Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, həmçinin Təhsil Nazirliyinin birgə qərarı və “Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə 2016-ci ilin mart-may aylarında ali təhsil müəssisələri tələbələri arasında respublika çempionatı keçiriləcək.
Martın 3-də başlayacaq çempionatın təqvim planına idmanın 10 növü daxil edilib - atletika, şahmat, mini futbol, voleybol, basketbol, stolüstü tennis, yunan-Roma güləşi, sərbəst güləş, veloidman, badminton.
Yarışlar qız və oğlan komandaları arasında keçiriləcək.
|