Ümumdünya Taekvondo Federasiyası Olimpiya reytinq cədvəlini açıqlayıb.
Siyahıya əsasən, Azərbaycan millisinin taekvondoçusu, dünya çempionu, birinci Avropa Oyunlarının qalibi Radik İsayevin “Rio-2016” Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq şansı böyükdür.
Qaydalara görə, idmançılar Qran-pri turnirlərində yığdıqları Olimpiya reytinq xallarına görə Olimpiya Oyunlarına vəsiqə qazanırlar. Noyabr ayı üçün açıqlanan cədvələ görə, siyahıda üçüncü sırada yer alan Radik İsayevin (80 kq-dan yuxarı) Olimpiadaya vəsiqə əldə etməsi daha real görünür. Hazırda onun hesabında 320,47 reytinq xalı var.
Yanvarda İstanbulda keçiriləcək turnırdə isə Azərbaycanın bir oğlan və iki qız idmançısı üçün “Rio-2016”ya lisenziya qazanmaq imkanı olacaq.
AZƏRTAC
|