Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
20/04 | 10:15 Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
19/04 | 21:13 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19/04 | 20:10 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
19/04 | 14:08 Azərbaycan atıcıları Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər
19/04 | 11:27 Premyer Liqa: XXXI turun təyinatları açıqlanıb
19/04 | 11:27 Premyer Liqa: XXXI turun təyinatları açıqlanıb
19/04 | 10:35 Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb
19/04 | 10:32 Azərbaycan Premyer Liqasında tura Tovuzda start veriləcək
18/04 | 14:22 Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
18/04 | 14:21 Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
18/04 | 11:39 Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
18/04 | 10:47 Azərbaycanın U-17 millisi İnkişaf turnirində iştirak edəcək
18/04 | 10:16 Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
18/04 | 09:17 Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
17/04 | 20:34 Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17/04 | 18:32 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17/04 | 16:48 Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib
17/04 | 15:36 Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
17/04 | 12:40 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
17/04 | 11:49 Azərbaycan bilyardçısı Avropa çempionu olub
17/04 | 11:18 Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
“Olimpiya Hərəkatı” adlı məktəblilərin idman proqramı çərçivəsində basketbol üzrə təlim-məşq keçirilib
Tarix: 23.01.2016 | Saat: 22:26:00 | E-mail | Çapa göndər
Bakı – 22 yanvar 2016-cı il. Beynəlxalq Olimpiya Komitəsinin və Olimpiya Oyunlarının Ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkəti, Azərbaycan Milli Olimpiya Komitəsi (MOK), Gənclər və İdman Nazirliyi, həmçinin Təhsil Nazirliyinin dəstəyi ilə başlayan “Olimpiya Hərəkatı” adlı məktəblilərin idman proqramı çərçivəsində finala vəsiqə qazanmış komandalar üçün basketbol idman növü üzrə təlim-məşq keçirilib.

Kütləvi idman tədbirinin keçirilməsində əsas məqsəd basketbol 3x3 idman növü üzrə Bakı şəhər birinciliyinin final mərhələsinə vəsiqə qazanmış 12 rayon komandasının yarışa hazırlığına dəstək olmaqdan ibarətdir. Gənc basketbolçulara köməklik məqsədilə onlara bu idman növünün sirlərini daha dərindən öyrətmək üçün “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Cem Becel, basketbol üzrə Azərbaycan milli yığma komandasının üzvü, proqramın ulduz idmançısı Amil Həmzəyev və Azərbaycan Basketbol Federasiyasının baş məşqçisi Tahir Baxşıyev bir araya gəlib. Tədbiri daha maraqlı etmək və uşaqları bu idman növünə həvəsləndirmək məqsədilə tədbirə yeniyetmələrdən ibarət milli yığma komandanın üzvləri də qatılıb. Proqram çərçivəsində baş tutan ilk belə kütləvi təlim-məşqin keçirilməsində proqramın əsas tərəfdaşlarına Yasamal rayonu 18 saylı məktəbi və Azərbaycan Basketbol Federasiyası köməklik edib.

“Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Cem Becel qeyd edib: «“Olimpiya Hərəkatı” – “Coca-Cola” və Beynəlxalq Olimpiya Komitəsi tərəfindən 2003-cü ildə əsası qoyulmuş məktəbli idman proqramıdır. Proqram uşaqların daim hərəkətli olmasını təbliğ edir ki, bu da “Coca-Cola”nın daha sağlam, xoşbəxt və fəal cəmiyyət prinsipini özündə təcəssüm etdirir. Biz əminik ki, “Olimpiya Hərəkatı” proqramı Azərbaycanda məktəblilərin daha fəal və sağlam həyat tərzinə cəlb olunmasına yardım edəcək».

Basketbol üzrə milli yığma komandanın üzvü Amil Həmzəyev bu idman növünün əhəmiyyətindən danışaraq qeyd etdi ki, “Bakı 2015” Avropa Oyunlarından sonra basketbol 3x3 “Olimpiya Hərəkatı” proqramına daxil edilməsi çox sevindirici haldır. Belə ki, bu idman növünə məktəblilərin cəlb olunmasında “Olimpiya Hərəkatı”nın böyük təsiri olmuşdur. Amil məktəblilərə səslənərək onları bu idman növündə daha fəal olmağa çağırmışdır.

Eyni zamanda, tədbirdə iştirak edən MOK, Gənclər və idman Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının nümayəndələri və finala vəsiqə qazanmış məktəblilər, həmçinin məktəb direktorları iştirak ediblər.

Komandaların yoldaşlıq görüşlərini izləyən Cem Becel, Amil Həmzəyev və Tahir Baxşıyev fasilə zamanı gənc basketbolçuları öz ətrafına toplayaraq yarış zamanı onların topla hərəkəti, səbətə atışlar və sair üzrə şəxsi tövsiyələrini verirdilər. Komandalararası yarışlar bitdikdən sonra yeniyetmələrdən ibarət milli komandanın üzvləri uşaqlar üçün nümunəvi oyun nümayiş etdiriblər. Bundan sonra yoldaşlıq görüşünün qaliblərindən ibarət özünə komanda yığan Cem Becel və Amil Həmzəyev digər iştirakçılar üçün master-klass nümayiş etdiriblər. Tədbirin sonunda komandanın kapitanları imzaladıqları topları xatirə hədiyyəsi kimi yarışda iştirak etmiş məktəblilərə təqdim ediblər.

Qeyd edək ki, “Olimpiya Hərəkatı” proqramında 400-ə yaxın Bakı şəhər orta ümumtəhsil məktəbində təhsil alan 50 mindən çox şagird atletika, badminton, 3x3 basketbol və velosiped idmanı üzrə yarışlara cəlb olunub. 4 idman növü üzrə məktəbdaxili yarışlar ilə başlayan proqram Bakı rayon yarışları ilə davam edir və növbəti ilin əvvəlində “Bakı 2015” Avropa Oyunlarının yarış obyektində birində təşkil olunacaq final və idman festivalı ilə başa çatacaq.
Xəbər 887 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
14.04.2024 Azərbaycan millisi Paris-2024 Yay Olimliya Oyunlarına lisenziya qazanıb
13.04.2024 Azərbaycan millisi Olimpiya Təsnifat turnirində yarımfinala yüksəlib
12.04.2024 Azərbaycanın 3x3 basketbol millisi Olimpiya Təsnifat turnirinə qələbə ilə başlayıb
04.02.2024 Azərbaycan Basketbol Liqası: "Xəzri" turun son matçında qələbə qazanıb
30.01.2024 Avropa çempionu “Sabah” basketbol klubunun baş məşqçisi təyin olunub
21.01.2024 Azərbaycan Basketbol Liqası: “Sabah” vahid lider olub
11.01.2024 "Xəzri" ikinci dövrədə də "Neftçi"ni məğlub edib
21.12.2023 Azərbaycan Basketbol Liqası: "Neftçi" və "Sabah" çətin qələbə qazanıblar
10.12.2023 Azərbaycan Basketbol Liqası: "Sabah" qələbə qazanaraq liderliyə yüksəlib
24.11.2023 "Sərhədçi" klubu geridönüş edərək qələbə qazanıb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru