Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən “Tata Steel Chess” beynəlxalq şahmat festivalının başa çatmasına 3 tur qaldı.
10-cu turda festivalın “Tata Stell Masters” turnirində mübarizə aparan Şəhriyar Məmmədyarov Çexiya təmsilçisi David Navara ilə qarşılaşıb. Görüş heç-heçə ilə nəticələnib.
Karjakin, S. - Adams, M. 0-1
Giri, A. - Carlsen, M. ½-½
Hou, Y. - Eljanov, P. 0-1
So, W. - Tomashevsky, E. ½-½
Ding, L. - Van Wely, L. ½-½
Navara, D. - Mamedyarov, S. ½-½
Caruana, F. - Wei, Y. 1-0
Beləliklə, 10 turdan sonra Məmmədyarov 5 xal toplayaraq 7-8-ci yerləri bölüşdürür. 11-ci turda Şəhriyar Məmmədyarovun rəqibi ABŞ təmsilçisi Fabiana Karuana olacaq.
“Tata Steel Chess-Challengers” turnirində yarışan Eltac Səfərli 10-cu turda Hindistan təmsilçisi Adhiban Baskarana məğlub olub. Nicat Abasov isə Niderland şahmatçısı Anne Haast üzərində qələbə qazanıb.
10 turdan sonra Eltac Səfərli aktivinə 6.5 xal yazaraq 3-cü yerdədir. Nicat Abasov isə 5 xalla 6-8-ci yerləri bölüşdürür.
|