Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
22/02 | 11:40 Qızlardan ibarət futbol üzrə Azərbaycan yığması UEFA İnkişaf turnirinə qələbə ilə başlayıb
22/02 | 11:11 Bu gün futbol üzrə Azərbaycan çempionatında XVIII tura start verilir
22/02 | 10:52 Düsseldorfda “Böyük dəbilqə” turnirində cüdoçumuz yeddinci olub
22/02 | 10:12 Mas-reslinq üzrə Bakı kuboku turnirində 100-ə yaxın idmançı iştirak edəcək
22/02 | 09:59 Şahmatçımız Çexiyada beynəlxalq festivalda ikinci yeri tutub
22/02 | 09:35 Erməni rəqibini məğlub edən şahmatçımız “Aeroflot open” beynəlxalq festivalında liderliyini qoruyub
21/02 | 21:26 UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinin rəmzi komandasının heyəti açıqlanıb
21/02 | 20:13 Tehran Məmmədov ağır atletika üzrə Azərbaycan çempionu oldu
21/02 | 19:26 U-16 və U-18 milli komandalarının baş məşqçiləri müəyyənləşib
21/02 | 19:21 U-19 millisinin təlim-məşq toplanışına dəvət alan futbolçular müəyyənləşib
21/02 | 18:54 Ağır atletika üzrə Azərbaycan çempionatı: Əvəz Tağıyev çempion adını qazanıb
21/02 | 18:04 Balıqçılığın Lonq Casting turnirinin 1-ci mərhələsi keçirilib
21/02 | 18:01 Bakı sumo üzrə Avropa çempionatına ev sahibliyi edəcək
21/02 | 16:49 Ağır atletika üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib
21/02 | 16:04 FHN-in qurumları arasında çoxnövçülük üzrə çempionatın qalibləri müəyyənləşib
21/02 | 15:57 Nicat Abasov Praqada beynəlxalq şahmat festivalının sonuncu turunda mübarizə aparır
21/02 | 15:40 Ağır atletika üzrə Azərbaycan çempionatında qadınların yarışı başlayıb
21/02 | 15:11 Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi və İtaliya Milli Olimpiya Komitəsi (CONI) arasında anlaşma memorandumu imzalanıb
21/02 | 14:41 Yaponiyanın müvafiq qurumları Azərbaycan Paralimpiya Komitəsi ilə əməkdaşlıqda maraqlıdır
21/02 | 14:15 Almaniyada keçirilən “Böyük dəbilqə” turnirinin birinci günündə səkkiz cüdoçumuz mübarizə aparır
21/02 | 14:00 “Tokio-2020” Yay Paralimpiya Oyunlarında Azərbaycanı üç üzgüçü təmsil edəcək
21/02 | 13:33 “Aeroflot open” turnirinin üçüncü turunda azərbaycanlı və hindistanlı dünya çempionları qarşılaşacaqlar
21/02 | 13:04 Sumqayıtda könüllü gənclər arasında minifutbol turniri keçirilib
21/02 | 12:12 Azərbaycan paralimpiyaçısı pauerliftinq üzrə dünya kuboku yarışlarında qızıl medal qazanıb
21/02 | 11:54 Nazim Babayev: Fransada qazandığım uğurun davamını “Tokio 2020”də tamamlamağa çalışacağam
21/02 | 10:44 “Qəbələ” klubu toqolu yarımmüdafiəçi ilə müqavilə imzalayıb
21/02 | 10:24 Taekvondoçularımız İsveçdə dörd medal qazanıblar
21/02 | 10:01 Şahmatçımız Çexiyada beynəlxalq festivalda daha bir heç-heçəyə imza atıb
21/02 | 09:54 On yaşadək şahmatçılar arasında seçmə turnirinin qalibləri müəyyənləşib
20/02 | 22:56 Moskvada "Aeroflot open" festivalının ikinci turunu şahmatçılarımızdan dördü qələbə ilə başa vurub
20/02 | 20:04 AFFA fitnes məşqçilərini əməkdaşlığa dəvət edir
20/02 | 19:16 Azərbaycan Super Liqasında ilk qələbəsini qazanıb
20/02 | 18:01 Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya kuboku “Tokio 2020”yə lisenziya xarakteri daşıyacaq
20/02 | 17:20 Yeniyetmə badmintonçular arasında Bakı birinciliyinin qalibləri müəyyənləşib
20/02 | 17:01 “Baku Open” beynəlxalq karate turnirində minədək idmançı iştirak edəcək
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 17 11 5 1 31-7 38
2 Neftçi 17 8 6 3 26-13 30
3 Keşlə 17 7 5 5 21-17 26
4 Sumqayıt 17 6 4 7 22-24 22
5 Zirə 17 5 5 7 21-30 20
6 Sabah 17 5 4 8 19-23 19
7 Səbail 17 5 3 9 14-26 18
8 Qəbələ 17 3 4 10 18-32 13
Toğrul Əsgərov: “Həmişə demişəm ki, güləşçi olmasaydım, mütləq futbolçu olacaqdım”
Tarix: 24.11.2015 | Saat: 11:25:00 | E-mail | Çapa göndər
Olimpiya çempionu Toğrul Əsgərovun “Kəpəz” azarkeşi olması heç kimə sirr deyil. Güləşçi doğma şəhərinin komandasına könül verənlərdəndir. Bu səbəbdən Bakı-2015-in qalibini tez-tez “sarı-göylər”in oyununda tribunada görmək olar. Əsgərov Topaz Premyer Liqasının 13-cü turunda “Qarabağ”la səfər matçında da VİP lojada yerini tutmuşdu. Oyuna həvəslə baxan Əsgərov görüşdən sonra Gəncə klubunun saytının suallarını cavablandırıb.

– Bu gün doğma komandamızı belə görüb çox sevinirəm. “Kəpəz”in yenidən Premyer Liqaya qayıtması bütün azarkeşlər kimi, mənim də hədsiz sevincimə səbəb olub. Komandamız əvvəlki əzəmətini geri qaytarmaq üçün can atır. Klubun Müşahidə Şurasının sədri Elmir Vəliyevin rəhbərliyi altında “Kəpəz” üçün böyük işlər görülür. Buna görə Elmir müəllimə bir azarkeş kimi təşəkkürümü bildirirəm. Bir gəncəli, “Kəpəz” azarkeşi olaraq sevimli klubumuzu daim zirvələrdə görmək istəyirəm. İnşallah, komandamız ümidlərimizi doğruldub, avrokuboklarda mübarizə aparmaq şansı qazanar.

– Toğrul, “Kəpəz”in birinci diviziondakı oyunlarında da səni görürdük. İndi isə Premyer Liqa matçlarını izləyirsən. Hisslərin fərqlidir?
– Təbii ki, Gəncə klubunun yüksək liqaya çıxması və burada mübarizə aparması hamımızı sevindirir. Aşağı liqada oynayanda gözləyirdik ki, komandamız elitaya vəsiqə qazansın. İndi arzularımız həyata keçib. Bu gün “Kəpəz”in qələbələrinin şahidiyik. Arzu edirik ki, uğurlarımız davamlı olsun. Görünür ki, komandanın perspektivi var. Baş məşqçi Şahin Diniyev döyüşkən, əzmkar komanda yaradıb. Futbolun inkişafı naminə canla-başla işlər görülür. Hamı uğur qazanmaq üçün birlikdə çalışır. Futbolçular da sağ olsunlar, azarkeşləri sevindirmək üçün oynayırlar. Hamısına minnətdaram. Elə “Kəpəz”i çılğın dəstəkləyən fanatlara da təşəkkür edirəm. İsti-soyuq demədən oyunlara gəlirlər. Bu, futbolun, “Kəpəz”in Gəncədə necə sevilməsinin təzahüdür.

– Bundan sonra yəqin ki, “Kəpəz”in oyunlarında səni daha tez-tez görəcəyik.
– Ağır və sıx məşq proqramları, yarışlar heç də həmişə oyunlara baxmaq imkanı yaratmır. Mən də idmançıyam, boş vaxtlarım az olur. İmkan olan kimi “Kəpəz”in iştirakı ilə keçirilən bütün görüşlərə gələcəyəm. İstər Bakıda, istərsə də Gəncədə olsun.

– Gəncəli uşaqların əsas arzusu “Kəpəz”də oynamaq olub…
– Elə mənim də. Həmişə demişəm ki, güləşçi olmasaydım, mütləq futbolçu olacaqdım. Çünki futbolu çox sevirəm.

– Necə düşünürsən, güləşdə olduğu kimi futbolda da uğurlar qazanıb, tanınmış oyunçu ola bilərdin?
– (gülür) Hər şey qismətdən asılıdır, bilmək olmaz. Kimin taleyinə nə yazılıbsa, o da olacaq. Yəqin ki, mənim taleyimə güləşmək yazılıb, yolum budur. Əgər futbolçu olsaydım belə düşünürəm ki, tanınmış ola bilərdim. Güləşdə canımı qoyduğum, xarakter göstərdiyim kimi futbolda da eyni şeyləri edərdim.

– Təkcə futbola baxmaqla yox, oynamaqla da aran yaxşıdır.
– Düzdür, hər həftə yığışıb uşaqlarla futbol oynayırıq. Bakıda və ya Gəncədə olmağımdan asılı olmayaraq tez-tez futbol oynamağı sevirəm. İmkan tapan kimi uşaqlara qoşulub oynayıram. İnanın ki, dayanmadan 3-4 saat oynaya bilərəm. Güləş üzrə yığma komandamızda hamı necə oynadığımı yaxşı bilir. Futbolun adı gələn kimi birinci mənim adımı çəkirlər, oynamağa çağırırlar. Yəqin ki, oynamağı bacarıram ki, dəvət edirlər.

– Sən həm də ölkəmizin dövlət nümayəndələrindən ibarət futbol komandasının üzvüsən.
– Bəli, bir dəfə Azərbaycan və Rusiya dövlət nümayəndələri arasında keçirilən yoldaşlıq matçında mən də iştirak etmişəm. Gələn il isə belə qarşılaşma Rusiyada keçiriləcək.
Xəbər 287 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
19.02.2020 Sərbəst güləş üzrə millimiz Kislovodskda təlim-məşq toplanışına başlayıb
19.02.2020 Qol güləşi üzrə Bakı birinciliyi keçirilib
18.02.2020 Fərqli güləş növləri üzrə açıq Bakı turniri keçiriləcək
17.02.2020 Azərbaycan güləşçiləri Avropa çempionatını 13 medalla başa vurublar
16.02.2020 Sərbəst güləşçilərimiz Avropa çempionatında bir gümüş və iki bürünc medal əldə ediblər
15.02.2020 Sərbəst güləşçimiz İntiqam Vəlizadə Avropa çempionatının yarımfinalında mübarizə aparacaq
15.02.2020 Bu gün daha beş sərbəst güləşçimiz Avropa çempionatında mübarizəyə qoşulacaq
15.02.2020 Qadın güləşçilərimiz Avropa çempionatını iki medalla başa vurublar
14.02.2020 Üç sərbəst güləşçimiz Avropa çempionatının yarımfinal mərhələsinə vəsiqə qazanıb
14.02.2020 Sərbəst güləşçilərimiz Avropa çempionatının dörddəbir final mərhələsinə yüksəlib


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Klublar qışa yenə Antalyada hazırlaşırlar
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Azərbaycan şahmatının yeni zirvəsi
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru