Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/04 | 15:29 Azərbaycan Premyer Liqası: "Qarabağ” – “Neftçi” görüşünün başlama saatı bəlli olub
16/04 | 13:42 Paytaxtın abad məhəllələrində minifutbol yarışlarına start verilib
16/04 | 12:57 Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək
16/04 | 11:25 Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb
16/04 | 09:23 Azərbaycanın futzal millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək
15/04 | 19:25 Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib
15/04 | 15:50 “Sabah” ardıcıl iki oyunda "Qarabağ"a üç qol vurmaqla tarixə düşüb
15/04 | 15:08 Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək
15/04 | 12:53 Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar
15/04 | 12:01 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
15/04 | 11:49 Azərbaycan para-badmintonçuları İspaniyada beynəlxalq turnirdə iştirak edəcəklər
15/04 | 11:25 Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
15/04 | 10:37 Azərbaycan çempionatında 4-cü turun partiyaları keçirilib, vahid lider bəlli olub
15/04 | 09:49 Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar
14/04 | 22:10 Cüdo üzrə Bakı kəndləri birinciliyi keçirilib
14/04 | 21:32 Azərbaycan cüdoçuları Berlindəki Avropa Kubokunda birinci yeri tutub
14/04 | 20:14 Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurub
14/04 | 18:55 Azərbaycan boksçusu qitə birinciliyində qızıl medal qazanıb
14/04 | 14:37 Azərbaycan millisi Paris-2024 Yay Olimliya Oyunlarına lisenziya qazanıb
14/04 | 10:21 Azərbaycan millisinin üzvü finala vəsiqə qazanıb
14/04 | 09:20 Azərbaycanın basketbol millisi Honqkonqda Olimpiya Təsnifat turnirində növbəti oyununa çıxacaq
14/04 | 08:19 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 7 medal qazanıb
13/04 | 22:55 Cüdo üzrə Bakı kəndləri birinciliyinin ilk mükafatçıları bəlli olub
13/04 | 18:27 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qəbələ"ni məğlub edib
13/04 | 16:46 Tennis üzrə Azərbaycan birinciliyinin qalibləri bəlli olub
13/04 | 14:15 Dünya Kubokunda üç gümüş medal qazanan Azərbaycan ağırlıqqaldıranı Vətənə qayıdıb
13/04 | 12:33 Azərbaycan millisi Olimpiya Təsnifat turnirində yarımfinala yüksəlib
12/04 | 21:12 Azərbaycanın iki boksçusu Avropa çempionatının finalına yüksəlib
12/04 | 16:11 "Formula 1": 2025-ci ildə Azərbaycan Qran-prisi sentyabrda keçiriləcək
12/04 | 15:25 Azərbaycan cüdoçuları Avropa Kubokunda çıxış edəcəklər
12/04 | 12:51 Azərbaycanın 3x3 basketbol millisi Olimpiya Təsnifat turnirinə qələbə ilə başlayıb
12/04 | 09:05 Azərbaycan Premyer Liqası: XXX tur bir oyunla start götürür
11/04 | 18:49 Kişi şahmatçılar arasında Azərbaycan çempionatına start verilib
11/04 | 15:48 Azərbaycanın cüdo millisi Çexiyada beynəlxalq toplanışı başa vurub
11/04 | 14:36 Azərbaycanın 3 bədii gimnastı beynəlxalq turnirdə iştirak edəcək
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
“Çətinlikləri görməsəydim, bəlkə də futbolçu olmayacaqdım”
Tarix: 16.01.2016 | Saat: 10:31:00 | E-mail | Çapa göndər
AFFA-nın Məşqçilər Komitəsinin üzvü Şakir Qəribov affa.az saytına müsahibə verib

- Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edirik. Özünüzü necə hiss edirsiniz?
- Təbrik üçün təşəkkür edirəm. Yaxın yoldaşlarla söhbət eləyən zaman bir qədər heyrətlə deyirlər ki, 60 yaşın olur. Amma 60 yaş nədir ki?! Gözünü yumub-açırsan, illər keçir. Əlbəttə, hər kəs cavan qalmaq istəyir. Gücün varsa, gümrahsansa, gəzirsənsə, qidalanmağın normaldırsa, deməli, özünü yaxşı hiss edirsən.

- Ötən günləri tez-tezmi vərəqləyirsiniz?
- Bizim futbol oynadığımız dövrdə vəziyyət indikindən çətin olub. 1991-ci ildən müstəqilliyimizi bərpa etmişik. İndi futbol oynamaq üçün hər cür şərait yaradılıb. Yeni bazalar, meydançalar tikilib. Amma sovet dövründə çətinliklər çox idi. Şərait yaxşı deyildi. Buna baxmayaraq, məsuliyyətimiz böyük idi. Futbol oynayanda pulu deyil, valideyinimizi düşünürdük, istəmirdik onlar bizə görə utansınlar. Ona görə də yaxşı oynamağa çalışırdıq. Təbii ki, istəyimiz “Neftçi”nin əsas heyətinə düşmək idi. Əgər əsas heyətdə yer alırdınsa, o zaman özünü futbolçu hesab edirdin. Əhalisinin sayına görə ölkəmiz kiçik dövlət olmasa da, cəmi bir əsas komandamız var idi. Üstəlik, Sabirabad kimi rayondan gəlib Bakıda futbol oynamaq, həmin komandaya düşmək heç də asan deyildi.

- Uşaqlıq illərinizi necə xatırlayırsınız?
- Ailədə 8 uşaq idik – 6 qardaş, 2 bacı. Atam çayçı olub. Böyük qardaşlarım 24-25 yaşına qədər atamın çayxanasında işləyiblər. Daha sonra hərə özünə bir sənət seçdi. Uşaqlıq dövrümüz çox çətin keçib. Bir qazanımız var idi, 1 kiloqram ətin bozbaşını 8 nəfər yeyirdik və hamımıza çatırdı. Nə qədər çətin olsa da, ləzzəti başqa idi. Açığı, indi daha yaxşı yaşasaq da, həmin bozbaşın dadını, ləzzətini ala bilmirik. Çətinliyin həyatımıza müsbət təsiri də oldu. O günləri görməsəydim, bəlkə də futbolçu olmayacaqdım. Yeri gəlmişkən, qardaşlarım da futbol oynayırdılar. Amma bu yolu sona qədər qət edən mən oldum.

- Bəs indi niyə əvvəlki mehribançılıq, qayğı hiss olunmur?
- Həqiqətən insanlar mehriban, qayğıkeş idi. Paxıllıq çox az idi. Hər kəs son tikəsini bir-biri ilə bölüşməyi bacarırdı. Ab-hava çox yaxşıydı. Bu da tərbiyədən, əhval-ruhiyyədən irəli gəlirdi. İndi texnikanın tərəqqi etdiyi dövrdə yaşayırıq. Gənclər vaxtlarını daha çox kompüter arxasında, televizor qarşısında, ya da telefonla keçirir. Texniki tərəqqinin də müsbət tərəfləri var. Lakin bəzən telefona o qədər aludə olurlar ki, hətta yolu keçən zaman da başlarını qaldırıb sağa-sola baxmırlar.

- Necə oldu ki, futbol ənənəsi olmayan bir rayon Şakir Qəribov kimi futbolçu yetişdirdi?
- Evimizin yaxınlığında yerləşən Mikayıl Müşfiq adına orta məktəbi bitirmişəm. Məktəbə getməyimin də qəribə tarixçəsi olub. Hələ 6 yaşım tamam olmamışdı, adımı birinci sinifə yazdıranda. Uşaqlar məktəbə gedən zaman onların arxasınca ağlayırdım. Bir gün atam dedi ki, çantanı götür, gedək məktəbə. Məktəbin direktoru atamla tanış idi. Qardaşlarımdan birinin paltarını geyindim, o birinin çantasını götürdüm və atamla məktəbə yollandım. Amma direktor atama dedi ki, yaşı azdır. Atam da xahiş etdi ki, Hüseynağa müəllim, bir müddət gəlsin, oxuya bilsə, ikinci sinifə keçirərsiz, bacarmasa, gələn il yenə birinci sinifə gedər. Məktəbə tez getməyimin futbol oynamağıma da təsiri oldu. Evimizin yanında bağ var idi və orda çoxlu ağac əkilmişdi. Yarış qurmuşduq, kim ağacların arasından topla sürətli keçə bilər, 15-20 metlik məsafədən nazik ağacı kim vura bilər və s. Məktəbdə yaxşı futbol oynadığıma görə Uşaq Gənclər İdman Məktəbinə dəvət etdilər. Daha sonra Sabirabadın birinci komandasına qoşuldum. Sovet dövründə hər il Spartak stadionunda perspektivli futbolçuların yarışını keçirirdilər – yeri, gəlmişkən, ötən ilin dekabrında U-17, U-18 və U-19 yığmaları arasında mini-turniri keçirməkdə məqsədimiz həmin ənənləri bərpa etməkdir. Həmin vaxt mənimlə Ruslan Həbibovun adını qeyd edib idman komitəsinə verdilər. Bir gün istedadlı gəncləri Bakıya dəvət etdilər və oyunlarımızı izlədilər. Oyunumuzu bəyəndilər, Gəncə “Dinamo”sunun ovaxtkı baş məşqçisi Vaqif Abbasov “Dinamo”ya dəvət edəcəklərini dedi. İş elə gətirdi ki, Gəncəyə getməli idim, gözlənilmədən 17 yaşımda “Neftçi”yə çağırdılar. Həmin vaxt “Neftçi”də 3 qrup – əsas heyət, əvəzedicilər və bizim kimi gənclərdən qurulmuş komanda – var idi. Əvəzedicilərdə məqş etdik, xoşlarına gəldik. Ruslanla mənim Bakıda qalıb məşq etməyimiz üçün 110 manat təklif etdilər. Digər variant isə Gəncədə oynamaq idi. Onda Gəncə də güclü idi. Biz də oynamaq üçün Gəncəni seçdik. İki il orada oynadım. 1975-ci ildə hərbi xidmətə yollandım. Krasnodara düşmüşdüm. Sonra general Popovun teleqramı əsasında Bakıya, OİK-ə döndüm. İki ili bu komandanın heyətində keçirdim. 1976-cı ildə “Neftçi” I dəstədə oynayırdı və baş məşqçi Gennadi Bondarenko idi. Həmin vaxt OİK-lə “Neftçi” həftədə bir dəfə yoldaşlıq oyunu keçirirdi. Bondarenko Vaqif İbrahimovla məni bəyənib “Neftçi”yə dəvət etdi. Amma əsgərliklə əlaqədar pasportumuzu təhvil veridyimizdən, bizi qeydiyyata sala bilmədilər. Məcbur olub, xidmətin sonuncu gününə qədər OİK-də qaldıq. Nəhayət, 1977-ci ildə “Neftçi”yə keçidim baş tutdu və 160 manat maaş qarşılığında oynamağa başladım. Altı ay ərzində əsas heyətə düşdüyümə görə, əmək haqqım 250 manata çatdırıldı. Arada 2 illik fasilə olmaqla 1988-ci ilə qədər “Neftçi”də çıxış etdim. Karyeramın son aylarını isə Gəncədə keçirdim. Həmin vaxt Anatoli Banişevski baş məşqçi idi. Dedi ki, gəl 6 ay kömək elə, sonra yanımda qalıb, məşqçi kimi çalışarsan. Razılaşdım, amma sonra o, komandada qalmadı. Mən də ilin sonunda işləmək üçün Sabirabada yollandım.

- Niyə Bakıya yox, Sabirabada döndünüz?
- Özümü sınamaq istəyirdim. Buna görə də işə öz rayonumuzdan başladım. Məşqçi olmaq asan deyil. İlk illərdə Ağasəlim Mircavadovun mənə köməyi çox oldu. Dedi ki, sənin xarakterin bu işin öhdəsindən gəlməyinə imkan verir. Tez-tez Ruslan Abdullayevi, Ağasəlim müəllimi oyunlarımıza dəvət edir, çatışmazlıqlar haqda fikirlərini dinləyir, aradan qaldırırdım. Görülən işlər bəhrəsini verdi və 1989-cu ildə Sabirabadın “İnşaatçı” komandası Azərbaycan birinciliyinin qalibi oldu. Bu məndə inam yaratdı. Sonra Bakıya gəldim. Hazırda Məşqçilər Komitəsində çalışsam da, müxtəlif illərdə klublarda, eləcə də əsas millidə və aşağıyaşlı yığmalarda məşqçi, baş məşqçi kimi fəaliyyət göstərmişəm.

- Mütəqillik illərində milli çempionatda Sabirabadı “İnşaatçı”ı təmsil edirdi. Bu komandada çalışmısınız?
- Komandada tanıdığım məşqçilər işləyirdi. İki il həmin komandaya məsləhətçi kimi kömək etmişəm.

- Müxtəlif klublarda, yığmada tələbələrinizin köməkçisi işləmisiniz. Çətin deyildi?
- İzlədiyim bir tendensiya məni narahat edir. Bu gün futbolçuların çoxu karyerasını bitirən kimi dərhal baş məşqçi olmaq istəyir. Əksəriyyəti kiminsə yanında işləyib, öyrənmək istəmir. Mən məşqçi kimi Ağasəlim Mircavadovun, Ruslan Abdullayevin yanında işləyə-işləyə öyrənmişəm. Halbuki “Neftçi” kimi komandanın əsas heyət üzvü olmuşam. Ovaxtkı “Neftçi”ni indiki ilə müqayisə etmək olmaz. Biz “Dinamo”, “Spartak”, ÇSKA kimi komandalara qarşı oynamışıq. SSRİ birinciliyi kiçik Avropa çempionatı idi. “Neftçi”nin heyətində SSRİ birinciliyində 230-dan artıq oyun keçirib, 2-si kubokda olmaqla 6 qol vurmuşam. SSRİ birinciliyində 8 qol vuran yeganə müdafiəçiyəm. Buna baxmayaraq, neçə il Vaqif Sadıqovun, Əsgər Abdullayevin, Şahin Diniyevin köməkçisi olmuşam. Bunu özüm üçün qəbahət saymamışam. Futbolda işləyirsənsə, uşaqları öyrətməlisən. Bu gün millinin üzvlərinin yarısı öyrətdiyim uşaqlardır. Öyrənmək, inkişaf etmək vacibdir.

- Məşqçi kimi rəhbərlik etdiyiniz komandaları vacib oyunlara çıxarmısınız. Amma 2005-ci ildə U-17 ilə erməniləri məğlub etdiyiniz matçı şah əsəriniz saymaq olarmı?
- Onda vəziyyət çox gərgin idi. Həm də bu, müstəqillik əldə etdikdən sonra ermənilərlə futboldakı ilk qarşılaşmamız olacaqdı. Buna görə də təzyiq çox idi. Təsəvvür edin, 6 ay bu oyunun söhbəti getdi, hamı necə oynayacağımızı fikirləşirdi. Oyunlar da İsraildə keçirilirdi. Açığı, özümə çox inanırdım və bu yükün altından çıxacağıma əmin idim. Müsahibələrimdə də deyirdim ki, uduzmayacağıq, yaxşı oynayacağıq. Həqiqətən də nəticə bizim üçün əla alındı. Ən yaddaqalan oyunlarımdan biri oldu. Matçdan sonra Bakıdan çoxsaylı təbrik zəngləri aldıq. Bir epizodu danışım. Oyun başa çatıb, həm sevinirdik, həm də şokda idik. Paltardəyişmə otağına gedən zaman rəqib baş məşqçinin futbolçularına qışqırdığını eşitdim. Erməni dilində danışdığına görə, nə dediyini başa düşmədim. Sonra hirsli-hirsli otaqdan çıxıb məni təbrik etdi və futbolçuları da təbrik etmək üçün icazə istədi. Düşmən olsa da, icazə verdim. Keçdi otağa, futbolçuların tək-tək əlini sıxıb, yaxşı oyuna görə təbrik elədi. Bu bizim qələbəmiz idi.

- “Hər kim yüz il yaşamasa, günah onun özündədir”mi?
- İnsan bədəninin tərbiyəsinə, geyiminə, qidalanmasına diqqət yetirmirsə, günah özündədir. Nəfsini saxlamağı bacarmaq və gözütox olmaq lazımdı. Düzdür, hər birimiz Allahın verdiyi ömrü yaşayırıq. Amma hərəkətlərimizə də diqqət yetirməliyik.
Xəbər 683 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
15.04.2024 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
02.04.2024 Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"ni 4 cavabsız qolla üstələyib
02.04.2024 AFFA İcraiyyə Komitəsinin yeni tərkibi bəlli olub
02.04.2024 AFFA-nın yeni prezidenti müəyyənləşib
31.03.2024 Azərbaycan Premyer Liqasında XXVIII tur başa çatacaq
29.03.2024 "Qarabağ" 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib
25.03.2024 Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib
21.03.2024 "Qarabağ"ın U-14 komandası Minskdə keçirilən turnirdə çempion olub
20.03.2024 Azərbaycan millisi Avropa çempionatındakı son oyununda böyükhesablı qələbə qazanıb
07.02.2024 “Qarabağ”ın U-15 komandası beynəlxalq turnirə qələbə ilə başlayıb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru