Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
28/03 | 11:06 Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
27/03 | 17:44 Azərbaycanın qadınlardan ibarət boks millisi Bakıdakı beynəlxalq turniri 9 medalla başa vurub
27/03 | 14:40 Azərbaycanın 5 ağırlıqqaldıranı Dünya Kubokunda çıxış edəcək
27/03 | 10:41 Minifutbol çempionatı: “Zirə” növbəti qələbəsini qazanıb
27/03 | 09:59 Azərbaycanın 2 boksçusu "Böyük İpək Yolu"nda bürünc medal qazanıb
26/03 | 22:36 Azərbaycan Kuboku: "Neftçi" qrup lideri kimi yarımfinala yüksəlib
26/03 | 16:40 Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb
26/03 | 15:39 Azərbaycan avarçəkəni İtaliyadakı turnirdə gümüş medal qazanıb
26/03 | 10:36 AVRO-2024-ə vəsiqə qazanacaq sonuncu komandalar müəyyənləşəcək
26/03 | 09:37 Azərbaycanın U-21 millisi bu gün Ukraynanı qəbul edəcək
25/03 | 22:00 Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib
25/03 | 14:21 Azərbaycanın bədii gimnastı Qazaxıstanda bürünc medal qazanıb
25/03 | 13:32 Azərbaycanın daha bir gimnastı Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
25/03 | 11:43 Azərbaycan voleybol çempionatı: XVIII turun proqramı açıqlanıb
25/03 | 10:24 Azərbaycanın üç boksçusu Bakıdakı turnirə qələbə ilə başlayıb
24/03 | 20:25 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"ni 4 medalla başa vurublar
24/03 | 17:26 Azərbaycan gimnastları Portuqaliyada gümüş medal qazanıblar
24/03 | 15:57 Bakıda "Böyük İpək Yolu" turnirinin açılış mərasimi keçirilib
24/03 | 13:19 Azərbaycanın basketbol millisi Gürcüstanda daha iki qələbə qazanıb
24/03 | 10:31 Azərbaycanın daha bir atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 20:42 Azərbaycan atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 16:34 Bakıda 11 ölkənin iştirakı ilə “Böyük İpək Yolu” turniri keçiriləcək
23/03 | 14:55 Azərbaycan gimnastları Qazaxıstanda keçirilən turnirdə 6 medal qazanıblar
22/03 | 19:37 “Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk gündə 2 medal qazanıblar
22/03 | 11:27 Azərbaycan tamblinq millisi beynəlxalq turnirdə birinci yeri tutub
22/03 | 11:15 Göygöldə həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışlarına start verilib
22/03 | 10:59 Azərbaycan paraatletika millisi Qran-pridə çıxış edəcək
22/03 | 10:11 Azərbaycanın U-21 yığması bu gün İngiltərə ilə qarşılaşacaq
22/03 | 09:37 Azərbaycan futbol millisi bu gün Monqolustanla üz-üzə gələcək
21/03 | 21:34 "Qarabağ"ın U-14 komandası Minskdə keçirilən turnirdə çempion olub
21/03 | 18:38 Fərid Fərhadzadə Madriddə Dünya Triatlon İttifaqının rəsmiləri ilə görüşüb
21/03 | 17:29 Azərbaycan stolüstü tennisçiləri Ankarada beynəlxalq toplanışa qatılıblar
21/03 | 14:31 Azərbaycan Premyer Liqasında XXIX və XXX turun proqramı açıqlanıb
21/03 | 13:30 Bədii gimnastika üzrə 29-cu Azərbaycan çempionatının açılış mərasimi keçirilib
21/03 | 13:28 Azərbaycan gimnastları beynəlxalq turnirdə finala yüksəliblər
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Prezident Kuboku uğrunda çövkən yarışları milli ənənələrin bərpasına misilsiz töhfədir
Tarix: 15.12.2015 | Saat: 16:12:00 | E-mail | Çapa göndər
Dekabrın 16-da Şəkidəki Respublika Atçılıq Turizm Mərkəzində Prezident Kuboku uğrunda növbəti - X çövkən milli oyununa start veriləcək. Mərkəzin direktoru Elman Qədirov bildirib ki, dekabrın 21-dək davam edəcək yubiley yarışlarında respublikamızın müxtəlif şəhər və rayonlarını təmsil edən 24 komandanın iştirakı nəzərdə tutulur. Komandalar 6 növ - çövkən, sür-papaq, papaq, yaylıq, güc sınağı və baharbənd oyunları üzrə yarışacaqlar.

Son illər ölkəmizdə qədim tarixə malik atçılıq ənənələrinin bərpasına xüsusi diqqət göstərilir. Prezident İlham Əliyevin Fərmanı ilə 2006-cı ildə Şəki rayonunda Atçılıq Turizm Mərkəzi yaradılıb. Onun yaradılmasında əsas məqsəd qədim atçılıq ənənələrini dirçəltmək, milli atüstü oyunlara yeni həyat vermək, ölkəmizdə atçılıq turizmini təbliğ etmək, gənc nəsildə bu sahəyə maraq oyatmaqdır. Prezident Kuboku uğrunda ənənəvi çövkən yarışları da xalqımızın atçılıq ənənələrinin bərpası və dirçəldilməsi işinə daha bir misilsiz töhfədir.

2006-cı ilin dekabrından başlayaraq hər il may ayında Şəkidəki Respublika Atçılıq Turizm Mərkəzində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan milli atüstü oyunlar festivalının, dekabrda isə Prezident Kuboku uğrunda çövkən milli oyunu üzrə yarışların keçirilməsi artıq ənənə halını alıb. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən yarışların coğrafiyası ildən-ilə genişlənir, iştirakçı komandaların sayı artır. On il əvvəl ilk dəfə təşkil olunan yarışlarda 6-8 komanda iştirak edirdisə, son illər iştirakçı komandaların sayı 20-ni ötür.

Mədəniyyət və Turizm Nazirliyinin rəsmisi, yarışların təşkilində xüsusi əməyi olan Cavanşir Cəfərovun ötən il keçirilən oyunlar zamanı AZƏRTAC-a müsahibəsində dediyi fikirləri xatırlamaq yerinə düşər: “Çövkən oyunu üzrə yarışların keçirilməsi Azərbaycan xalqının atüstü oyunlarının bərpa edilməsi istiqamətində çox gözəl bir addımdır. Min illər ərzində ata-babalarımızın oynadığı bu oyunu biz indi də oynayırıq. Bu, çox təqdirəlayiq haldır. Komandaların ustalıq səviyyəsi də xeyli artıb. İndi bütün komandalar iddialı görünür, hamı birinci olmaq istəyir”.

Sovet dövründə atüstü milli oyunlara marağın bir qədər azalmasına baxmayaraq, bölgələrimizdə, xüsusən Qarabağda xalqımızın qeyri-maddi mədəni irsinin ayrılmaz hissəsi olan qədim oyun ənənələri, o cümlədən çövkən oyunu qorunub saxlanılıb. Ümummilli lider Heydər Əliyev əcdadlarımızdan miras qalmış zəngin maddi və mədəni irsə böyük diqqət və qayğı ilə yanaşmağı dönə-dönə tövsiyə edir, azərbaycançılıq ideologiyasının formalaşmasında onların aparıcı amil olduğunu daim xatırladırdı. Təsadüfi deyil ki, son illər xalqımızın yenidən sahib olduğu milli dəyərlər sırasında xalq milli oyunları ön cərgələrdə yer almağa başlayıb.

Sevindirici haldır ki, 2013-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Bakıda keçirilən 8-ci sessiyasında Azərbaycanın çövkən oyunu Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınıb. Bu işdə Heydər Əliyev Fondunun rolunu xüsusilə qeyd etmək lazımdır. Azərbaycanın milli oyununun belə bir mötəbər siyahıya daxil edilməsi xalqımızın yaratdığı ənənələrin bəşəriyyət üçün də böyük önəm daşıdığını göstərir.

Çövkən oyunun tarixinə bir nəzər

Azərbaycan atçılığın təşəkkül tapdığı ən qədim ölkələrdən biridir. İgidlik rəmzi olan, haqqında dastanlar, nağıllar yazılan at Azərbaycan xalqının həyatında, məişətində, xüsusilə də hərb tarixində əvəzsiz rol oynayıb. Əcdadlarımız at belində düşmən üstünə yürüyüb, zəfər qazanıb. Nağıllarımızda, xalq qəhrəmanlıq dastanlarında Azərbaycan igidlərinin at çapmaqda, ox atmaqda hər zaman məşhur olduqları öz əksini tapıb.

Qədim zamanlarda ömürlərinin böyük hissəsini at belində keçirən Azərbaycan türkləri öz sədaqətli yoldaşları olan atlarla səfərlərə, döyüşlərə yollanıb, eyni zamanda, cıdır yarışları təşkil edib, çövkən, sür-papaq, papaq, sürəyçi, baharbənd, yaylıq, piyaləox, gərdəkqaçırdı kimi atüstü oyunlar yaradıblar. Bu milli oyunlar el şənliklərinin də ayrılmaz atributu idi. Tarixi çox qədimlərə gedən, xalqın müxtəlif dövrlərdəki adət-ənənələrini, etnoqrafiyasını özündə yaşadan atüstü oyunlar nəsildən-nəslə keçərək müasir dövrümüzədək gəlib çatıb.

Azərbaycanda atüstü milli oyunlardan ən məşhuru heç şübhəsiz ki, çövkəndir. Min illər ərzində Azərbaycanda igidlərin oynadığı bu oyun cəsurluq, çeviklik və məharət tələb edir. Folklorşünas Məhəmməd Məmmədovun qeyd etdiyi kimi, orta əsrlərdə vaxtaşırı baş verən müharibələr güclü və məharətli döyüşçülərin hazırlanması zərurəti yaradırdı. Bu işdə çövkən oyunu mühüm rol oynayırdı.

Çövkən oyunda istifadə olunan, ağacdan hazırlanan alətdir və oyun da adını ondan götürüb. Komanda oyun növü olan çövkən yarışları eramızın birinci minilliyinin ortalarında formalaşıb, yüzillər ərzində Azərbaycanda, Orta Asiyada, İranda, Türkiyədə, İraqda və qonşu ölkələrdə populyar olub. Qədim qaynaqlar hələ XII əsrdə İslam dünyasının mədəni mərkəzlərindən olan Bağdadda Orta Şərq ölkələrinin atçaparları arasında tarixdə ilk beynəlxalq çövkən yarışlarının keçirildiyini göstərir.

Bu yarışların Azərbaycanda çox qədimdən məşhur olduğu da faktlarla təsdiqlənir. Örənqalada aparılan arxeoloji qazıntılar zamanı tapılan şirli qab üzərində çövkən oyununun təsvir edildiyi rəsm bu oyunun IX əsrdə Beyləqan şəhərində geniş yayıldığını əyani şəkildə təsdiqləyir. Nizaminin “Xosrov və Şirin” əsərindən və “Kitabi-Dədə Qorqud” boylarından isə Azərbaycanda çövkənin tarixinin hətta VI-VII əsrlərə və bəlkə ondan da əvvəllərə gedib çıxdığı məlum olur.

Çövkənin qədim Azərbaycan oyunu olmasını təsdiqləyən faktlardan biri də orta əsr miniatürlərində bu oyunun tez-tez əksini tapması, yazılı mənbələrdə onun keçirilmə qaydaları haqqında məlumatların verilməsidir. Bəzi tədqiqatçılar çövkənin türklərdən Sasanilərə, onlardan da ərəblərə keçdiyini bildirirlər. Nizami Gəncəvi tarixi sənədlər əsasında yazdığı “Şərəfnamə” əsərində çövkən oyununun hətta Əhəmənilər dövründə mövcud olduğunu qeyd edib. “Xosrov və Şirin” poemasında türk qızı Şirinin çövkən oynamaqda Sasani hökmdarı Xosrovdan heç də geri qalmadığı göstərilib. “Kitabi-Dədə Qorqud” dastanının Salur Qazanın evinin yağmalanması boyundakı “Qılıncını nə öyərsən, mərə kafir, əyri başlı çövkənimcə gəlməz mənə” ifadəsi həmin dövrdə oğuz türkləri arasında çövkən oyununun çox məşhur olduğunu sübut edir.

Klassik şairlərmizdən Qətran Təbrizi, Xəqani, Nəsimi, Xətai və digərlərinin şeirlərində də çövkənlə bağlı ifadələrə rast gəlmək mümkündür. Məmməd Səid Ordubadinin “Qılınc və qələm” tarixi romanında çövkən oyununa xüsusi bir fəsil həsr edilib. Burada göstərilir ki, ərəb xilafəti dövründə ən təntənəli bayramlar, əlamətdar günlər zamanı azərbaycanlılar bu oyunun ən mahir ustası kimi yarışlara dəvət olunurdular.

AZƏRTAC
Xəbər 995 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
24.12.2023 Çövkən üzrə Prezident Kubokunun qalibi müəyyənləşib
22.12.2023 Çövkən üzrə Prezident Kubokunda finalçılar müəyyənləşib
19.12.2023 Çövkən üzrə Prezident Kubokunda növbəti oyunlar keçirilib
17.12.2023 Çövkən üzrə Prezident Kubokunda ikinci günün qalibləri müəyyənləşib
15.12.2023 Çövkən üzrə Prezident Kubokunda ilk günün qalibləri müəyyənləşib
15.12.2023 Çövkən üzrə Prezident Kubokunun açılış mərasimi olub
09.12.2023 Azərbaycan idmançısı Rusiyada keçirilən atçılıq yarışlarında 2 medal qazanıb
09.11.2023 Azərbaycan millisi Bakıda keçirilən çövkən üzrə dünya çempionatının qalibi olub
08.11.2023 Milli Atçılıq Festivalı: İki yarışın qalibləri məlum oldu
07.11.2023 Çövkən üzrə dünya çempionatı: Azərbaycan millisi Qazaxıstana qalib gəlib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru