Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
19/04 | 10:32 Azərbaycan Premyer Liqasında tura Tovuzda start veriləcək
18/04 | 14:22 Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
18/04 | 14:21 Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
18/04 | 11:39 Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
18/04 | 10:47 Azərbaycanın U-17 millisi İnkişaf turnirində iştirak edəcək
18/04 | 10:16 Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
18/04 | 09:17 Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
17/04 | 20:34 Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17/04 | 18:32 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17/04 | 16:48 Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib
17/04 | 15:36 Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
17/04 | 12:40 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
17/04 | 11:49 Azərbaycan bilyardçısı Avropa çempionu olub
17/04 | 11:18 Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar
17/04 | 10:17 Azərbaycan stolüstü tennisçiləri “Türk Dövlətləri” beynəlxalq turnirində mükafat qazanıblar
17/04 | 09:44 Fərid Qayıbov ABŞ-də azərbaycanlı idmançılar və tələbələrlə görüşüb
16/04 | 18:05 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir
16/04 | 17:23 Azərbaycan voleybol çempionatı: yarımfinal mərhələsinin daha bir oyunu keçirilib
16/04 | 15:29 Azərbaycan Premyer Liqası: "Qarabağ” – “Neftçi” görüşünün başlama saatı bəlli olub
16/04 | 13:42 Paytaxtın abad məhəllələrində minifutbol yarışlarına start verilib
16/04 | 12:57 Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək
16/04 | 11:25 Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb
16/04 | 09:23 Azərbaycanın futzal millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək
15/04 | 19:25 Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib
15/04 | 15:50 “Sabah” ardıcıl iki oyunda "Qarabağ"a üç qol vurmaqla tarixə düşüb
15/04 | 15:08 Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək
15/04 | 12:53 Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar
15/04 | 12:01 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
15/04 | 11:49 Azərbaycan para-badmintonçuları İspaniyada beynəlxalq turnirdə iştirak edəcəklər
15/04 | 11:25 Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
15/04 | 10:37 Azərbaycan çempionatında 4-cü turun partiyaları keçirilib, vahid lider bəlli olub
15/04 | 09:49 Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar
14/04 | 22:10 Cüdo üzrə Bakı kəndləri birinciliyi keçirilib
14/04 | 21:32 Azərbaycan cüdoçuları Berlindəki Avropa Kubokunda birinci yeri tutub
14/04 | 20:14 Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Branimir Subaşiç: İddialı klubların çempion olmaq şansları bərabərdir - MÜSAHİBƏ
Tarix: 14.02.2012 | Saat: 19:20:00 | E-mail | Çapa göndər

"Xəzər Lənkəran" klubunun futbolçusu Branimir Subaşiç qol.az-a müsahibə verib. İdman.com.az saytının məlumatına görə, həmkarımızla söhbətdə hücumçu, sabah keçiriləcək ölkə çempionatının növbəti oyunu barədə danışıb, komandasının bu mövsüm çempion olmaq şansından söz edib:

- Unibank Premyer Liqasının XX turu çərçivəsində “Xəzər Lənkəran” sabah doğma meydanda AzAL klubunu qəbul edəcək...
- Uzun müddətli təlim-məşq toplantısından sonra “Xəzər Lənkəran” 2012-ci ilin ilk qarşılaşmasına çıxacaq. Doğrudur, birinci oyuna çıxmaq komanda üçün hər zaman çətin olur. Lakin bu görüşdən sərfəli nəticə ilə ayrılacağımızı düşünürəm. Doğma azarkeşlər önündə yaxşı futbol nümayiş etdirməyə çalışacağıq. Rəqiblərimiz də yaxşı başa düşürlər ki, Lənkəranda oynamaq onlar üçün asan olmayacaq.

- Artıq ay yarımdır ki, ölkədə qarlı hava şəraiti hökm sürür. Səncə, bu durum komandanın yaxşı oyun nümayiş etdirməsinə mane olmayacaq ki?
- Doğru dediniz. Bu, yeganə bir problemdir ki, komandanın çıxışına öz mənfi təsirini göstərə bilər. Düşünürəm ki, bu problem bütün komandaların meydançasında olacaq. Artıq meydançanı ideal vəziyyətə gətirmək üçün xeyli işlər görülməkdədir. Elə hava şəraiti də artıq düzəlmək üzrədir. Məncə, meydançanın vəziyyəti qələbə qazanmağımıza mane olmayacaq. Açığı, bir futbolçu kimi mən də belə vacib qarşılaşmaları daha yaxşı meydançada oynamaq istərdim.

- Komandanın türkiyəli baş məşqçisi Cüneyd Biçərlə münasibətlərin hansı səviyyədədir?
- Qeyd etmək istərdim ki, Cüneyd Biçərin “Xəzər Lənkəran”a gəlişindən sonra komanda ardıcıl olaraq iki vacib qələbə qazandı. “Xəzər Lənkəran”da artıq döyüşkən ruh hiss edilir. Baş məşqçi ilə münasibətimə gəlincə, hər şey qaydasındadır. Artıq AZAL-la oyuna da tam hazırıq.

- “Xəzər Lənkəran”ın bu mövsüm çempion olmaq və ya avrokuboklara düşmək şansı nə dərəcədə real görünür?
- Hazırda turnir cədvəlinin 3-cü pilləsində qərarlaşmışıq. Liderdən bizi cəmi iki xal ayırır. Məncə, biz iddialı komandaların da məğlubiyyətlərinin şahidi olacağıq. Düşünürəm ki, bu çempionatda hələ çox sürpriz hesab qeydə alınacaq. Ona görə də turnir cədvəlinin neçənci pilləsində olmasının hələ ki, elə bir önəmi yoxdur. Futbol oyununda çox gözlənilməz nəticələrin şahidi olmuşuq. Qarşıdakı uzun marafonda kimin uğur qazanacağını zənn etmək hələ tezdir. Lakin potensialımız, turnir cədvəlindəki mövqeyimiz, iddialı olmağımız, çempionluq şanslarımızın yüksək olmasından xəbər verir. Məncə, bütün iddialı klubların çempion olmaq şansları bərabərdir. Bunların sırasında Neftçi” və “İnter”i xüsusi vurğulayardım.

- Bəs,“Xəzər Lənkəran”ın bu mövsüm əsas hədəfi nədir?
- Mən “Xəzər Lənkəran”ı tanıyandan bu komanda hər zaman çempionluq uğrunda mübarizə aparıb. Qarşımıza həm çempionluq, həm də ölkə kubokunu qazanmaq hədəfi qoyulub. Lakin qabaqcadan hansısa tituldan danışmaq yersizdi. Hər şey meydançada bəlli olur.

- Komandanızın yeni transferləri haqda nə deyərdin?
- Rəhbərlik və baş məşqçimiz hansı futbolçuların komandaya gətirilməli olduğunu daha yaxşı bilir. Kosta-rikalı hücumçu Rendell Brenesin komandaya yaxşı fayda verəcəyini düşünürəm. Onun peşəkar olması çox şeydən xəbər verir. Digər transferlərimiz olan malili futbolçular da gənc və perspektivli oyunçulardı. Əgər onlar bacarıqlı futbolçular olmasaydılar, ölkələrinin 21 yaşlılardan ibarət milli komandasında çıxış etməzdilər.

- Səncə, komandanın heyətindəki oyunçu dəyişiklikləri “Xəzər Lənkəran”ın çıxışına necə təsir göstərəcək?
- “Xəzər Lənkəran” bir neçə oyunçusu ilə yollarını ayırdı. Lakin onların yerinə 4-5 futbolçu komandaya cəlb edildi. Düşünürəm ki, onların peşəkarlığı Azərbaycan futboluna tez adaptasiya olmalarına kömək edəcək.

Xəbər 1104 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
15.04.2024 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
02.04.2024 Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"ni 4 cavabsız qolla üstələyib
02.04.2024 AFFA İcraiyyə Komitəsinin yeni tərkibi bəlli olub
02.04.2024 AFFA-nın yeni prezidenti müəyyənləşib
31.03.2024 Azərbaycan Premyer Liqasında XXVIII tur başa çatacaq
29.03.2024 "Qarabağ" 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib
25.03.2024 Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib
21.03.2024 "Qarabağ"ın U-14 komandası Minskdə keçirilən turnirdə çempion olub
20.03.2024 Azərbaycan millisi Avropa çempionatındakı son oyununda böyükhesablı qələbə qazanıb
07.02.2024 “Qarabağ”ın U-15 komandası beynəlxalq turnirə qələbə ilə başlayıb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru