Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
24/04 | 22:21 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
24/04 | 21:22 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24/04 | 19:19 Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
24/04 | 17:18 Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
24/04 | 14:17 Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
24/04 | 13:26 Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
24/04 | 10:13 Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır
24/04 | 09:21 Azərbaycan Kubokunda finalçılar bu gün bəlli olacaq
24/04 | 09:10 Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23/04 | 19:08 Voleybol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb
23/04 | 18:07 Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub
23/04 | 17:04 Futzal üzrə Azərbaycan Kubokunun yarımfinal oyunlarına təyinatlar açıqlanıb
23/04 | 14:02 “Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
23/04 | 12:31 AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
23/04 | 12:30 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub
23/04 | 10:00 Azərbaycan şahmatçısı Avropa çempionatında ardıcıl 4 qələbə əldə edib
23/04 | 09:55 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq
22/04 | 23:29 1/4 finalçılar müəyyənləşib
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
20/04 | 10:15 Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
19/04 | 21:13 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19/04 | 20:10 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Ceyhun Sultanov: “Mən limitin azaldılmasının tərəfdarıyam” - MÜSAHİBƏ
Tarix: 05.02.2012 | Saat: 10:49:00 | E-mail | Çapa göndər
“Kəpəz” klubunun yarımmüdafiəçisi Ceyhun Sultanov azerisport.az saytına müsahibə verib. İdman.com.az saytının məlumatına görə, həmkarımızla söhbətbə, təcrübəli futbolçu
Türkiyə toplanışından danışıb, ölkə çempionatında ilk “altılığ”a düşmək imkanlarını dəyərləndirib:

- Toplanış necə keçdi?
- Hər şey yaxşı alındı. Üç yoxlama oyunu keçirdik, ikisini qazandıq. İki qol vurdum. Odur ki, razıyam.

- “Atırau” və “Qurnik”ə qalib gəldiyiniz halda, Moskva “Spartak”ının gəncləri ilə bacarmadınız...
- Siz inanmazsız ki, o gənclər necə sürətli oyun göstərirdilər. Biz onlarla ayaqlaşa bilmirdik.

- “Kəpəz”in heyətinə baxanda, yalnız bir yeni futbolçu görmək olar – İvan Arabacı...
- Moldovalı futbolçu özünü yaxşı tərəfdən göstərməyi bacardı. Ola bilsin ki, bizə qoşulsun. Son söz baş məşqçinindir.

- Yeri gəlmişkən, bunu necə izah edərdiniz? Digər iddialı Azərbaycan klubları Antalyada çox uğursuz çıxış etdiyi halda, 10-cu yerdə gedən “Kəpəz” daha yaxşı oyun keçirdi, nəticələr qazandı...
- Komandamız artıq qələbə qazanmağa başlayıb. Özü də biz elə meydançalarda oynayırdıq ki, söz ola bilməzdi. Əfsuslar olsun ki, Azərbaycanda belə meydançalar yoxdur.

- “Kəpəz”in bir ay öncə dağılması gündəmdə idi...
- Bütün problemlər həllini tapıb. Maaşlarımızı vaxtında alırıq. Klubun heç bir futbolçuya borcu yoxdur. Hamı artıq komandanın ölkə çempionatındakı çıxışını davam etdirəcəyini bilir. Bizim üçün əsas problem odu ki, komanda ilk altılığa düşə bilməyəcək. Fərq çox böyükdü və bu üzdən artıq növbəti mövsümü düşünmək olar.

- Sizcə, ilk altılığa hansı komandalar düşəcəklər?
- “Neftçi”, “İnter”, “Xəzər Lənkəran”, “Qarabağ” və “Bakı” ilk altılıqdadır. Sual altında qalan “Qəbələ” və AZAL-dır. “Simurq”la bizim də şansımız vardı. Amma bunu əldən verdik. “Kəpəz” elə oyunlarda xallar itirdi ki, indi heç o haqda düşünmək də istəmirsən.

- Sizin iş yerinizi dəyişmək variantınız olsa da, qalmağa üstünlük verdiniz...
- Mən həmişə komandam haqda düşünmüşəm. Müqaviləmin başa çatmasına altı ay qalır. Komandanı tərk etməyə də hazırlaşmıram. Sadəcə, “Kəpəz” fəaliyyətini dayandırmaq istəyəndə, digər komandalardan biriylə danışıqlarımız oldu. Futbolsuz qalmaq istəmirdim. Sizə düzünü deyim: yalnız AzAL-la danışıqlar aparırdım. Amma heç müqavilənin detallarını da razılaşdırmamışdıq. Az sonra “Kəpəz”in yaşayacağı məlum oldu və hər şey elə də qaldı. Yayda ola bilər ki, klubu tərk edim.

- Bakıya qayıtmaq istəyirsiz? Gəncədə oynamaq çətindir?
- Gəncədə oynamaq xoşdur. Futbolçuların əksəri Bakıda yaşamaq, oynamaq istəyirlər. Amma Gəncədə tam fərqli atmosfer var. Burda komandanı dəstəkləyirlər, çoxlu azarkeşimiz var. Azarkeşlər daim stadiona gəlirlər, bizi dəstəksiz qoymurlar. Nə vaxt qələbə qazanırıq, tərifləyirlər, məğlub oluruq, tənqid edirlər. Bu dəstək əksər klublarımzda yoxdur. Klubumu dəyişməyə gəlincə, mən həmişə qarşısına yüksək hədəflər qoyan komandalarda oynamaq istəmişəm. Çempionluq, kubok, avrokuboklara vəsiqə uğrunda mübarizə aparmışam. İndi ikinci altılıqda oynayacağımı düşünəndə mənə ağır gəlir. Çünki orda heç bir intriqa yoxdu. Belə oyunlara psixoloji cəhətdən də hazırlaşmaq çox çətindir.

- Legioner limiti barədə gedən müzakirələrə münasibətiniz necədi?
- Mən limitin azaldılmasının tərəfdarıyam. Qoy öncə 7+4 olsun, sonra da 6+5 edərik. Əksər klublarımız puldan reklam kimi istifadə edirlər. Qoy 16-17 yaşlı uşaqlarımız oynasınlar. Axı, bizim gələcəyimiz onlardı. Klublarımız onlarla indi uduza bilərlər, amma gələcəkdə etibarlı əldə olacaqlar. Amma Azərbaycana sadəcə adı qalmış legionerləri gətirirlər, onlardan da bir fayda yox. Çoxları bir mövsüm oynayır, ikinci mövsüm qiymətini artırmaq istəyir.

- Amma bizə yaxşı legionerlər də gəlir...
- Mənə daha çox Flavinyu və Parksın oyunu xoşdur. Jaba sadəcə bir mövsüm oynadı. Emil Mpenzanın transferi sırf reklam xarakterli idi. İndi Azərbaycanı bütün dünyada tanıyırlar. Bizə reklam yox, futbol lazımdır.

Xəbər 1244 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
22.04.2024 1/4 finalçılar müəyyənləşib
15.04.2024 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
02.04.2024 Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"ni 4 cavabsız qolla üstələyib
02.04.2024 AFFA İcraiyyə Komitəsinin yeni tərkibi bəlli olub
02.04.2024 AFFA-nın yeni prezidenti müəyyənləşib
31.03.2024 Azərbaycan Premyer Liqasında XXVIII tur başa çatacaq
29.03.2024 "Qarabağ" 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib
25.03.2024 Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib
21.03.2024 "Qarabağ"ın U-14 komandası Minskdə keçirilən turnirdə çempion olub
20.03.2024 Azərbaycan millisi Avropa çempionatındakı son oyununda böyükhesablı qələbə qazanıb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru