Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
19/04 | 10:32 Azərbaycan Premyer Liqasında tura Tovuzda start veriləcək
18/04 | 14:22 Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
18/04 | 14:21 Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
18/04 | 11:39 Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
18/04 | 10:47 Azərbaycanın U-17 millisi İnkişaf turnirində iştirak edəcək
18/04 | 10:16 Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
18/04 | 09:17 Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
17/04 | 20:34 Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17/04 | 18:32 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17/04 | 16:48 Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib
17/04 | 15:36 Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
17/04 | 12:40 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
17/04 | 11:49 Azərbaycan bilyardçısı Avropa çempionu olub
17/04 | 11:18 Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar
17/04 | 10:17 Azərbaycan stolüstü tennisçiləri “Türk Dövlətləri” beynəlxalq turnirində mükafat qazanıblar
17/04 | 09:44 Fərid Qayıbov ABŞ-də azərbaycanlı idmançılar və tələbələrlə görüşüb
16/04 | 18:05 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir
16/04 | 17:23 Azərbaycan voleybol çempionatı: yarımfinal mərhələsinin daha bir oyunu keçirilib
16/04 | 15:29 Azərbaycan Premyer Liqası: "Qarabağ” – “Neftçi” görüşünün başlama saatı bəlli olub
16/04 | 13:42 Paytaxtın abad məhəllələrində minifutbol yarışlarına start verilib
16/04 | 12:57 Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək
16/04 | 11:25 Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb
16/04 | 09:23 Azərbaycanın futzal millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək
15/04 | 19:25 Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib
15/04 | 15:50 “Sabah” ardıcıl iki oyunda "Qarabağ"a üç qol vurmaqla tarixə düşüb
15/04 | 15:08 Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək
15/04 | 12:53 Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar
15/04 | 12:01 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
15/04 | 11:49 Azərbaycan para-badmintonçuları İspaniyada beynəlxalq turnirdə iştirak edəcəklər
15/04 | 11:25 Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
15/04 | 10:37 Azərbaycan çempionatında 4-cü turun partiyaları keçirilib, vahid lider bəlli olub
15/04 | 09:49 Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar
14/04 | 22:10 Cüdo üzrə Bakı kəndləri birinciliyi keçirilib
14/04 | 21:32 Azərbaycan cüdoçuları Berlindəki Avropa Kubokunda birinci yeri tutub
14/04 | 20:14 Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
“Rio-2016: Meydançaya aslar çıxır
Tarix: 29.12.2015 | Saat: 10:55:00 | E-mail | Çapa göndər
VII yazı

Lisenziyalar necə qazanılır?


“Rio-2016” Yay Olimpiya Oyunlarının ən maraqlı yarışları komanda idman növlərindəki mübarizə olacaq. Bu yarışlar təkcə iştirakçı sayının çoxluğu ilə deyil, həm də kütləviliyi təmin etməsi ilə fərqlənir. Olimpiadaya doğru komandaların keçdiyi yollar da hər bir komanda növündə özünəməxsusdur. Olimpiadanın təsnifat yarışlarının 7-ci məqaləsini qapalı zallarda keçən növlərə həsr edirik.

Basketbol


Qarşıdakı seçmələr - kişilər: 4-10 iyul 2016 (Qitələrarası 3 olimpiya təsnifat turniri); qadınlar: 13-19 iyun 2016 (Qitələrarası olimpiya təsnifat turniri).

Əsas yarışlar - dünya və qitə çempionatları artıq başa çatıb. Gözlənildiyi kimi, 2014-cü ildə keçirilmiş dünya çempionatlarının qalibləri ABŞ-ın hər iki kollektivi olub. Kişilər avqustun 31-dən sentyabrın 14-dək İspaniyada, qadınlar isə sentyabrın 27-dən oktyabrın 5-dək Türkiyədə keçirilən yarışların qalibləri olublar. Bu il avqustun 5-də elan olundu ki, ev sahibi də basketbol turnirlərinin tam heyətli iştirakçısı olacaq.

Qalan komandalar üçün seçim qitə yarışları idi. Kişilərdə 2 qitə çempionatı iki komanda çıxarıb. Xorvatiya (Zaqreb), Fransa (Monpelye və Lill), Almaniya (Berlin) və Latviyanın (Riqa) birgə təşkilatçılığı ilə keçirilən Avropa çempionatında (5-20 sentyabr 2015) finalçılar İspaniya və Litva, Mexikoda isə (31 avqust-12 sentyabr 2015) Venesuela və Argentina lisenziya sahibi oldular. Bundan savayı, qitələr üzrə Avstraliya, Çin, Nigeriya da vəsiqə əldə ediblər.

Daha 3 vəsiqəni seçmə turnirlər müəyyən edəcək. Hərəsində 6 komanda olan 3 turnirdə yarışacaqlar. Seçmə turnirin məkanı yanvarın 19-da Hindistanın paytaxtı Dehlidə seçiləcək. Bu üç turnirə qitə yarışından qatıla bilməyən Türkiyə, Rusiya və Almaniya iddialıdırlar. FİBA seçim edərək, Serbiya, İtaliya, Türkiyə, Çex Respublikası, Almaniya və Filippinin namizədliyini təsdiq edib. 3 turnirə Avropadan Fransa, Serbiya, Yunanıstan, İtaliya və Çex Respublikası, Amerikadan Kanada, Meksika və Puerto Riko, Afrikadan Anqola, Tunis və Seneqal, Asiyadan Filippin, İran və Yaponiya, nəhayət, Okeaniyadan Yeni Zelandiya qatılacaqlar.

Qadınların turnirində ABŞ və ev sahiblərindən savayı, qitə çempionları da yarışacaqlar. Avropada Macarıstan (Budapeşt, Debreseni, Qyor, Sombathey və Şopron) və Rumıniyanın (Oradya və Timişoara) təşkilatçılığı ilə keçirilən çempionatda (11-28 iyun 2015) Serbiya qalib gəlib. Digər qitələrdən Kanada, Avstraliya, Yaponiya və Seneqal çıxıblar. Daha 5 vəsiqə lisenziya turnrində oynanılacaq.

Fransa və İspaniyanın iddialı olduqları təsnifat turnirinə həmin komandalarla yanaşı, Avropadan Belarus və Türkiyə, Amerikadan Kuba, Argentina və Venesuela, Afrikadan Kamerun və Nigeriya, Asiyadan Çin və Cənubi Koreya, Okeaniyadan Yeni Zelandiya qatılacaqlar. 12 komanda 4 qruda yarışacaq və iki komanda pley-offa vəsiqə əldə edəcək. 1/4 finalın qalibləri birbaşa olimpiadaya yollanacaqlar. Məğlublar isə öz aralarında iki mərhələdən ibarət yarışda daha bir vəsiqənin sahibini aşkar edəcəklər.
Olimpiadada hər kateqoriya üzrə 12 komanda mübarizə aparacaq. Hər komandanın heyətinə 12 basketbolçu daxil olacaq. Cəmi 288 basketbolçu olimpiyaçı statusuna sahib çıxacaq. Mübarizə avqustun 6-da başlanıb, 21-də yekunlaşdırılacaq. Yarışlar Barradakı Olimpiya parkının 16 min nəfərlik 1-ci arenasında keçiriləcək.

Həndbol

Qarşıdakı seçmələr - kişilər: 17-31 yanvar 2016. Krakov, Sopot, Katovise, Lodz və Vrotslav - Polşa (Avropa çempionatı), 7-10 aprel 2016 (Qitələrarası olimpiya təsnifat turniri); qadınlar: 17-20 mart 2016 (Qitələrarası 3 olimpiya təsnifat turniri).


Dünya və qitə çempionatlarından olimpiadaya vəsiqə qazananların bir qisminin adı artıq məlumdur. Ev sahibi Braziliya ilə yanaşı, kişilərdə 2015-ci il yanvarın 15-dən fevralın 1-dək Qətərdə keçirilmiş dünya çempionatının qalibi Fransadan başqa, Amerikadan Kanada, Asiyadan Qətər vəsiqə sahibidirlər. Avropa və Afrika çempionları da bu sıraya qoşulacaqlar. Polşadakı Avropa çempionatında dünya Çempionu Fransanın başçılığı ilə "A" qrupunda Polşa, Makedoniya və Serbiya, "B"də Xorvatiya, İslandiya, Norveç, və Belarus, "C"-də İspaniya, İsveç, Almaniya və Sloveniya, "D"-də Danimarka,Macarıstan, Rusiya və Monteneqro yarışacaqlar. Buradan ya qalib, ya da finalda Fransaya uduzan birbaşa Braziliyaya vəsiqə əldə edir. Sonrakı iki komanda qitələrarası təsnifata yollanacaq. Həmin yarışda Çili, İran və Bəhreynin yarışacağı bəllidir.

Qadınlarda, əksinə, hələ dünya çempionatı keçirilir. Dekabrın 5-dən 20-dək Danimarkanın Herninq, Kollinq, Frederikshavn və Nestved şəhərlərində keçirilmiş dünya çempionatının qalibi kimi, Norveç Braziliyaya yollanmaq hüququ əldə edib. Doğrudur, onlar daha əvvəl Avropa çempionatında lisenziya sahibi olmuşdular. Lakin indiki vəziyyətdə 2014-cü il dekabrın 7-dən 21-dək Macarıstanın Budapeşt, Debreseni və Qyor, Xorvatiyanın Zaqreb, Varajdin və Osiyek şəhərlərində keçirilmiş qitə çempionatında Norveçlə yanaşı, finalda yer almış İspaniya kollektivi də avtomatik "Rio-2016"nın iştirakçısına çevrilib. Olimpiadada qitələr üzrə Anqola (Afrika), Argentina (Amerika) və Cənubi Koreya da (Asiya) yarışacaqlar.

Qitələrarası təsnifat yarışında isə mundialın 7 komandası ilə yanaşı, qitələr üzrə reytinqə əsasən, rəqabətdə 2-ci və 3-cü ən yaxşılar da bu sırada yer alacaqlar. Qitələrin reytinqi dünya çempionatından sonra müəyyən olunub. Amerikadan Uruqvay və Meksika, Asiyadan Yaponiya, Afrikadan Tunis təsnifat yarışlarına vəsiqə əldə ediblər. Qalan komandalar Avropanı təmsil edəcəklər: Niderdand, Polşa, Rumıniya, Rusiya, Danimarka, Fransa və Avropa çempionatının 4-cüsü kimi - Monteneqro.

2016-cı il 17-20 mart aralığında keçiriləcək 3 olimpiya təsnifat turnirinin heyəti isə belə müəyyənləşib: 1-ci qrup: Niderdand, Fransa, Yaponiya və Tunis; 2-ci qrup: Rumıniya, Danimarka, Monteneqro və Uruqvay; 3-cü qrup: Polşa, Rusiya, Meksika.

Yarışların ev sahibləri yeni ildə müəyyənləşəcək. "Rio-2016"nın olimpiya turniri avqustun 6-dan 21-dək, hər iki kateqoriya üzrə 24 komandanın iştirakı ilə, Barradakı Olimpiya parkında keçiriləcək.

Voleybol

Qarşıdakı seçmələr - kişilər: 5-10 yanvar 2016. Berlin, Almaniya (Avropa olimpiya təsnifat turniri), 15 may-5 iyun 2016. Tokio, Yaponiya (Dünya olimpiya təsnifat turniri, 3 vəsiqə) və Tokio, Yaponiya (Qitələrarası olimpiya təsnifat turniri, 1 vəsiqə); qadınlar: 4-9 yanvar 2016. Ankara, Türkiyə (Avropa olimpiya təsnifat turniri), 15 may-5 iyun 2016. Tokio, Yaponiya (Dünya olimpiya təsnifat turniri, 3 vəsiqə) və Tokio, Yaponiya (Qitələrarası olimpiya təsnifat turniri, 1 vəsiqə).


Ev sahibinin hər iki turnirdə qələbə uğrunda yarışan komanda çıxaracağı turnirdə, dünya kubokunun qalibi kimi - kişilərdə (8-23 sentyabr 2015, Yaponiya) ABŞ, finalçı İtaliya, qadınlarda (22 avqust-6 sentyabr 2015, Yaponiya) Çin və finalçı Serbiya da qələbəyə əsas iddiaçılar sırasında yer alacaqlar. Qitələr üzrə yarışlarda isə bir qalib məlumdur: kişilərin turnirində Argentina Amerikanın təmsilçisidir.

Kişilər arasında Berlindəki turnirdə Avropadan ev sahibi ilə yanaşı, həmin qrupda yer alan Polşa, Serbiya və Belçika, digər qrupda isə Rusiya, Bolqarıstan, Fransa və Finlandiya yarışacaqlar. Qalib komanda olimpiadaya, sonrakı iki yerin sahibi dünya təsnifatına yollanacaqlar.

Dünya təsnifatında isə ev sahibi Yaponiya ilə yanaşı, Asiya üzrə dünya reytinqinə əsasən, Çin, İran və Cənubi Amerikanın 3-cüsü Venesuelanın yer alacağı bəllidir. Qitələrarası təsnifatda Cənubi Amerikadan Çili oynayacaq. Qalanları bəlli deyil.

Qadınlarda da yarışlar eyni qayda ilə keçiriləcək. Ankaradakı Avropa təsnifatında ev sahibi Türkiyə ilə yanaşı, Almaniya, Niderland və Xorvatiya "A", Rusiya, İtaliya, Belçika və Polşa "B" qrupunda mübarizə aparacaqlar. Qalib olimpiadaya, sonrakı iki yerin sahibi isə dünya təsnifatına yollanacaq. Dünya təsnifatında ev sahibi Yaponiya ilə bərabər, dünya reytinqinin Asiya üzrə nəticələrinə əsasən, Cənubi Koreya, Tailand və Qazaxıstan yer alacaqlar. Qalanları sonradan yarışlar ələyindən keçirilərək seçiləcəklər.

24 komandanın və ya 288 idmançının qatılacağı olimpiya turniri avqustun 6-dan 21-dək məşhur "Marakana"nın "Cinasiu du Marakanzinyu" arenasında keçiriləcək.

Su polosu


Qarşıdakı seçmələr - kişilər: 10-23 yanvar 2016. Belqrad, Serbiya (Avropa çempionatı), 3-10 aprel 2016. Triyest, İtlaiya (Dünya olimpiya təsnifat turniri, 3 vəsiqə); qadınlar: 10-22 yanvar 2016. Belqrad, Serbiya (Avropa çempionatı), 21-28 mart 2016. Qauda, Niderland (Dünya olimpiya təsnifat turniri, 3 vəsiqə).


Bu yarışlar üçün bir neçə seçmə yarış imkanı var. Kişilərdə 12 komanda sırasına düşmək üçün ilk fürsət İtaliyanın Berqamo şəhərində 2015-ci il iyunun 23-28-də keçirilmiş Dünya Liqasının superfinalı idi və onu Serbiya qalib kimi başa vurub, olimpiya yarışının ev sahibi Braziliya ilə birlikdə, iştirakçılar siyahısına başçılıq etməyə başladı. Kazandakı dünya çempionatında isə (27 iyul-8 avqust 2015) Serbiya, qalib gəlsə də, artıq lisenziya yiyəsi olduğundan, finalçı Xorvatiya və bürünc medalçı Yunanıstan vəsiqə sahibi oldular. Amerikadan Braziliya yolçuluğuna ABŞ komandası çıxıb.

Serbiyadakı qitə çempionatında ev sahibi ilə yanaşı, Xorvatiya və Yunanıstan lisenziya sahibləri olduqlarından, məsələ bir az da asanlaşıb. İndi yeganə lisenziyanı Macarıstan, İtaliya, Monteneqro, İspaniya, Rumıniya, Niderland, Gürcüstan, Fransa, Slovakiya, Almaniya, Malta, Rusiya və Türkiyə komandalarından biri qazanacaq.

İtaliyadakı dünya təsnifat turnirinə Avropadan 5, Asiyadan 2, Afrika və Okeaniyadan 1 komanda qatıla bilər. Amerikanı isə Kanada, Meksika və Argentina təmsil edəcəklər.

Qadınların turnirinin ancaq bir iştirakçısı məlumdur - ev sahibi Braziliya. Bu yarışda cəmi 8 komanda iştirak etdiyindən, ABŞ-ın qalib gəldiyi Kazandakı dünya çempionatının nəticələri hesaba alınmır. Avropa çempionatında İspaniya, Niderland, Macarıstan, Serbiya, Rusiya, İtaliya, Almaniya, Yunanıstan, Portuqaliya, Fransa, Türkiyə və Xorvatiya mübarizə aparacaqlar. Qalib birbaşa vəsiqə əldə edir.

Niderlandda 12 komandanın yarışacağı təsnifat turnirində Amerikadan ABŞ, Kanada və Kubanın iştirakı dəqiq bilinir. Bu zonadan dünya çempionu çıxsa da, olimpiadaya birbaşa vəsiqə vermir. Avropadan yarışda 5 komanda iştirak edəcək. Asiya 2, Afrika və Okeaniya hərəyə 1təmsilçi göndərəcəklər. Sonda daha 3 olimpiya komandası bəlli olacaq.

Olimpiadada,156 kişi və 104 qadın idmançı olmaqla, 260 nəfər 20 komandanın tərkibində mübarizəyə qoşulacaq. Yarış avqustun 6-dan 20-dək Barrada Maria Lenk adına su idmanı mərkəzində keçiriləcək.

BATI YAR


Xəbər 1458 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
22.09.2016 Ramil Qasımov: Rioda Azərbaycanın dövlət himninin səsləndirilməsi çox qürurverici idi
22.09.2016 Yelena Çebanu: Paralimpiya Oyunlarında medal qazanmaq hər bir idmançının ən böyük arzusudur
20.09.2016 Azərbaycan Paralimpiadanı 48-ci yerdə başa vurub
18.09.2016 Azərbaycan üzgüçüsü “Rio-2016” Paralimpiya Oyunlarında ikinci medalını qazanıb
18.09.2016 Azərbaycan idmançısı Paralimpiya Oyunlarında yığmaya daha bir medal qazandırıb
17.09.2016 “Rio-2016”: Azərbaycan üzgüçüləri finala yüksəliblər
17.09.2016 “Rio-2016”: Ukrayna futbolçuları çempion olublar
16.09.2016 Fransa tennisçiləri Rio Paralimpiadasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar
16.09.2016 “Rio-2016” Yay Paralimpiya Oyunlarının səkkizinci günündə 4 təmsilçimiz mübarizə aparacaq
16.09.2016 Fransa və Çin qılıncoynadanları “Rio-2016”da qızıl medal qazanıblar


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru