“Neftçi” həmişə yaxşı komanda olub”. İdman.com.az saytının məlumatına görə, bunu Rusiyanın “Terek” klubunun baş məşqçisi Stanislav Çerçesov deyib. Antalyada Çeçenistan Respublikasının mərhum prezidenti Əhməd Qədirovun xatirəsinə keçirilmiş beynəlxalq turnirdə 3-cü yer uğrunda görüşdə “Neftçi”yə 0:3 hesabı ilə uduzan Qroznı təmsilçisinin çalışdırıcısı, oyun barədə fikirlərini açıqlayıb.
Mütəxəssis, Bakı komandasının rəsmi saytına verdiyi açıqlamasında bildirib ki, “ağ-qaralar” MDB-nin ən güclü klublarındandır: “Onlar bu gün də sübut etdilər ki, nəinki Azərbaycanın, həm də MDB-nin ən güclü klublarından biridir. Rəqibin son 3 oyunda qələbə qazanması da dediklərimi sübut edir. “Neftçi”nin güclü yarımmüdafiə və hücum xətti var. Rəqibimiz finala layiq idi, amma 3-cü yer də pis nəticə deyil”.
|