Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
19/04 | 10:32 Azərbaycan Premyer Liqasında tura Tovuzda start veriləcək
18/04 | 14:22 Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
18/04 | 14:21 Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
18/04 | 11:39 Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
18/04 | 10:47 Azərbaycanın U-17 millisi İnkişaf turnirində iştirak edəcək
18/04 | 10:16 Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
18/04 | 09:17 Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
17/04 | 20:34 Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17/04 | 18:32 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17/04 | 16:48 Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib
17/04 | 15:36 Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
17/04 | 12:40 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
17/04 | 11:49 Azərbaycan bilyardçısı Avropa çempionu olub
17/04 | 11:18 Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar
17/04 | 10:17 Azərbaycan stolüstü tennisçiləri “Türk Dövlətləri” beynəlxalq turnirində mükafat qazanıblar
17/04 | 09:44 Fərid Qayıbov ABŞ-də azərbaycanlı idmançılar və tələbələrlə görüşüb
16/04 | 18:05 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir
16/04 | 17:23 Azərbaycan voleybol çempionatı: yarımfinal mərhələsinin daha bir oyunu keçirilib
16/04 | 15:29 Azərbaycan Premyer Liqası: "Qarabağ” – “Neftçi” görüşünün başlama saatı bəlli olub
16/04 | 13:42 Paytaxtın abad məhəllələrində minifutbol yarışlarına start verilib
16/04 | 12:57 Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək
16/04 | 11:25 Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb
16/04 | 09:23 Azərbaycanın futzal millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək
15/04 | 19:25 Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib
15/04 | 15:50 “Sabah” ardıcıl iki oyunda "Qarabağ"a üç qol vurmaqla tarixə düşüb
15/04 | 15:08 Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək
15/04 | 12:53 Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar
15/04 | 12:01 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
15/04 | 11:49 Azərbaycan para-badmintonçuları İspaniyada beynəlxalq turnirdə iştirak edəcəklər
15/04 | 11:25 Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
15/04 | 10:37 Azərbaycan çempionatında 4-cü turun partiyaları keçirilib, vahid lider bəlli olub
15/04 | 09:49 Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar
14/04 | 22:10 Cüdo üzrə Bakı kəndləri birinciliyi keçirilib
14/04 | 21:32 Azərbaycan cüdoçuları Berlindəki Avropa Kubokunda birinci yeri tutub
14/04 | 20:14 Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Əsrimin qəhrəmanları - qəhrəmanımın əsirləri
Tarix: 25.02.2016 | Saat: 00:13:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

“Köhnə kişilərin günü"nü köhnəlməyə qoymayan “köhnə kişi"nin yubileyinə sözardı
Sovet dövründə Azərbaycanda futbol bütün idman növləri arasında ən çox seviləni idi. Hər tində-məhəllədə, hər məclisdə-məqamda yığışan kişilərin söhbətində futbol birinci və əsas mövzu idi. Küncdə-bucaqda top qovan uşaqların da öz mərasimləri - futbol toplantılar var idi. Bu, heyət yığıb komandasına ad qoyduğu, hər oyunçunun özünə bir futbolçu adı götürdüyü dəb olan dövrlər idi. Özümü dərk edəndən onu görmüşəm ki, futbol oynayan uşaqlar arasında əsas mübahisə həmişə bir ad üstündə düşüb. "Bu dəfə "Banişevski" özüm olacam" deyə get-gedə ucalan səsləri hər yerdə oyun ərəfəsi komandalara bölüşən uşaqlar arasında eşitmək olardı. Həmişə də özünə Banişevski adını seçib qol vurmayana və komandası uduzana lağ edilib, ta özünü doğruldana qədər, bu ada yaxın gəlməyə imkan verilməyib. Bu adı daşımaq həm stimul verib, həm də məsuliyyət olub.

Bir sözlə, sovet dövründə kişilərin əsas hobbisi ya futbol oynamaq, ya da futboddan danışmaq idi. Azərbaycanın futbol əsərinin qəhrəmanı isə, heç şübhəsiz, fevralın 23-də 70 illiyi qeyd olunan Anatoli Banişevski, ya da sadəcə, daha çox "Bizim Banya", "Bizim Banış" adlandırdığımız futbolçu idi. Amma o tək futbolçu kimi böyük sevgi-məhəbbət, rəğbət-rəmz sahibi deyildi. Banişevski aşiqliyinin özgə sirləri də var idi.
Bizim tərəflərdə kişilərin hər gün toplaşdığı tində tez-tez yaxından-kənardan izlədiyim söhbət əsnasında dövrün qəhrəmanlarının məhz Banişevski süzgəcindən keçirildiyinin, Banişevski şkalası ilə ölçüldüyünün, Banişevski nümunəsi ilə müqayisə olunduğunun şahidi olmuşam. Onun təkcə oynadığı futbol və ya istedadı deyil, həm də kişiliyi mənim rəğbət bəslədiyim kişilərin söhbətinin qayəsi, kulminasiya nöqtəsi, ibrətamiz hissəsi idi. Bu sözlərin məcmusu isə mənim qulağıma sırğa olmuşdu: o dövrdə kişilik insanlığı və səmimiyyəti, sədaqəti və fədakarlığı, iradəni və qətiyyəti, qorxmazlığı və yenilməzliyi özündə ehtiva edirdi - “41-45”in kişiləri kimi - əsl kişilik məktəbinin nümunəsi məhz Banişevski idi. Həmişə də eşitdiyim bir ifadə qulağımda heç yeri də olmayan sırğanı əvəz etmişdi: "kişi, əbəs yerə kişilər günündə anadan olmayıb ki! Allah özü onu bu gündə yaradıb ki, təbrikləri qəbul etdiyimiz əsl kişilərin günündə onu da yad edək, yadımızdan çıxarmayaq".

Bəli, maraqlı təsadüfdən, ya labüd zərurətdən bunun bu sirlərindən biri onun doğum günü ilə bağlı idi. Sovet dövründə əsas məşğuliyyəti futbol olan kişilərin baş qəhrəmanı olan Banişevski həmin kişilərin qeyri-rəsmi "kişilər günü" kimi qeyd etdiyi Sovet Ordusu və Hərbi Dəniz Donanması Günündə dünyaya gəlmişdi.

Banişevskinin saysız-hesabsız "dəlilikləri", meydandakı qəhrəmanlıqları bu gün də onun haqqında mövcud olmayan ən səmimi kitabın həsrətini çəkir. Onunla eyni dövrü bölüşənlər bu kitabı yaza bilməyiblərsə, bunu kimin edəcəyini düşünmək çətindir.
Banişevski Azərbaycana gəlmiş bir hadisə - əbədi mövzudur. Yaşımın xatirə üçün imkan verməyən illərində məhz Banişevskinin oyununu xatırlamağım da bəlkə bundan irəli gəlir. Həmin səbəbi bundan xeyli əvvəl qələmə aldığımdan indi başqa bir səbəbi, obrazını, simasını xatirimdə insan kimi enməzliyə, sönməzliyə, dönməzliyə ucaldan xatirəni xatırlamaq və əziz tutmaq istədim. Hərçənd bunun bir başqa səbəbi də var idi. Bu, məhz bu söhbətə başladığım kişilik mövzusunu tamamlayan bir səhnədən törəyib.
İlini-fəslini, ayını-gününü qeyd etmək istəmədiyim, amma dəqiq yadımda olan bir "N" tarixi idi. Dərs qurtaran kimi məktəbdən evə buraxıldığımız şənbə günləridən birində sevinirdim ki, qardaşım ardımca gəlməyəcək və evə tək-tənha yollanacağam. Deməli, hər belə halda, bir-iki saatlıq yolüstü istədiyim yerə burula bilirdim. Özü də ertəsi gün "Neftçi" növbəti rəqibini indiki Tofiq Bəhramov adına stadionda qəbul edəcəkdisə, gedəcəyim yer də məlum idi. Onu da bilirdim ki, "Neftçi"nin məşqinə hamı - məni maraqlandıran hər kəs gələcəkdi.

Əlimə belə gözəl fürsət düşmüşkən, sinif rəhbərindən icazə alıb, bir dərs də erkən çıxdım ki, hara getdiyimi kimsə görüb xəbərçilik etməsin. Beləcə, yollandım birbaşa "Neftçi"nin görüşünə. Hələ məşqi izləməyə necə keçəcəyimi düşünmədən, yəni Allaha təvəkkül qaydası ilə hadisə yerinə çatdıqda məşq sahəsini artıq səs-küy bürümüşdü, komanda məşqdən çıxırdı.

Bu gün hamımızın həsəd apardığı həmin şəxslərlə məşq məkanında görüşüb ünsiyyət qurmaq çətin deyildi. Hamıya - Tofiq Bəhramovdan Eldar Əzimzadəyə, Ələkbər Məmmədovdan məşçi kürsüsündə olan Kazbek Tuayevə qədər bir-birindən sadə, ünsiyyətcil insanlara istədiyin sualı verə bilərdin. İndiki ulduzcuqların ulduzluğunu, ərköyünlüyünü onlar ancaq yüksək mənsəb sahiblərinə, "böyüklər"ə edərdilər. Sadə insanlarla ünsiyyət, mehriban münasibət əsl səmimiyyətdən doğurdu.

Banişevski o vaxt "Neftçi"nin məşqçisi idi. Meydandan çıxan futbolçuları salamlamaq üçün qarmaqarışıq, anma yolu kəsməyən sıraya mən də öz farağatımla düzləndim. Hətta ağıllı tərpənənlərin bəzilərinin əlində hazır kağız-qələm də var idi. Bu vaxt bir toxunuş, bəlkə də bir salam payı almaq üçün dikilən gözlərə sayğısızlıqla, uzanan əlləri itələyib, kobudluq jesti edən "ulduz" dəstəsini özünəməxsus tərzdə "Dayan!" əmrini verən səs o qədər səlis, o qədər doğma səsləndi ki, səsin tonundakı qabalıq belə sezilmədən uşaq kütləsinin sevincinə çevrildi: indiki dövrün prizmasından təhqir və əda dolu tənbeh-irad bildirən ifadələr həmin ulduz kütləsini, xətirlərinə dəyib-dəyməsə də, dinib-danışa bilməyəcəkləri təbirlə və cavab qaytara bilməyəcəkləri tərzlə, tam sürətlə geri qaytaran qüvvə oldu.

Bu hökmlü səs Banişevskinin idi. Bu "təriflər" Azərbaycan futbolunun həqiqi ulduzunun həqiqəti üzə çırpması idi.

Bəlkə də başqası olsaydı, futbolçular saymazyana cavab qaytarardılar. Lakin Banişevskinin onları və özünü müqayisə tərzi və ətrafdakıların rəğbət dolu baxışları qarşısında futbolçular da aciz idilər. Haqq sözünün qüdrəti o qədər köklü, o qədər rezonanslı, o qədər hökmlü idi ki, özünü ulduz sayanlar onun qarşısında, sadəcə, sayrışan pulcuqlar ola bilərdilər.

Banişevskinin o vaxt dediyi sözlərdən bir gün söz açacağımı, onu görənlərin böyük əksəriyyəti təxmin edə bilər. Təkcə onu deyim ki, o vaxt heç kim Banişevskini bu sözlərinə görə, "mənəm-mənəm"likdə ittiham etməyi, qınamağı ağlına gətirə bilməzdi. Çünki hamı Banişevskinin kimliyini onun elə ilk baxışdan cəlb edən danışığından, münasibətindən anlayırdı... Və bütün insani keyfiyyətlərinə görə dərhal doğma kimi qəbul olunurdu. Bəzən qaba təsiri bağışlayan nəcibliyinə görə seçilirdi və sevilirdi.
İndi isə düz 5 il əvvəl onun 65-ci doğum günü ərəfəsində yazdığım bir neçə kəlməni təkrarlamaq istərdim:
- Hər bir kişi üçün məhz ordunun yaranmasının bayram kimi qeyd olunması çox gözəl ənənədir. Çünki vətənin müdafiəsi, torpaqların bütövlüyünün təmin olunması ən şərəfli və qürurlu xidmətdir. Vaxtilə 23 fevral - kişilərin bayramı həmin gün dünyaya gələn kişilər üçün ikiqat bayram olardı. 60-cı illərdən üzü bəri fevralın 23-ü Azərbaycanda bu diyarın ən məşhur idman oynunun ən böyük qəhrəmanının doğum günü kimi tanınır. Hələ üstəlik, futbolumuzun ən böyük fəxrinin ad günü ilaxır çərşənbələrinin ilkinin təravət nəfəsi ilə gəlir. Bir vaxtlar həmin gün əsl futbolsevərlər onun özünü təbrik edərdilər, amma uzun illərdir idman ictimaiyyətimiz bu günü onsuz qeyd edir, onu onsuz anır.
Bir də, yəqin bu da zərurətdir ki, onun hər yubileyi ikiqat əlamətdar olur - onun yubileyləri futbolumuzun da bütün sonu "0"lı yubileyləri və sonu "5"li yarımyubileyləri ilə tərs mütənasibliklə üst-üstə düşür.

Budəfəki yubileyinə - 70-illiyinə sözardı olaraq, əfsanəviləşmiş qəhrəmanın insani keyfiyyətlərinin bir nümunəsi olan hadisəni xatırlamaqla, əslində, onun obrazının şişirdilmiş əsatir, dastan, nağıl qəhrəmanı timsallı olmadığını nəzərə çatdırmaq istədim. Axı, "Bizim Banya" təkcə futbol tamaşası aktyoru kimi sevilməmişdi. O, futbol meydanını sevgi meydanına insan kimi əbədi dəyişmişdi.

O, bu məmləkətdə bundan sonra hansısa futbolçunun bəlkə də ucalda bilməyəcəyi əbədi insan abidəsinin memarı kimi qəlblərdə yaşayacaq.
Xəbər 1683 dəfə oxundu



 
Müəllifin son yazıları

14.09.2021 “Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
14.09.2021 Uduzmaq ayıb deyil, amma...
07.09.2021 Hətta nağıllar reallıqla bitir: üç alma yerə düşür
07.09.2021 Avrokuboklar: Yalnız “Qarabağ"la
07.09.2021 “Araz" tarixinin 16-cı əsas yarışında
24.08.2021 “Paris-2024": əsas yarış məqamlarına aydınlıq gətirilir
24.08.2021 Avrokuboklar: Sapı iynənin gözündən keçirmək olsa
24.08.2021 Daha bir qarışıq-natamam mövsümə doğru
23.08.2021 Ya qalib, ya da ən yaxşı ikinci olmaq lazımdır
10.08.2021 Əlvida, “Tokio-2020"!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru