Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
24/04 | 22:21 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
24/04 | 21:22 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24/04 | 19:19 Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
24/04 | 17:18 Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
24/04 | 14:17 Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
24/04 | 13:26 Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
24/04 | 10:13 Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır
24/04 | 09:21 Azərbaycan Kubokunda finalçılar bu gün bəlli olacaq
24/04 | 09:10 Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23/04 | 19:08 Voleybol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb
23/04 | 18:07 Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub
23/04 | 17:04 Futzal üzrə Azərbaycan Kubokunun yarımfinal oyunlarına təyinatlar açıqlanıb
23/04 | 14:02 “Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
23/04 | 12:31 AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
23/04 | 12:30 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub
23/04 | 10:00 Azərbaycan şahmatçısı Avropa çempionatında ardıcıl 4 qələbə əldə edib
23/04 | 09:55 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq
22/04 | 23:29 1/4 finalçılar müəyyənləşib
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
20/04 | 10:15 Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
19/04 | 21:13 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19/04 | 20:10 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
«Rio-2016»ya doğru - Lisenziyalar necə qazanılır?
Tarix: 03.11.2015 | Saat: 13:41:00 | E-mail | Çapa göndər
Ölkəmiz növbəti olimpiadaya daha bir lisenziya əldə etdi. Bu dəfə idman gimnastı Oleq Stepko Böyük Britaniyanın Qlazqo şəhərində fərqlənərək, dünya çempionatının paralel qollar proqramında15.966 xal toplayaraq bürünc medal qazandı.

Qeyd edək ki, gələn il avqustun 5-dən 21-dək Braziliyanın Rio de Janeyro şəhərində keçiriləcək 31-ci Yay Olimpiya Oyunlarına cəmi 9 ay qalıb. Rəsmi məlumata əsasən, 142 ölkədən 4489 idmançı artıq bu Oyunlara vəsiqə əldə edib. Ölkələrin paradında 395 idmançı ilə hələlik ev sahibi irəlidədir. Yarışlarda isə lisenziya yürüşünə Böyük Britaniya 252, ABŞ 235 və Almaniya 227 idmançı ilə liderlik edirlər.

205 ölkənin təmsilçisinin lisenziya sahibi olacağı gözlənildiyi yarışlara artıq ölkəmizin idmançıları da vəsiqə əldə ediblər. 24 idmançımız 6 idman növündə 13 proqram üzrə yarışmaq hüququ qazanıb. Onu da əlavə edək ki, Azərbaycan adından ikinci lisenziyanın sahibi Dmitri Marşin karyerasını başa vurmasaydı, daha bir vəsiqə əldə etmişolardıq. Bununla belə, əgər avarçəkmədə akademik proqram üzrə cütlüklə təmsil olunacağıqsa, kayakda İrina Osipenko-Radoskaya iki yarışda ölkəmizə medal qazandırmağa iddialıdır. Əlbəttə, bu hələ son deyil. Əsas vəsiqə marafonu qarşıdadır. Ümumiyyətlə, «Rio-2016»da 28 növdə 306 proqram üzrə keçiriləcək yarışlarda 10 min 500-dən artıq idmançının mübarizə aparacağı gözlənilir.

Vəsiqə marafonu necə olacaq? Gəlin nəzər salaq və son vəsiqəni əldə etdiyimiz gimnastika yarışlarından başlayaq.


İdman gimnastikası

Qarşıdakı seçmələr - 16-24 aprel 2016. Rio de Janeyro (olimpiya sınaq yarışı).
İdman gimnastikası üzrə əsas müsabiqə ötən bazar günü Şotlandiyanın Qlazqo şəhərində başa çatıb. Hər bir ölkə «Rio-2016»-da idman gimnastlarının müsabiqəsinə qadın və kişi kateqoriyasırnın hər biri üzrə cəmi 5 idmançı çıxara bilər. Bu, yalnız dünya çempionatının komanda çoxnövçülüyü üzrə yarışlarında ilk 8-likdə qərarlaşdıqda mümkündür (kişilərdə - Yaponiya, Böyük Britaniya, Çin, Rusiya, ABŞ, İsveçrə və Braziliya- ev sahibi kimi, artıq bu vəsiqənin sahibidir; qadınlarda isə -ABŞ, Çin, Böyük Britaniya, Rusiya, Yaponiya, Kanada, İtaliya və Niderland).

Qalan ölkələrin və yaxud milli olimpiya komitələrinin hər birinin cəmi 1 qadın və 1 kişi idmançı ilə təmsil olunmaq hüququ var. Bununla belə, hər bir idmançının fərdi nailiyyətləri də nəzərə alınacaq. Bu halda hər hansı ölkə bir neçə idman gimnastı ilə də təmsil oluna bilər. Oleq Stepko bürünc medalı ilə artıq bu hüququ əldə edənlər cərgəsindədir.

İkinci yarış isə qarşıdadır. Gələn ilin aprelində olimpiya məkanı Rio de Janeyroda Olimpiya sınaq yarışı keçiriləcək. Burada dünya çempionatında 9-16-cı yerləri tutmuş kollektivlər (qadınlarda - Fransa, Belçika, Almaniya, Rumıniya, Avstraliya, Cənubi Koreya, İsveçrə və İspaniya; kişilərdə- Almaniya, Fransa, Niderland, Ukrayna, İspaniya, Rumıniya, Kanada və Belarus) komanda hesabında mübarizə aparacaqlar və ən yaxşı 4 ölkəyə komanda vəsiqələri veriləcək. Əlbəttə, test yarışında da hər ölkə istənilən sayda təmsilçi ilə yarışa bilməyəcək. Həm qadınlarda, həm də kişilərdə komanda hesabında 17-24-cü yerləri tutmuş ölkələr test turinirinə 4 (2 kişi və 2 qadın) gimnast yollaya bilərlər. Kişilərdə bu hüquq Belçika, Kolumbiya, İtaliya, Yunanıstan, Puerto Riko, Macarıstan, Çin Taypeyi və Meksikanın, qadınlarda – Macarıstan, Polşa, Şimali Koreya , Meksika, İsveç, Avstriya və Yunanıstanındır.

Qalan ölkələr hərəsi cəmi 2 idmançıya (1 kişi və 1 qadın) güvənə biləcəklər. Qeyd edək ki, fərdi yarışlarda əldə olunan lisenziyaları komanda yarışlarının nəticələrinə heç bir məhdudiyyət qoyulmur. Ümumiyyətlə, sınaq yarışı iştirakçılarının sayı 40 kişi və 40 qadın idmançı olacaq. Sınaq yarışlarının yekununda azı 18 kişi və 24 qadın gimnast olimpiyaçı statusu qazanacaq. Amma fərdi proqramlar üzrə yarışlarda əldə olunacaq nailiyyətlər də nəzərə alınsa, vəsiqələrin sayı daha çox ola bilər. Ümumən 196 idman gimnastının və yaxud qadınların və kişilərin hər birində eyni olmaqla, 98 gimnastın, o cümlədən, hərəsində 5 idmançı olan 12 komandanın iştirakı gözlənilir. Qadınlar üçün ən aşağı yaş həddi 16, kişilər üçün 18-dir. Olimpiya komissiyası daha bir kişi və bir qadın üçün əlavə yer ayıra bilər.


Batut gimnastikası


Qarşıdakı seçmələr - 26-29 noyabr 2015. Odense, Danimarka (dünya çempionatı) və 16-24 aprel 2016. Rio de Janeyro (olimpiya sınaq yarışı).
Ən vacib yarış bu ay Danimarkada keçiriləcək dünya çempionatıdır. Lakin hər bir ölkənin əlavə şansı da olacaq. Ölkələr olimpiadada 4 batutçu ilə (2 qadın və 2 kişi) təmsil oluna bilər. Yarışlarda vəsiqələr fərdi deyil, ölkələr üçün qazanılır. Hər bir idmançı ölkəsi üçün cəmi bir yer qazandıra bilər. Limit nəzərə alınmaqla, qarşıdakı dünya çempionatında ilk 8-likdə yer alacaq idmançılar ölkələrinə vəsiqə əldə edəcəklər. Yəni ilk 8-likdə bir ölkədən 3 idmançı yer alarsa, onun nəticəsi nəzərə alınmayacaq.

Qalan vəsiqələri gələn il Rioda qazanmaq olar. Dünya çempionatında medala layiq yer tutmuş, lakin olimpiadaya vəsiqə əldə etməmiş bütün idmançılar sınaq turnirinin iştirakçısı olacaqlar. Bundan savayı, dünya çempionatında sonrakı yerləri tutmuş 12 ən yaxşı batutçu da sınaq yarışına yollanacaq. Yenə də sınaq yarışına olimpiya lisenziyası olmayan eyni kateqoriyada hər ölkədən yalnız 2 idmançı gedə biləcək.

Sınaq yarışlarında 5 lisenziya uğrunda mübarizəyə şahidlik edəcəyik. Maraqlıdır ki, bu yarışlarda hər ölkəyə 2-dən (1 qadın və 1 kişi) artıq lisenziya qazanmağa icazə verilməyəcək. Vəsiqələrin sayı yalnız ev sahibinə ayrılmış yerlər və qitələr üçün normativlər aşılarsa, arta bilər. Ümumən, seçmələr yolu ilə 28 (14 qadın və 14 kişi) idmançı təsnifatdan keçəcək. Həm qadın, həm də kişilərdə bir yer ev sahibinə, daha biri isə olimpiya komissiyasının müəyyən etdiyi ölkəyə veriləcək.


Bədii gimnastika

Qarşıdakı seçmələr - 16-24 aprel 2016. Rio de Janeyro (olimpiya sınaq yarışı).
Ölkəmiz bu proqramda da lisenziya sahibidir. Sentyabrın 7-dən 13-dək Almaniyanın Ştuttqart şəhərində keçirilmiş dünya çempionatında fərdi çoxnövçülükdə ilk 15-likdə olmuş Marina Durunda (6-cı yer) ölkəmizə lisenziya qazandırıb. Qeyd edək ki, Oyunlara hər ölkə 5 idmançıdan ibarət qrup və şəxsi çoxnövçülükdə daha 2 idmançı apara bilər. Dünya çempionatında idmançılar yalnız ölkələri üçün lisenziya qazanıblar. Özü də hər idmançı ölkəsinə yalnız bir yer qazanır. Sınaq yarışında isə şəxsi vəsiqə də qazanmaq mümkün olacaq. Yəni gələn il Rio seçmə turnirində fərqlənən idmançı özü olimpiadaya yollanacaq.

Sınaq yarışlarında, dünya çempionatının qalibi kimi, Rusiya da mübarizə aparmaq imkanı əldə edəcək. Lakin komanda olimpiya vəsiqələri uğrunda yarışmayacaq. Çünki artıq onun sahibidir.

Ondan savayı Bolqarıstan, İspaniya, İtaliya, Yaponiya, İsrail, Belarus və Çin də mundialın ilk altılığında yer aldıqları üçün, olimpiadada tam heyətlə çıxış edə biləcəklər. Vəsiqə uğrunda dünya çempionatında bu hüquqa sahib ola bilməyən 6 ölkə yarışacaq. Yekunda, komanda normativini yalnız 3 ölkə ödəyərək, vəsiqə sahibi olacaq. Şəxsi çoxnövçülükdə dünya çempionatının bütün medalçıları da yarışa bilərlər. Lakin onlar əsas vəsiqələrə sahib olduqlarından, yalnız yarışın səviyyəsini artırmaq üçün mübarizədə iştirak edəcəklər. Şəxsi çoxnövçülükdə qitələr üçün ayrılmış normativ, yerlərə uyğun olaraq, daha 6 vəsiqənin sahibi məlum olacaq.

Dünya çempionatındakı fərdi nəticələrə əsasən, Azərbaycanla yanaşı Gürcüstan, Ukrayna, ABŞ, Cənubi Koreya, Fransa və Yunanıstan da azı bir idmançı ilə oyunların iştirakçısı olmaq hüququ qazanıblar.

Qeyd edək ki, olimpiadada fərdi yarışlarda 26, qruplarda isə hərəsində 5 gimnast olan 14 komanda yarışacaq. İdmançıların cəmi sayı 96 olacaq.

Göründüyü kimi, sınaq yarışlarının hamısı eyni vaxtda və Rioda keçiriləcək. Turnirin ev sahibi «HSBC Arena» və yaxud «Arena Olimpiika du Rio»dur. Burada olimpiadanın 3 proqram üzrə gimnastika yarışları, avqustun 18-i istisna olmaqla, ayın 6-dan 21-dək (6-11, 14-17 avqust – idman gimnastikası; 11-12 avqust – batut gimnastikası; 19-21 avqust – bədii gimnastika) keçiriləcək. Onu da qeyd edək ki, komissiya adlandırdığımız quruma Beynəlxalq Olimpiya Komitəsi, Milli Olimpiya Komitələri Assosiasiyası və Beynəlxalq Gimnastika Federasiyasının nümayəndələri daxildir.

BATI YAR


Xəbər 2225 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
22.09.2016 Ramil Qasımov: Rioda Azərbaycanın dövlət himninin səsləndirilməsi çox qürurverici idi
22.09.2016 Yelena Çebanu: Paralimpiya Oyunlarında medal qazanmaq hər bir idmançının ən böyük arzusudur
20.09.2016 Azərbaycan Paralimpiadanı 48-ci yerdə başa vurub
18.09.2016 Azərbaycan üzgüçüsü “Rio-2016” Paralimpiya Oyunlarında ikinci medalını qazanıb
18.09.2016 Azərbaycan idmançısı Paralimpiya Oyunlarında yığmaya daha bir medal qazandırıb
17.09.2016 “Rio-2016”: Azərbaycan üzgüçüləri finala yüksəliblər
17.09.2016 “Rio-2016”: Ukrayna futbolçuları çempion olublar
16.09.2016 Fransa tennisçiləri Rio Paralimpiadasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar
16.09.2016 “Rio-2016” Yay Paralimpiya Oyunlarının səkkizinci günündə 4 təmsilçimiz mübarizə aparacaq
16.09.2016 Fransa və Çin qılıncoynadanları “Rio-2016”da qızıl medal qazanıblar


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru