Xəbər verdiyimiz kimi, İsrailin Aşdod şəhərində Şahmat Peşəkarları Assosiasiyası tərəfindən təşkil olunan sürətli şahmat üzrə “ACP Masters” turniri keçirilir. Turnirdə azərbaycanlı qrossmeyster Qədir Hüseynov da iştirak edir.
Dekabrın 7-də ilk üç tur oynanılıb. Həmyerlimizin yer aldığı “A” qrupunda Yan Nepomnyaşşi 2,5 xalla liderlik edir. Boris Gelfand, Samuel Sevyan 2, Dmitri Yakovenko 1,5, Qədir Hüseynov 1 xal toplayıb. “B” qrupunda Vasili İvançukun 2, Etyen Bakro, Riçard Rapport, İlya Smirin və Pavel Elyanovun 1,5, Emil Sutovskionun 1 xalı var.
Bu gün dördüncü və beşinci tur oynanılacaq. Hər qrupdan iki ən yaxşı şahmatçı pley-offda mübarizəni davam etdirəcək.
Dekabrın 9-da yarımfinallar (iki partiya rapid, bərabər hesabla blits və “armaqeddon”), 10-da isə final keçiriləcək (4 partiya rapid və lazım gələrsə, tay-breyk).
|