Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
19/04 | 10:32 Azərbaycan Premyer Liqasında tura Tovuzda start veriləcək
18/04 | 14:22 Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
18/04 | 14:21 Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
18/04 | 11:39 Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
18/04 | 10:47 Azərbaycanın U-17 millisi İnkişaf turnirində iştirak edəcək
18/04 | 10:16 Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
18/04 | 09:17 Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
17/04 | 20:34 Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17/04 | 18:32 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17/04 | 16:48 Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib
17/04 | 15:36 Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
17/04 | 12:40 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
17/04 | 11:49 Azərbaycan bilyardçısı Avropa çempionu olub
17/04 | 11:18 Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar
17/04 | 10:17 Azərbaycan stolüstü tennisçiləri “Türk Dövlətləri” beynəlxalq turnirində mükafat qazanıblar
17/04 | 09:44 Fərid Qayıbov ABŞ-də azərbaycanlı idmançılar və tələbələrlə görüşüb
16/04 | 18:05 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir
16/04 | 17:23 Azərbaycan voleybol çempionatı: yarımfinal mərhələsinin daha bir oyunu keçirilib
16/04 | 15:29 Azərbaycan Premyer Liqası: "Qarabağ” – “Neftçi” görüşünün başlama saatı bəlli olub
16/04 | 13:42 Paytaxtın abad məhəllələrində minifutbol yarışlarına start verilib
16/04 | 12:57 Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək
16/04 | 11:25 Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb
16/04 | 09:23 Azərbaycanın futzal millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək
15/04 | 19:25 Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib
15/04 | 15:50 “Sabah” ardıcıl iki oyunda "Qarabağ"a üç qol vurmaqla tarixə düşüb
15/04 | 15:08 Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək
15/04 | 12:53 Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar
15/04 | 12:01 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
15/04 | 11:49 Azərbaycan para-badmintonçuları İspaniyada beynəlxalq turnirdə iştirak edəcəklər
15/04 | 11:25 Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
15/04 | 10:37 Azərbaycan çempionatında 4-cü turun partiyaları keçirilib, vahid lider bəlli olub
15/04 | 09:49 Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar
14/04 | 22:10 Cüdo üzrə Bakı kəndləri birinciliyi keçirilib
14/04 | 21:32 Azərbaycan cüdoçuları Berlindəki Avropa Kubokunda birinci yeri tutub
14/04 | 20:14 Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Qərib mövsümün qəribəlikləri
Tarix: 22.12.2015 | Saat: 08:30:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

Milli çempionat ekvator xəttini keçdi

Milli futbol çempionatında klublar qısa “qış yuxusu”na getdilər. Mövsüm yanvarın 30-da 19-cu turun oyunları ilə bərpa olunacaq. Yeni ilə qədər istirahətə yollanan və planlarını bir daha nəzərdən keçirən klublar üçün hazırlıq dövrü qısa, lakin çox vacibdir. Çünki hər birinin dəyişməyə, yenilənməyə kəskin ehtiyacı var.

Komandalar fasiləyə mövsümün gözlənilən iki liderinin və bir də milli futbolumuzun rəqabət rəmzi saya biləcəyimiz iki əzəli rəqibin dueli ilə yola salındılar. Nəzəri liderlərin duelində qələbə daha çox "Qəbələ"yə lazım idi. Çünki artıq prinsipial rəqibini çox irəli buraxdığından, üz-üzə mübarizədə üstünlük 6 xala bərabər idi - 3-nü özü qazanacaqdı, 3-nü isə rəqibi itirəcəkdi. Gəncədə isə "Neftçi"ni qəbul edən "Kəpəz" bir anlıq 90-cı illərin ab-havasını yaşatdı. Qol da var idi, cəza da, azarkeş də, hərarət də, rəqabət də və həmişəki kimi, tez-tez dəyişən oyun ritmi də. Bircə psixoloji gərginlik bir az əvvəlki təbindən aşağı göründü. Bu da tet-a-tet duelsiz keçən ötən illərin təsirindəndir.

Ümumidən xüsusiyə və əksinə

Söhbəti turnir cədvəlinin ortaya çıxardığı bəzi mətləblərlə davam etdirək. Ötən həftələrdə "Qarabağ"ın Avrokubok mübarizəsi səbəbi (əslində, bəhanəsi) ilə əyləcləri basmaq məcburiyyətində qaldığı vaxt rəqiblər bundan istifadə edib yaxınlaşma kursu götürə bilmədilər - uçurumun dərinləşməsi aram-aram davam etdi. Əlbəttə, qış fasiləsindən sonra yarış marafonunda keçilən qədər də yol qalacaq. Ağdam klubunun ənənəvi eniş-yoxuşlu dövrlərinin mövsümdən mövsümə təkrarlandığını nəzərə alsaq, rəqiblərin yetişməsi və onu haqlaması da qeyri-real hadisə olmayacaq. Əlbəttə, hazırkı səviyyə ilə buna hər hansı birinin qadir olması şübhə doğurur. Yəqin ki, əsas potensialı olan yaxın komandalar, xüsusən də "Qəbələ" çempionluq iddiasından erkən əl çəkməsə, qış fasiləsi dövründə rəqabətin kəskinləşməsi reallığa çevrilə bilər. Qəbələnin eyniadlı təmsilçisi baş məşqçisi ilə müqavilə müddətini bir il də artırıb. Bu, etimad göstəricisidir. İndi o, qollarını çırmayıb işinə daha ürəklə, fərəhlə girişə bilər. Bunun üçün özünün gətirdiyi qaydalar və oyunçular da daxil olmaqla, bəzi yeniliklər edilməli, ən əsası, Azərbaycan futboluna münasibət dəyişməli və bir də, daha səviyyəli futbolçular gətirilməlidir. Bir sözlə, Avropa ya Çempionlar liqaları olmasına baxmayaraq, komandadan gələn il fərqli nəticələr tələb olunacaq. Axı, bu il çox mürəkkəb qrupda yer alsa da, hər kəs "Qarabağ"dan qrup səddini aşmasını gözləyirdi. Buna illərlə gözləməyə məcbur edilmiş azarkeşin haqqı var və həm də zaman göstərdi ki, "Qarabağ"ın da imkanı, gücü çata bilərmiş.

Bu tədbirlərlə futbolumuzda 10 ildən artıqdır davam edən yeniləşmə, nəhayət, bir məntiqi sonuna yetişməlidir. Axı, nə AFFA-nın, nə də PFL-in büdcəsi az deyil. Bu imkanlar 10 il ərzində futbolumuzu nəticələrə olmasa da, ümidələrə çatdırmalı idi. Artıq, bu dalğa, bu yanaşma ilə bütün futbolumuz - federasiyalar, cəmiyyətlər, klublar və başqaları qarşısında tələblər daha ciddi olmalıdır. Hərçənd bu gün klublarımızın düşdüyü vəziyyət vaxtilə əsl futbol ticarəti, oyunçu transferləri, futbolçu yetişdirilməsi, perspektivli və təcrübəli əcnəbilərdən ibarət heyətin qurulması, reklam və menecment işi və s. ilə bağlı iqtisadi özüllərin möhkəmləndirilməsi barədə iradlarımızın əks etdirdiyi mənzərədən çox uzağa getməyib. Amma Avropa liqası barədə son icmalımızda klublarımızın nəyisə mənimsəmək, nəyəsə nail olmaq, hansısa qərarı vermək üçün son şansı olduğunu qeyd etmişdik. Çünki bu dəfə də nəticə çıxarılmasa, növbədə durğunluq və geriləmə olacaq.

Klub güzgüsündən boylanan Avropa

Yəqin ki, dövrələrarası fasilə müddətində hər klubun əsas niyyəti, mənzili bəlli olacaq. Turdan-tura izlədiyimiz mənzərə klublarımızın əvvəlki illərlə müqayisədə rəqabətdə nələri itirdiklərini əyani göstərdi. Bütün ümidlər iki Avrokubok iştirakçısına yönəlsə də, onların iki cəbhədə oynamağa cəsarət tapa bilməmələri şübhələrə zəmin yaratdı. Hətta rəqiblərin indiki vəziyyətində belə, Avroliqa-çempionat bölgüsünü apara bilmədilər.

"Qarabağ" üçün bu məsələ ilə bağlı əsas problem yeni oyunçuların, Avropa səviyyəsi ilə müqayisədə, yerinin bəlli edilməməsi, kluba uyğunlaşmaması və buna görə də normal rotasiya prinsiplərinin tətbiq edilməsinin mümkünsüzlüyü ilə bağlı idi. Amma "Qəbələ" üçün, əməli olaraq, yaşıl işıq var idi. Baş məşqçi Avropada əsasən (daha doğrusu, yalnız) əcnəbilərə güvəndi. Daxili yarışlarda isə, limit səbəbilə, yerli futbolçulardan faydalanmalı olurdu. Amma, əslində, proporsionallığı pozan bu yanaşma komandanın daxili arenada bugünkü uğursuzluqlarına yol açdı. Axı, bu gün Avropada üstünlük verilən futbolçularla müqayisədə yerlilərin imkanları heç də aşağı sayıla bilməz. Əksinə, bəzi məqamlarda onlardan daha səmərəli istifadə etmək mümkün idi. Məşqçinin hətta son görüşdə belə, onlardan faydalanmaması çox mətləbləri üzə çıxarır. Axı, həmin məqamda o, ehtiyat saydığı qüvvənin bəzi oyunçularına meydan verə bilərdi. Bu səbəbdən, daxili nizam-intizamda da əyər-əksikliklər var və bu, meydanda özünü daha çox büruzə verir. Təkcə, "Qarabağ"la matçda "Qəbələ"nin təzadlı oyunu buna misal ola bilər. Klubu ümidlə alınmış oyunçuların tərk etməsi isə dediklərimizə əyani sübut və klub rəhbərliyinin seçimidir.

"Qarabağ" dəyərlərini yenidən qiymətləndirsə, heç də pis olmaz. Çünki komanda yeni səviyyəyə qalxmaq ərəfəsində olduğu bir vaxtda yerində sayarsa, məcburən, bu aqibətlə üz-üzə qalanda, çox şey itirə bilər. Əksinə, indidən uyğunlaşmaya başlasa, digər klubları, ümumən, futbolumuzu öz arxasınca darta bilər. Bu mənada, "Qəbələ"nin ona dəstəyi çox vacibdir.

Vəziyyəti Rusiya futbolu ilə müqayisə etmək olar. 90-cı illərdə meydanda tək qalan "Spartak" məhz dəyərlərini doğru qiymətləndirə bilmədiyi üçün uçuruma yuvarlandı, lakin sonra da bir neçə klubun yüksəlişi, maddi-texniki, bazaya ayrılan diqqət, menecmentin sərrastlığı ilə yeni temp götürüldü, "yoldaşından qalma geri" prinsipi ilə sağlam rəqabət quruldu və bu gün ölkədə yeni futbol ab-havası hökm sürür. Çatışmayan yeganə cəhət bu infrastrukturda yerli futbolçu yetişdirilməsinə diqqət ayrılmamasıdır.

Təzadlı yarışda

Bu qlobal mövzudan keçək ölkə çempionatına. Artıq Avropa macərası başa çatıb və bütün işlər növbəti Avropa miqyası baxımından qiymətləndirilməlidir. Həmişəki kimi, "Qarabağ"la "Qəbələ" orta Avropa səviyyəsində qalmaqla, güclənməyə meylli olsalar, bu, yaxşı başlanğıc sayıla bilər. Ümumiyyətlə, qış fasiləsi bu dəfə, əvvəlki illərdən də çox diqqətçəkən olacaq. Çünki hamısı - hərəsi öz yorğanına görə olsa belə - dəyişməlidir.

Klublar imkanlar və potensiala, sabaha ümidinə görə, aşkar iki qütbə bölünüblər. Ən maraqlısı və çempionatın qəribəliyini aşkar göstərən də, bu qütblərdə olan komandaların bir-birinə qarışmasıdır. "Qarabağ"dan sonrakı yerdə, maliyyə vəziyyəti və buna görə qarşıdakı dövrdə hansı səviyyədə olacağı bilinməyən "İnter" ikinci pillədə qərar tutmaqla, "Qəbələ"dən, həmçinin vəziyyəti sabit olan "Zirə" və "Kəpəz"dən, eləcə də təhlükə ilə üz-üzə olmayan, lakin büdrəmiş "Neftçi"dən də yuxarıda qərar tutub. Yalnız futbolçu şövqü - entuziazmı üzərində qurulmuş oyunla komanda bu qədər irəliləyibsə, bunun səbəbkarları sırasında rəqiblərin xüsusi yeri və "zəhmət"i var. İndi klub rəhbərliyi ciddi səy göstərməlidir ki, beynəlxalq futbol qurumunun ciddi təhdidlərindən yaxasını qurtara bilsin. Əks təqdirdə bu klubu da "Xəzər Lənkəran"ın büründüyü ab-hava gözləyir. Cənub təmsilçisi ilə bağlı vəziyyəti xilas etməyə qadir qüvvələr varsa, "beynəlmiləlçilər" üçün bu, əcəl zənginə çevrilə bilər. Bu xüsusda ümidverici məqamlardan biri AZAL-la "Sumqayıt"ın, nəhayət, uçurumdan qurtulmaq üçün, cüzi olsa belə, irəliləyişə nail olmalarıdır. Hərçənd bir ara heç qol vurmağa da taqəti olmayan "təyyarəçilər", həmçinin durğunluqdan çıxa bilməyən "Sumqayıt"ın vəziyyəti bu fasiləyə qədər davam etsəydi, çempionatın səviyyəsi əməlli zərbə yeyəcəkdi. Çünki ölkənin daxili yarışının səviyyəsi güclülərlə deyil, ortabablarla müəyyənləşir.

Çox təəssüf ki, autsayder durumunda olan komandalardan "Xəzər Lənkəran"ın düşdüyü vəziyyət gündən-günə ümidsizləşir. Əslində, gur azarkeş ordusu olan regionda yerləşdiyindən, klubun vaxtında söz açdığımız problemləri, ən vacibi, işə yanaşma tərzi aradan qaldırılmadı. Bu gedişlə maddi-texniki bazası günün tələbləri çərçivəsində yüksək səviyyədə olan "Xəzər Lənkəran"ın talesiz sələfləri sırasına qoşularaq, mövcudluğuna faktiki son qoyulması reallığa çevrilə bilər. Axı, məlum məsələdir ki, aşağı divizion klublarımız üçün bataqlıqdır.

Təəssüf doğuran daha bir məsələ digər debütantlar kimi, "Rəvan"ın da hələ özünə gələ bilməməsidir. Doğrudur, komandanın elitaya qoşulması sürpriz nəticəsində baş verdi, amma ilk dövrlər nəticələr ümidverici idi. Lakin sonradan "Muğan"lı-"Rəvan"lı dövrlərin bənzər problemləri vəziyyətin yenə dəyişmədiyini göstərdi. Bu, klubun hələ də keçmiş dərslərdən ibrət götürmədiyinin əyani göstəricisidir.

Söz yox ki, bu gün ortabab libasına bürünmüş "Neftçi" ilə yanaşı, uğurlu debütantların - "Zirə" ilə "Kəpəz"in yüksəlmək fürsəti realdır. Yuxarı mövqedə olan lider funksiyalı cütlüyün qeyri-sabit oyunu onlara dəfələrlə şans verib. Lakin Avropa mövsümü başa çatdığından, onlarla ayaqlaşmaq üçün bu üçlük sıralarına nəzər salmalıdır. Üstəlik, debütantlar bunu fürsət kimi dəyərləndirib, Avropa arenasına çıxmağa cəhd etməyə real namizəddirlər. Hərçənd tam aşkar rəqabət üçün heyətin gücləndirilməsi qaçılmazdır. "Neftçi" isə özünə dönmək üçün, yenidənqurma olmasa da, əsaslı dəyişikliklərə əl atmalıdır. Axı, bəzən təzə qan da yeni ruh yarada, ovqatı yüksəldə bilir.

Göründüyü kimi, qış fasiləsi hər bir klubun qarşısında dəyişmək zərurətini yaradıb. Özü də son illər ilk dəfə bütün klublar üçün bu, zəruri gedişə çevrilib. Bundan kimin necə yararlanacağını zaman göstərəcək.

BATI YAR
Xəbər 2227 dəfə oxundu



 
Müəllifin son yazıları

14.09.2021 “Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
14.09.2021 Uduzmaq ayıb deyil, amma...
07.09.2021 Hətta nağıllar reallıqla bitir: üç alma yerə düşür
07.09.2021 Avrokuboklar: Yalnız “Qarabağ"la
07.09.2021 “Araz" tarixinin 16-cı əsas yarışında
24.08.2021 “Paris-2024": əsas yarış məqamlarına aydınlıq gətirilir
24.08.2021 Avrokuboklar: Sapı iynənin gözündən keçirmək olsa
24.08.2021 Daha bir qarışıq-natamam mövsümə doğru
23.08.2021 Ya qalib, ya da ən yaxşı ikinci olmaq lazımdır
10.08.2021 Əlvida, “Tokio-2020"!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru