Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
28/03 | 11:06 Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
27/03 | 17:44 Azərbaycanın qadınlardan ibarət boks millisi Bakıdakı beynəlxalq turniri 9 medalla başa vurub
27/03 | 14:40 Azərbaycanın 5 ağırlıqqaldıranı Dünya Kubokunda çıxış edəcək
27/03 | 10:41 Minifutbol çempionatı: “Zirə” növbəti qələbəsini qazanıb
27/03 | 09:59 Azərbaycanın 2 boksçusu "Böyük İpək Yolu"nda bürünc medal qazanıb
26/03 | 22:36 Azərbaycan Kuboku: "Neftçi" qrup lideri kimi yarımfinala yüksəlib
26/03 | 16:40 Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb
26/03 | 15:39 Azərbaycan avarçəkəni İtaliyadakı turnirdə gümüş medal qazanıb
26/03 | 10:36 AVRO-2024-ə vəsiqə qazanacaq sonuncu komandalar müəyyənləşəcək
26/03 | 09:37 Azərbaycanın U-21 millisi bu gün Ukraynanı qəbul edəcək
25/03 | 22:00 Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib
25/03 | 14:21 Azərbaycanın bədii gimnastı Qazaxıstanda bürünc medal qazanıb
25/03 | 13:32 Azərbaycanın daha bir gimnastı Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
25/03 | 11:43 Azərbaycan voleybol çempionatı: XVIII turun proqramı açıqlanıb
25/03 | 10:24 Azərbaycanın üç boksçusu Bakıdakı turnirə qələbə ilə başlayıb
24/03 | 20:25 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"ni 4 medalla başa vurublar
24/03 | 17:26 Azərbaycan gimnastları Portuqaliyada gümüş medal qazanıblar
24/03 | 15:57 Bakıda "Böyük İpək Yolu" turnirinin açılış mərasimi keçirilib
24/03 | 13:19 Azərbaycanın basketbol millisi Gürcüstanda daha iki qələbə qazanıb
24/03 | 10:31 Azərbaycanın daha bir atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 20:42 Azərbaycan atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 16:34 Bakıda 11 ölkənin iştirakı ilə “Böyük İpək Yolu” turniri keçiriləcək
23/03 | 14:55 Azərbaycan gimnastları Qazaxıstanda keçirilən turnirdə 6 medal qazanıblar
22/03 | 19:37 “Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk gündə 2 medal qazanıblar
22/03 | 11:27 Azərbaycan tamblinq millisi beynəlxalq turnirdə birinci yeri tutub
22/03 | 11:15 Göygöldə həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışlarına start verilib
22/03 | 10:59 Azərbaycan paraatletika millisi Qran-pridə çıxış edəcək
22/03 | 10:11 Azərbaycanın U-21 yığması bu gün İngiltərə ilə qarşılaşacaq
22/03 | 09:37 Azərbaycan futbol millisi bu gün Monqolustanla üz-üzə gələcək
21/03 | 21:34 "Qarabağ"ın U-14 komandası Minskdə keçirilən turnirdə çempion olub
21/03 | 18:38 Fərid Fərhadzadə Madriddə Dünya Triatlon İttifaqının rəsmiləri ilə görüşüb
21/03 | 17:29 Azərbaycan stolüstü tennisçiləri Ankarada beynəlxalq toplanışa qatılıblar
21/03 | 14:31 Azərbaycan Premyer Liqasında XXIX və XXX turun proqramı açıqlanıb
21/03 | 13:30 Bədii gimnastika üzrə 29-cu Azərbaycan çempionatının açılış mərasimi keçirilib
21/03 | 13:28 Azərbaycan gimnastları beynəlxalq turnirdə finala yüksəliblər
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Fernando Alonso: “Formula-1” azarkeşlərini Bakıda unudulmaz anlar gözləyir
Tarix: 08.03.2016 | Saat: 14:59:00 | E-mail | Çapa göndər
Bakıda olmaqdan böyük məmnunluq hissi keçirirəm. Üç dəfə Avropa Qran-pri yarışlarının qalibi adını qazanmışam. Sonuncu dəfə Berlində təşkil olunan Avropa Qran-prisində fərqlənmişəm. Azərbaycanda ilk dəfədir belə yarış təşkil edilir. “Formula-1” Avropa Qran-prisinin səfiri kimi Bakıda olmaq mənim üçün çox xoşdur.

Bu fikirləri 2016-cı ilin iyununda Azərbaycanda keçiriləcək “Formula-1” üzrə Avropa Qran-pri yarışlarının idman elçisi, “McLaren Honda” komandasının pilotu, ikiqat dünya çempionu Fernando Alonso martın 8-də Bakıda mətbuat konfransında səsləndirib.

İspaniyalı pilot deyib: “Bütün həmkarlarım adından demək istəyirəm ki, burada sürətli yürüşə çıxmaqdan məmnun olacağıq. İdman həvəskarları adətən bu yarışları televiziya vasitəsilə izləyirlər. Ancaq yarışı canlı gördükdə tamamilə başqa hisslər yaranır. Bakıda bununla bağlı gözəl infrastruktur, otellər və imkanlar var. Trasla tanış olmuşam. İyunda gözəl yarışa şahidlik edəcəksiniz və bütün azarkeşləri unudulmaz anlar gözləyir”.

Fernando Alonso vurğulayıb ki, 2012-ci ildə Avropa Qran-prisi onun doğma vətənində - İspaniyanın Valensiya şəhərində təşkil olunmuşdu. “Dünya çempionatının bu mərhələsi mənim üçün böyük əhəmiyyət kəsb edirdi. Həmin yarışı 11-ci sıradan başlamışdım, lakin əzmkarlıq nümayiş etdirərək Qran-prinin qalibi oldum. Son iki dövrədə bütün rəqiblərimi qabaqlamağı bacardım. Avropa Qran-prisi özünəməxsusluğu ilə həmişə seçilir və yarışın sonuna yaxınlaşdıqca kimin qalib gələcəyi haqda fikir söyləmək çətinləşir. Ümid edirəm ki, Bakıda təşkil olunacaq Avropa Qran-prisi də həyəcanı və özünəməxsusluğu ilə fərqlənəcək. Bakı gözəl şəhərdir. Yarışın keçiriləcəyi vaxt da çox münasibdir. Trasın dənizin sahili boyunca yerləşməsi isə ecazkar görünüş yaradır”,- deyə idman elçisi bildirib.

Bakı Şəhər Halqasının digərlərindən fərqləndiyini diqqətə çatdıran Fernando Alonso qeyd edib ki, yarış zamanı maşınları düzgün quraşdırmaq lazımdır. Burada uzun zolaq var ki, sürəti maksimuma qədər artırmaq və birdən-birə döngəyə keçmək lazımdır. Onun fikrincə, sərt döngələr pilotlara problem yaradacaq. Şəhərin tarixi hissələrində yollar daralır. Yoxuşlu yollar da var ki, bu, asan olmayacaq. Sürətli yolda isə sürəti saatda 340 kilometrədək artırmaq mümkün olacaq.

“İki il ərzində “Formula-1”də böyük dəyişikliklər edildi. Ekoloji baxımdan yeni texnologiyaya keçildi, maşınların hidro-dinamikası artırıldı, həmçinin bolidlərin çəkisi dəyişdirildi. Ötən il bəzi problemlərimiz oldu. Ancaq yeni mövsümə çox ciddi hazırlaşmışıq. Bütün problemlərin üzərində işləyib, onları aradan qaldırmışıq. Habelə son iki həftə ərzində sınaqlar təşkil edildi. Heyətimiz son 3-4 ay ərzində böyük iş görüb, bir sıra məsələləri təkmilləşdirib. Ötən il böyük məhdudiyyətlər var idi ki, sürəti artırmağa maneçilik yaradırdı. Bu il daha yaxşı çıxış edəcəyik”, - deyə Fernando Alonso vurğulayıb.

Avropa Qran-pri yarışlarının elçisi bildirib ki, peşəkar idmançı kimi “Formula-1”in təbliği və idmanın bu növünün yeni ölkələrə yol açması onu sevindirir. Bu zaman insanlar “Formula-1”in mahiyyətini anlaya bilirlər. O ümid edir ki, azərbaycanlılar idmanın bu növünü çox sevəcəklər. Uşaqlıqda futbolu çox sevdiyini və Zinəddin Zidana azarkeşlik etdiyini, basketbolçu Maykl Cordanın kumirləri arasında olduğunu qeyd edən idman elçisi deyib ki, uşaqlar “Formula-1”i daha çox sevirlər. Bəlkə özləri də pilot olmaq istəyirlər. Onları həvəsləndirə bilsək, bu, böyük uğur olar.

Avropa Qran-prisinin Bakının tarixi abidələrinə hər hansı təsirinin olub-olmaması barədə sualı cavablandıran F.Alonso qeyd edib ki, bu yarış heç bir problem yaratmır. Hər şey çox gözəl nizamlanır və təşkil edilir. Bütün bunlar təşkilatçıların qarşısında duran prioritet məsələlərdir.

Otuz bir ildir idmanın bu növü ilə məşğul olduğunu diqqətə çatdıran pilot deyib: “Sürəti sevirəm. Yaşadığım yerdə gələcəyin pilotlarını yetişdirmək istərdim. Bir vaxtlar mən İspaniyadan yararlandım. İndi isə istəyirəm İspaniya məndən yararlansın. Dünyada “Formula-1”in çoxlu sayda azyaşlı azarkeşləri var. Bəlkə də onların sırasından gələcəyin ən məşhur pilotları çıxacaq. Yeni mövsümdə tam başqa və güclü “McLaren Honda” görəcəksiniz. Keçən il bizim üçün çətin oldu. Son illər “Mercedes”, ondan əvvəl isə “Red Bull” komandaları uğurla çıxış edib. Ancaq biz həmişə yüksək yerlərdə və diqqət mərkəzində olmuşuq. Ümid edirəm ki, yeni mövsümdə çempion tituluna yenidən sahib olacağıq”.

Fernando Alonso “Formula-1” tarixinin ən uğurlu və məşhur pilotlarından biridir. İspaniyalı pilot iki dəfə dünya çempionu tituluna yiyələnib. O, 32 dəfə Qran-pri yarışının qalibi adına layiq görülüb və 97 dəfə podiuma çıxıb. F.Alonso bir vaxtlar İspaniyada keçirilmiş Avropa Qran-pri yarışlarının qalibi olmuş azsaylı pilotlardan biri kimi tarixə düşüb. 2012-ci ildə Valensiyada baş tutmuş sonuncu Avropa Qran-pri yarışı daxil olmaqla, məhz bu mərhələdə ümumilikdə üç dəfə birincilik qazanıb.
Xəbər 627 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
08.10.2023 Ferstappen Formula 1 üzrə Qətər Qran-Prisinin qalibi olub
17.09.2023 Karlos Sayns Sinqapur Qran-Prisində Ferstappenin rekord qələbə seriyasını qırıb
03.09.2023 Ferstappen Formula 1-də ardıcıl ən çox qalibiyyət rekordu qazanıb
26.08.2023 Ferstappen Formula 1 üzrə Niderland Qran-Prisinin seçmə mərhələsinin qalibi olub
03.08.2023 Formula 1 Macarıstan Qran-Prisi daha beş il yarış təqvimində qalacaq
29.07.2023 Ferstappen Formula 1 Belçika Qran-Prisində sprint yarışının qalibi oldu
24.07.2023 Maks Verstapen Macarıstan Qran-Prisinin qalibi olub
14.07.2023 Fransa Qran-Prisi Mavi sahildə küçə yürüşü ilə yenidən keçirilə bilər
14.07.2023 Madriddə F1 Qran-Prisinin keçirilməsinə dair razılıq əldə olunub
13.07.2023 Ferstappen ilin ən yaxşı pilotu mükafatına layiq görülüb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru