Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
24/04 | 22:21 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
24/04 | 21:22 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24/04 | 19:19 Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
24/04 | 17:18 Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
24/04 | 14:17 Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
24/04 | 13:26 Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
24/04 | 10:13 Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır
24/04 | 09:21 Azərbaycan Kubokunda finalçılar bu gün bəlli olacaq
24/04 | 09:10 Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23/04 | 19:08 Voleybol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb
23/04 | 18:07 Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub
23/04 | 17:04 Futzal üzrə Azərbaycan Kubokunun yarımfinal oyunlarına təyinatlar açıqlanıb
23/04 | 14:02 “Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
23/04 | 12:31 AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
23/04 | 12:30 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub
23/04 | 10:00 Azərbaycan şahmatçısı Avropa çempionatında ardıcıl 4 qələbə əldə edib
23/04 | 09:55 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq
22/04 | 23:29 1/4 finalçılar müəyyənləşib
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
20/04 | 10:15 Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
19/04 | 21:13 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19/04 | 20:10 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
«Rio-2016»: Suları yara-yara
Tarix: 15.12.2015 | Saat: 11:10:00 | E-mail | Çapa göndər
V yazı

Lisenziyalar necə qazanılır?

Rio-2016 Yay Olimpiya Oyunlarının ən maraqlı məqamlarından biri su üzərində keçirilən yarışlardır. Artıq haqqında söhbət açdığımız avarçəkmə və onun növlərindən də çox maraq doğuran yarışlar hovuzlarda və açıq sularda cərəyan edəcək. Bu növlərə hələlik idman ictimaiyyətimiz böyük ümid bəsləmir. Lakin ölkədə onlara diqqətin artırılması, ələlxüsus da maddi-texniki bazanın gücləndirilməsinə münasibətin köklü dəyişməsi ilə yaxın gələcəkdə çox maraqlı yeniliklərə şahid ola bilərik. Olimpiadaya seçmə yarışların 5-ci məqaləsini haqqında söhbət açdıqlarımız və vaterpoldan savayı, su ilə bağlı qalan idman növlərinə həsr edirik.


Üzgüçülük

Qarşıdakı seçmələr 3 iyul 2016 (2015-ci il martın 1-dən başlanmış şəxsi hesabda normativlərin yerinə yetirilməsi dövrü); 31 may 2016 (2015-ci il martın 1-dən başlanmış estafet yarışlarında normativlərin yerinə yetirilməsi dövrü)

Bu hesabatdan savayı, Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazanda keçirilmiş dünya çempionatı (2-9 avqust 2015) estafet yarışlarında əsas təsnifat turniri idi. Hər ölkə Oyunlara həm kişilərdə, həm də qadınlarda ən çoxu 26 üzgüçü sifariş edə bilər. Hər proqram üzrə yarışda bir ölkəni yalnız iki idmançı təmsil edə bilər (estafet yarışlarında komandalar 6 üzgüçüdən ibarət ola bilər). Bir proqram üzrə iki idmançının ölkəni olimpiadada təmsil etməsi üçün hər ikisinin mütləq «A» normativlərini yerinə yetirməsi vacibdir. Milli federasiyalar normativləri yerinə yetirmiş idmançılar arasından özü seçim etmək hüququna malikdir.

Estafet yarışlarında çıxış etmək üçün komandanın müvafiq dünya çempionatlarında ən yaxşı 12 komanda sırasına düşməsi lazımdır. Daha 4 vəsiqə təsnifat dövründə ən yaxşı nəticə göstərmiş 4 komandaya veriləcək. Özü də bu reytinq Oyunlara vəsiqə əldə etmiş ölkələr nəzərə alınmadan tərtib ediləcək.

Seçim mərhələlərini keçmiş komandalara estafet yarışları üçün daha iki idmançı sifariş etmək imkanı da veriləcək. Doğrudur, onlar şəxçi hesabda fərdi mübarizələrə qoşula bilməyəcəklər. Amma komandaya qoşulmaq üçün bu idmançılara «B» normativini yerinə yetirmək də kifayətdir.

Bəs üsullar üzrə normativlər necədir: Sərbəst: 50 m (kişilər: «A» - 22,27 və «B» - 23,05; qadınlar: «A» - 25,28 və «B» - 26,17), 100 m (48,99 və 50,70 - 54,43 və 56,34), 200 m (1.47,97 və 1.51,75 - 1.58,96 və 2.03,13); 400 m (3.50,40 və 3.58,51 - 4.09,08 və 4.17,80), 800 m (- 8.33,97 və 8.51,96), 1500 m (15.14,77 və 15.46,79 - ). Arxasıüstə: 100 m (54,36 və 56,26 - 1.00,25 və 1.02,36), 200 m (1.58,22 və 2.02,36 - 2.10,60 və 2.15,17). Bras: 100 m (1.00,57 və 1.02,69 - 1.07,85 və 1.10,22), 200 m (2.11,66 və 2.16,27 - 2.26,94 və 2.32,08). Batterflay: 100 m (52,36 və 54,19 - 58,74 və 1.00,80), 200 m (1.56,97 və 2.01,06 - 2.09,33 və 2.13,86). Kompleks: 200 m (2.00,28 və 2.04,39 - 2.14,26 və 2.18,96), 400 m (4.16,71 və 4.25,69 - 4.43,46 və 4.53,38).

«B» normativləri yalnız beynəlxalq federasiyanın qərarı ilə bölüşdürüləcək. Bu normativlər boş qalan yerlər üçün nəzərdə tutulub. Qeyd edilən proqramlardan savayı, Oyunlarda 100 və 200 metrə sərbəst, həmçinin 100 metrə qarışıq üsulla həm qadınlar, həm də kişilər arasında komanda estafet yarışı da olacaq. 32 dəst medal uğrunda 900 nəfərin üzgüçülük mübarizəsi avqustun 6-dan 13-dək Su növləri olimpiya stadionunda keçiriləcək.

Açıq suda üzgüçülük

Qarşıdakı seçmələr –2016 (Qitələrarası olimpiya təsnifat turniri)

10 kilometr məsafəyə üzgüçülüyü nəzərdə tutan bu yarış üçün hər bir ölkə həm kişilərdə, həm də qadınlarda yalnız iki idmançı sifariş edə bilər. İlk seçmə yarış 2015-ci il iyulun 27-28-də Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazanda keçirilmiş dünya çempionatı idi. Burada qadınlarda ABŞ və Avstraliya, kişilərdə isə Almaniya və İtaliya iki vəsiqəni qazanıblar. Təsnifat turnirində qeyd edilənlərdən savayı, 1 vəsiqəsi olanlar (kişilərdə – CAR, ABŞ, Rusiya, Böyük Britaniya, Braziliya və İspaniya; qadınlarda – Yunanıstan, Rusiya, Niderland, İtaliya, İspaniya) cəmi 1 idmançıya lisenziya almaq hüququna malikdirlər. Qalan ölkələr isə yenə iki idmançı ilə təsnifata qatıla bilərlər. Lakin təsnifatda lisenziya verən 9 yerin sahibi arasında hər ölkədən cəmi bir idmançı ola bilər. Bundan savayı, 5 qitənin hər birinə daha bir vəsiqə veriləcək. Özü də bu vəsiqə həmin qitədən lisenziyası olmayan ölkənin təmsilçisinə veriləcək.

Yarış avqustun 6-da və 7-də «Fort Kopakabana»da keçiriləcək və cəmi 50 idmançı iki dəst medal uğrunda mübarizə aparacaq.

Suyatullanma


Qarşıdakı seçmələr – 18-24 fevral 2016.Rio de Janeyro, Braziliya (Dünya kuboku)

Hər ölkənin yarışa həm kişilərdə, həm də qadınlarda cəmi 8 idmançı çıxarmaq hüququ var. Şəxsi hesabda hər ölkə yalnız iki idmançıya güvənməlidir. Sinxron sıçrayışlarda isə bir cütlük ölkəsinin şərəfini qoryacaq. Bütün suyatullananlar vəsiqəni yalnız ölkəsi üçün qazanır.

Əsas yarışlar Almaniyanın Rostok şəhərində iyunun 9-14-də keçirilmiş Avropa və Rusiyanın Kazan şəhərində iyulun 25-dən avqustun 2-dək keçirilmiş dünya çempionatları idi. Avropa çempionatında qaliblər birbaşa vəsiqələrə sahib olublar. Dünya çempionatında ilk 3 pillədə olmaq lisenziya üçün yetərli idi. Həm də bu halda qitə çempionatlarının nəticələri hesaba alınmır.

Dünya kubokunda lisenziyalar 4 ən yüksək yerin sahiblərinə veriləcək. Bu halda əvvəlcədən vəsiqə əldə etmiş ölkələrin nəticələri nəzərə alınmayacaq. Deməli, daha aşağı yerin sahibi də lisenziyaya ümid edə biləcək.

Cəmi 136 idmançı avqustun 7-dən 19-dək Maria Lenk adına Su idmanı növləri mərkəzində mübarizəyə qoşulacaq. 8 proqram üzrə yarışlarda həm kişilər, həm də qadınlar 3- metrlik tramplin və 10- metrlik qüllədə yarışacaqlar. Fərdi yarışlardan savayı, hər iki hündürlük üzrə cütlərin mübarizəsi də olacaq.

Sinxron üzgüçülük

Qarşıdakı seçmələr– 2-6 mart 2016.Rio de Janeyro, Braziliya (olimpiya təsnifat turniri)

Əsas təsnifat mərhələləri qitələrin öz çempionatlarıdır. Panamerika Oyunlarında Braziliya, Avropa çempionatıda Rusiya, Asiyada Çin, Okeaniyada Avstraliya, Afrikada Misir yarışlarda tam heyətlə iştirak etmək hüququ əldə ediblər. Avropa çempionatı 2015-ci il mayın 8-dən 10-dək Niderlandın Haarlemmermeer şəhərində keçirilib. Qeyd edək ki, yalnız qadınların yarışdığı bu növdə cütlər və komanda yarışları keçirilir və iki dəst medal oynanılır. Hər iki ölkə olimpiya oyunlarına 9 idmançı ilə qatılacaq. Onlardan savayı, Amerikadan Kanada, Avropadan Ukrayna, Afrikadan CAR, Asiyadan Yaponiya cütlərdə təmsil olunmaq hüququnu təmin ediblər.

Olimpiya seçmə turnirində isə daha 3 komanda və 11 cütlük lisenziya qazanacaq. Cəmi 104 sinxronçu qadın avqustun 15-dən 20-dək Maria Lenk adına Su idmanı növləri mərkəzində mübarizə aparacaq. İştirakçılara əsas tələb 15 yaşdan aşağı olmamalarıdır.

Yelkən idmanı

Qarşıdakı seçmələr – 26 mart-2 aprel 2016. Palma de Mayorka, İspaniya («Şahzadə Sofiya reqatası» Avropa olimpiya təsnifat turniri)

Bu növdə hər olimpiya proqramı üzrə yarışa ölkələr cəmi 1 qayıq çıxara bilərlər. Beləliklə, kişilər 8, qadınlar 7 proqram üzrə yarışacaqlar. «Nakra 17» sinfində açıq yarışlar keçiriləcək. Həm kişilər, həm də qadınlar «RS:X» və «470» siniflərində yarışa biləcəklər. «Lazer», «Finn» və «49-cu» sinifləri yalnız kişilər, «Lazer radial», «49-cu FX» isə ancaq qadınlar üçün olan yarışlardır.

Builki əsas seçmə yarışlar dünya çempionatları olub. Bunlar "Nakra 17» (mikst) sinfi üzrə iyulun 5-dən 10-dək Danimarkanın Aarhus şəhərində, 49-cu (kişilər), 49-cu FX (qadınlar), «Lazer radial» (qadınlar) siniflərində noyabrın 19-dan 28-dək Omanın Əl Mussana və «Finn» sinfində noyabrın 20-dən 30-dək Yeni Zelandiyanın Takapuna şəhərində keçirilmiş çempionatlardır. Daha əvvəl isə İspaniyanın Santander şəhərində «RS:X» və «470», Kanadanın Kinqstoun şəhərində «Lazer» sinfi üzrə dünya çempionatları keçirilmişdi.

Avropa təsnifıat yarışlarında yalnız lisenziyası olmayanlar arasında müsabiqə keçiriləcək. Hər növ üzrə yalnız bir vəsiqə uğrunda yarış olacaq. Ümumiyyətlə, Oyunlarda 217 kişi və 163 qadın olmaqla, cəmi 380 yaxtaçı qələbə uğründa mübarizə aparacaq. Yarışlar avqustun 5-dən 21-dək Kopakabana sahillərindəki «Marin de Qloria»da keçiriləcək. Yelkən həvəskarları ötən olimpiada ilə müqayisədə bəzi dəyişiklikləri də dərhal sezə bilərlər. Çünki qadınların «Elliot 6 m» və kişilərin «Star» siniflərindəki mübarizəsini qadınların «49-cu FX» və «Nakra 17» açıq katamaran sinfiləri əvəzləyib.

Maraqlananalar üçün onu da əlavə edək ki, «Nakra 17», «49-cu FX», «49-cu», «470» ikinəfərlik, «RS:X», «Lazer», «Lazer radial», «Finn» birnəfərlik yelkənlərdir.

BATI YAR

Xəbər 957 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
22.09.2016 Ramil Qasımov: Rioda Azərbaycanın dövlət himninin səsləndirilməsi çox qürurverici idi
22.09.2016 Yelena Çebanu: Paralimpiya Oyunlarında medal qazanmaq hər bir idmançının ən böyük arzusudur
20.09.2016 Azərbaycan Paralimpiadanı 48-ci yerdə başa vurub
18.09.2016 Azərbaycan üzgüçüsü “Rio-2016” Paralimpiya Oyunlarında ikinci medalını qazanıb
18.09.2016 Azərbaycan idmançısı Paralimpiya Oyunlarında yığmaya daha bir medal qazandırıb
17.09.2016 “Rio-2016”: Azərbaycan üzgüçüləri finala yüksəliblər
17.09.2016 “Rio-2016”: Ukrayna futbolçuları çempion olublar
16.09.2016 Fransa tennisçiləri Rio Paralimpiadasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar
16.09.2016 “Rio-2016” Yay Paralimpiya Oyunlarının səkkizinci günündə 4 təmsilçimiz mübarizə aparacaq
16.09.2016 Fransa və Çin qılıncoynadanları “Rio-2016”da qızıl medal qazanıblar


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru