Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/04 | 18:05 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir
16/04 | 17:23 Azərbaycan voleybol çempionatı: yarımfinal mərhələsinin daha bir oyunu keçirilib
16/04 | 15:29 Azərbaycan Premyer Liqası: "Qarabağ” – “Neftçi” görüşünün başlama saatı bəlli olub
16/04 | 13:42 Paytaxtın abad məhəllələrində minifutbol yarışlarına start verilib
16/04 | 12:57 Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək
16/04 | 11:25 Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb
16/04 | 09:23 Azərbaycanın futzal millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək
15/04 | 19:25 Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib
15/04 | 15:50 “Sabah” ardıcıl iki oyunda "Qarabağ"a üç qol vurmaqla tarixə düşüb
15/04 | 15:08 Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək
15/04 | 12:53 Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar
15/04 | 12:01 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
15/04 | 11:49 Azərbaycan para-badmintonçuları İspaniyada beynəlxalq turnirdə iştirak edəcəklər
15/04 | 11:25 Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
15/04 | 10:37 Azərbaycan çempionatında 4-cü turun partiyaları keçirilib, vahid lider bəlli olub
15/04 | 09:49 Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar
14/04 | 22:10 Cüdo üzrə Bakı kəndləri birinciliyi keçirilib
14/04 | 21:32 Azərbaycan cüdoçuları Berlindəki Avropa Kubokunda birinci yeri tutub
14/04 | 20:14 Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurub
14/04 | 18:55 Azərbaycan boksçusu qitə birinciliyində qızıl medal qazanıb
14/04 | 14:37 Azərbaycan millisi Paris-2024 Yay Olimliya Oyunlarına lisenziya qazanıb
14/04 | 10:21 Azərbaycan millisinin üzvü finala vəsiqə qazanıb
14/04 | 09:20 Azərbaycanın basketbol millisi Honqkonqda Olimpiya Təsnifat turnirində növbəti oyununa çıxacaq
14/04 | 08:19 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 7 medal qazanıb
13/04 | 22:55 Cüdo üzrə Bakı kəndləri birinciliyinin ilk mükafatçıları bəlli olub
13/04 | 18:27 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qəbələ"ni məğlub edib
13/04 | 16:46 Tennis üzrə Azərbaycan birinciliyinin qalibləri bəlli olub
13/04 | 14:15 Dünya Kubokunda üç gümüş medal qazanan Azərbaycan ağırlıqqaldıranı Vətənə qayıdıb
13/04 | 12:33 Azərbaycan millisi Olimpiya Təsnifat turnirində yarımfinala yüksəlib
12/04 | 21:12 Azərbaycanın iki boksçusu Avropa çempionatının finalına yüksəlib
12/04 | 16:11 "Formula 1": 2025-ci ildə Azərbaycan Qran-prisi sentyabrda keçiriləcək
12/04 | 15:25 Azərbaycan cüdoçuları Avropa Kubokunda çıxış edəcəklər
12/04 | 12:51 Azərbaycanın 3x3 basketbol millisi Olimpiya Təsnifat turnirinə qələbə ilə başlayıb
12/04 | 09:05 Azərbaycan Premyer Liqası: XXX tur bir oyunla start götürür
11/04 | 18:49 Kişi şahmatçılar arasında Azərbaycan çempionatına start verilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
«Rio-2016»: Minilliklərin yaddaşını bərpa edərkən
Tarix: 08.12.2015 | Saat: 11:07:00 | E-mail | Çapa göndər
IV Yazı

Lisenziyalar necə qazanılır?


2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunlarına lisenziya yarışlarında ölkəmizin ən mühüm vəsiqəsi daha iki növdə qazanıla bilər. Lisenziyaların qazanılması ilə bağlı 4-cü məqalədə təqdim edəcəyimiz növlər ölkəmizin tarixi ənənələrinin, qəhrəmanlıq salnamələrinin yaddaşıdır. «Dədə Qorqud» dastanlarında qəhrəmanların qurşaq tutub güləşməsi ilə yanaşı, at çapıb qılınc oynatması, yay çəkib ox atması milli mənsubiyyətimizin özünüifadə vasitələrindən sayılıb. Sonrakı əsrlərin yadigarı olan Qıratla Düratlı, Misri qılınclı qoç Koroğlusu haqqında dastanı, neçə-neçə əsatir qəhrəmanlarının rəvayətlərində eşitmiş, oxumuşuq.

Atçılıq

Qarşıdakı seçmələrKONKUR üzrə - 6 mart 2016 (2015-ci il yanvarın 1-dən başlanmış olimpiya reytinq xalları təsnifat dövrü); YERİŞ və ÜÇNÖVÇÜLK üzrə – 6 mart 2016 (2015-ci il martın 9-dan başlanmış olimpiya reytinq xalları təsnifat dövrü).

Bu növ qadınların və kişilərin bərabər hüquqla yarışdığı yeganə olimpiya turniridir. Hər proqram üzrə özünəməxsus seçim prisnipləri var. İdmançı yalnız ölkəsi üçün olimpiya təsnifat xalları toplayır. Komanda yarışlarında Rio-2016-ya vəsiqə əldə etmiş ölkələr fərdi mübarizəyə 3 və ya 4 çapar çıxarırlar. Fərdi reytinqdə yalnız komanda yarışlarında yer ala bilməyən ölkələrin xalları hesablanır.

Təsnifatda regional prinsip belədir: «A» (Şimal-qərbi Avropa), «B» (Cənub-qərbi Avropa), «C» (Mərkəzi və Şərqi Avropa) və «F» (Afrika və Orta Şərq).

Bizi daha çox maraqlandıran konkurda komanda 4 çapardan ibarət ola bilər. Bu qrupların qalibləri birbaşa vəsiqəyə sahib olurlar. Əks halda-ümumi siyahılarda ilk dördlükdə yer almaq lazımdır. Cəmi 75 idmançı olacaq, onlardan 4-ü təşkilatçı ölkəni təmsil edəcək. Maraqlıdır ki, lisenziyanı at və ya idmançı özü ayrılıqda da qazana bilər. Komanda hesabında vəsiqələr əldə etmək üçün Dünya Atçılıq Oyunlarında və ya qitə çempionatında 1-6-cı yerləri tutmaq lazımdır.

Onu da qeyd edək ki, olimpiya lisenziyasını yaşı 18-dən yuxarı olan çapar və yaşı 9-dan yuxarı olan atlar qazana bilərlər. Komanda yarışlarının detallarına varmadan qeyd edək ki, Camal Rəhimovun fərdi qaydada ölkəmizi təmsil etdiyi 2014-cü il Dünya Atçılıq Oyunlarında Niderland, Fransa, ABŞ, Almaniya və İsveç, 2015-ci il Avropa konkur çempionatında «A» və ya «B» qruplarında ən yaxşı olmuş İsveçrə, Böyük Britaniya və İspaniya, 2015-ci il Panamerika Oyunlarında Kanada və Argentina, «F» qrupunda Qətər, «C» qrupunda Ukrayna, «G» qrupunda Yaponiya və Avstraliya olimpiya semçə turnirlərinin qalibləri elan ediliblər.

Yerişdə bu regionlar üzrə vahid altılıqda yer almaq lazımdır. Daha sonra yenə regional prinsip üzrə 6 ən yaxşı idmançı müəyyənləşdiriləcək. Hər ölkəyə çoxu, 4 vəsiqə veriləcək. Olimpiadada 60 çapar mübarizəyə qoşulacaq və onlardan 4-ü Braziliyanı təmsil edəcək.

Üçnövçülükdə də vəziyyət konkurda olduğu kimidir. Bir ölkə komanda yarışı üçün 5 idmançı sifariş edə bilər. Burada 65 idmançı, o cümlədən 4 ev sahibi çıxış edəcək. Zaman regionlar üzrə ən yaxşılar müəyyənləşdikdən sonra, ümumi siyahıda ən yaxşı 2-ci yerlər komanda vəsiqələri əldə edəcəklər. Bundan sonra hər region üzrə 8 ən yaxşıya Rio-2016 lisenziyası veriləcək.

Yarışlar avqustun 7-dən 19-dək Deodorudakı Milli Atçılıq Mərkəzində təşkil olunacaq. Hər üç proqram üzrə həm fərdi, həm də komanda turnirləri keçiriləcək. Yerişdə 60, konkurda 65, üçnövçülükdə 75 idmançının yarışacağı gözlənilir.

Qılıncoynatma

Qarşıdakı seçmələr4 aprel 2016 (2015-ci il aprelin 3-dən başlanmış komanda və fərdi dünya olimpiya reytinq xalları təsnifat dövrü); 15-17 aprel 2016. Praqa, Çex Resp. (Avropa olimpiya təsnifat turniri).

Hər bir ölkə bu proqram üzrə komanda yarışlarına (kişilərin- rapira və şpaqa, qadınların- şpaqa və sablya) 3-nəfərik heyət sifariş edə bilər. Komanda turnirinin iştirakçısı olan hər bir qılıncoynadan, eyni zamanda, şəxsi hesabda fərdi yarışlara qatılmaq hüququna malikdir. Komanda yarışları keçirilməyən yarış proqramları üzrə mübarizəyə hər ölkə yalnız iki idmançı çıxara bilər (kişilərin sablya və qadınların rapira yarışı). Komanda yarışlarının iştirakçısı olan ölkələr bu yarışlara da idmançını özləri seçirlər. Qalan hallarda idmançı lisenziyanı yalnız özü üçün qazanır.

Olimpiadanın komanda yarışının iştirakçısı olmaq üçün dünya komanda reytinqinin (FİE reytinqi) ilk 4-lüyündə yer almaq lazımdır. Yaxud təsnifat cədvəlində öz qitəsi üzrə ən yaxşı komanda olmaq lazımdır (Əgər qitənin ilk 4-lükdə təmsilçisi yoxdursa). Bu reytinq aprelin 4-də məlum olacaq. Reytinq xalları dünya çempionatının, dünya kubokunun və qitə çempionatlarının yekunu əsasında formalaşır. Bu günə olan məlumata görə, reytinq cədvəllərinin ilk onluğu belədir:

Kişilər: şpaqa üzrə Fransa – 360 xal, Ukrayna – 310, Koreya – 280, İsveçrə – 278, Rusiya – 254, İtaliya – 246, Macarıstan – 217, Almaniya – 205, Venesuela – 187, Çex Resp. – 182; rapira üzrə Fransa – 352, Rusiya – 344, ABŞ – 332, İtaliya – 324, Çin – 294, Yaponiya – 233, Böyük Britaniya – 221, Misir – 211, Koreya – 207, Almaniya – 204.

Qadınlar: şpaqa üzrə Rumıniya – 364, Çin – 344, Rusiya – 288, İtaliya – 274, ABŞ – 243, Koreya – 238, Fransa – 230, İsveç – 222, Ukrayna – 220, Estoniya – 219; sablya üzrə Rusiya – 396, Ukrayna – 376, Fransa – 300, USA – 292, İtaliya – 268, Koreya – 244, Polşa – 228, Çin – 216, Meksika – 184, Macarıstan – 184 (Yaponiya – 172, Honq Konq – 166, AZƏRBAYCAN – 165). Göründüyü kimi, Azərbaycanın sablyaçı qızlarının nəzəri komanda şansları qalır.

Fərdi reytinqdə isə dünya və qitə çempionatları, eləcə də dünya kuboku, qran-prilər və satellit-turnirlərdəki nəticələr nəzərə alınır. Bu təsnifat üçün komanda yarışlarının nəticələri istisna edilərək formalaşır. Olimpidaya komanda yarışlarından vəsiqə almış idmançılar siyahıdan çıxarıldıqdan sonra, qalanlar arasında yeni reytinq tərtib olunur. Üstəlik, komanda yarışları keçirilən proqramların şəxsi hesabı üçün qalan ölkələrdən cəmi bir idmançı seçilir. Komanda yarışı olmayan növlərə isə hər ölkədən iki idmançı iddiaçı ola bilər.

Kişilərin sablya və qadınların rapira yarışları üçün reytinqdə ilk 14-lükdə yer almaq lazımdır. Özü də bu reytinqdə bir ölkədən 3-cü və daha sonrakı idmançılar 14-nəfərlik siyahıda nəzərə alınmayacaqlar. Əks təqdirdə, 15-ci yerdən aşağı olanlar arasında hərə öz qitəsinin ən yuxarı reytinqli idmançısı sırasında yer almalıdır. Qadın sablyaçılarda ən yuxarı reytinqli idmançımız Səbinə Mikina 28-cidir (55 xal – 14-cü yerin 100 xalı var). Digər qılıncoynatma növləri barədə söz açmırıq. Çünki idmançılarımızın reytinqləri çox aşağıdır.

Avropa təsnifat turnirində yalnız lisenziyası olmayan ölkələrin təmsilçiləri yarışacaqlar. Praqada kişilərin sablya və qadınların rapira növlərinin hər birində 4 vəsiqənin taleyinə aydınlıq gətiriləcək. Qalan növlərdə isə cəmi bir vəsiqə uğrunda yarış olacaq.

Avqustun 6-dan 14-dək Barra da Tijukadakı Olimpiya Məşq Mərkəzinin Karioka arenasının 3-cü zalında təşkil olunacaq yarışlarda 10 dəst medal sahiblərinə çatdırılacaq. Kişi və qadınların yarışlarının hər birində 3 fərdi və 2 komanda yarışı olacaq. 212 qılıncoynadandan 8-i ev sahibi kimi qatılacaq.

Atıcılıq
Oxatma


Qarşıdakı seçmələr23-29 may 2016. Nottingem, Böyük Britaniya (Avropa çempionatı); 13-19 iyun 2016. Antalya, Türkiyə (qitələrarası olimpiya təsnifat turniri)

Hər ölkə oxatma proqramı üzrə yarışa 3 nəfərdən ibarət komanda çıxara bilər. Bu ölkələr həm də şəxsi hesabda fərdi yarışlara 3 idmançı ilə qatılmağa icazə alırlar. Qalan ölkələr yarışa bir qadın və bir kişi idmançı ilə qoşulmaq uğrunda mübarizə aparacaqlar. Həm də idmançı vəsiqəni özünə deyil, ölkəsinə qazanır.

Bu il iyulun 26-dan avqustun 2-dək Danimarka paytaxtı Kopenhagendə keçirilmiş dünya çempionatı ilk təsnifat yarışı idi. Burada Braziliyadan savayı, kişilərdə Koreya, İtaliya, Çin Taypeyi, ABŞ, Çin, Niderland, İspaniya və Avstraliya, qadınlarda Rusiya, Koreya, Yaponiya, İndoneziya, Gürcüstan, Kolumbiya, Çin və Meksika hərəsi 3 nəfərdən ibarət komanda çıxarmağa haqq qazanıblar.

Antalyada keçiriləcək dünya kubokunun mərhələ yarışı həm də olimpiya təsnifatı olacaq. Kişi və qadınlar daha 3 komanda vəsiqəsi uğrunda yarışacaqlar. Fərdi yarışlarda hər idmançı ölkəsinə cəmi bir yer qazana bilər. Avropa çempionatında isə həm kişi, həm də qadınlarda daha 3 yerə lisenziya veriləcək. Daha bir ölkə (əvvəlki yarışlarda seçilmişlər nəzərə alınmadan) komanda vəsiqəsinin sahibi kimi olimpiadaya tam heyətlə yollanmaq fürsəti əldə edəcək.

Rioda 4 dəst medal uğrunda 128 idmançı (tən yarısı qadınlar olmaqla) yarışacaq. Avqustun 6-dan 12-dək məşhur Rio karnavalının mərkəzi Sambadromda keçiriləcək mübarizə yalnız klassik qaydada (rekurv) və 70 metr məsafədən hədəfi nişan almaqla keçirilir.

Güllə atıcılığı

Qarşıdakı seçmələr23-27 fevral 2016. Qyor, Macarıstan (pnevmatik silahlardan atəş üzrə Avropa çempionatı).

2014-cü ildə İspaniya Qranadasında keçirilən dünya çempionatı (həm güllə, həm də stend), Bakıdakı birinci Avropa Oyunları və iyulun 20-dən 31-dək Sloveniyanın Maribor şəhərində keçirilmiş kiçik çaplı silahlardan atəş və stend atıcılığı üzrə Avropa çempionatından savayı, Akapulkoda (Meksika, stend), Əl Ayn (BƏƏ, stend), Larnaka (Kipr, stend), Çanvon (Koreya, güllə), Fort-Benninq (ABŞ, güllə), Münhen (Almaniya, güllə) və Qəbələdə (Azərbaycan) təşkil olunmuş həm güllə, həm də stend atıcılığı üzrə dünya kuboklarının mərhələ yarışı (8-15 avqust), ardınca sentyabrın 11-dən 17-dək İtaliyanın Lonato şəhərində stend atıcılığı üzrə dünya çempionatı 2015-ci ilin əsas olimpiya təsnifat yarışları idi. Əsas iştirakçılar məhz bu yarışlarda aşkar olunublar.

Qaydaların öz şərtləri var və hər proqram üzrə yarışa ölkələr iki yer qazana bilərlər. İdmançı vəsiqəni ölkəsi üçün, üstəlik, hər proqramda yalnız bir vəsiqə əldə edə bilər. Qeyd edək ki, Qəbələdəki yarışda pnevmatik silahlardan atəş yarışlarında 3, qalan proqramlarda 2 idmançı birbaşa lisenziyalara sahib olublar.

Qarşıdakı Avropa çempionatı daha 3 vəsiqənin sahibini müəyyənləşdirəcək. Rioda 219 kişi, 147 qadın gülləatan mübarizəyə qoşulacaq. 24 olimpiyaçını isə «üçlər komissiyası» seçəcək.

Olimpiya çempionu və medalçısı adı uğrunda yarışın vətəni Deodorudakı Milli Atıcılıq Mərkəzi olacaq. 15 dəst medal sahibinə çatdırılacaq.

Yarış proqramı belə olacaq: güllə atıcılığında – həm kişi, həm də qadınlar 50 metrdən üç vəziyyətdə, 10 metrə pnevmatik, bundan savayı, kişilər 50 metrdən uzanılı vəziyyətdə;

Tapançadan atəşdə – həm kişilər, həm də qadınlar 10 metrə pnevmatik, kişilər 25 metrə sürətli və 50 metrə, qadınlar 25 metrə atəşdə; qırmatüfəng – həm kişilər, həm də qadınlar trəp və skitdə, kişilər qoşa trəpdə.


BATI YAR

Xəbər 894 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
22.09.2016 Ramil Qasımov: Rioda Azərbaycanın dövlət himninin səsləndirilməsi çox qürurverici idi
22.09.2016 Yelena Çebanu: Paralimpiya Oyunlarında medal qazanmaq hər bir idmançının ən böyük arzusudur
20.09.2016 Azərbaycan Paralimpiadanı 48-ci yerdə başa vurub
18.09.2016 Azərbaycan üzgüçüsü “Rio-2016” Paralimpiya Oyunlarında ikinci medalını qazanıb
18.09.2016 Azərbaycan idmançısı Paralimpiya Oyunlarında yığmaya daha bir medal qazandırıb
17.09.2016 “Rio-2016”: Azərbaycan üzgüçüləri finala yüksəliblər
17.09.2016 “Rio-2016”: Ukrayna futbolçuları çempion olublar
16.09.2016 Fransa tennisçiləri Rio Paralimpiadasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar
16.09.2016 “Rio-2016” Yay Paralimpiya Oyunlarının səkkizinci günündə 4 təmsilçimiz mübarizə aparacaq
16.09.2016 Fransa və Çin qılıncoynadanları “Rio-2016”da qızıl medal qazanıblar


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru