Dekabrın 8-də futbol üzrə Çempionlar Liqasında dörd qrup üzrə son turun oyunları keçirilib.
“Real” (Madrid), PSJ (Fransa), “Volfsburq” (Almaniya), PSV (Hollandiya), “Benfika” (Portuqaliya), “Atletiko” (Madrid), “Yuventus” (İtaliya), “Mançester Siti” (İngiltərə) turnirin play-off mərhələsinə vəsiqə qazanıblar.
İngiltərənin “Mançester Yunayted”, Türkiyənin “Qalatasaray”, Ukraynanın “Şaxtyor” və İspaniyanın “Sevilya” klubları isə növbəti mərhələdən kənarda qalıb və mübarizəni Avropa Liqasında davam etdirəcəklər.
|