. Onun sözünə görə, komandası son anda bəzi səhvlər səbəbindən qələbəni əldən verib.
Çalışdırıcı, bu məğlubiyyətin Çellenc kubokunda komandası üçün hansısa psixoloji çətinlik yaratmayacağını da deyib: “Onlarla oyuna ciddi hazırlaşmışıq. Rəqibin oyununun videoyazısını da izləmişik. Heyətlərində hündürboylu və güclü voleybolçular yer alıb. Buna baxmayaraq, oyuna tam köklənib, qalib gəlməyə çalışacağıq”.
Qeyd edək ki, “Bakı” Çellenc kubokunun 1/4 final mərhələsində “Omiçka” (Rusiya) klubu ilə qarşılaşacaq.
|