Serbiyanın paytaxtı Belqradda keçirilən kikboksinqin WAKO versiyası üzrə XX dünya çempionatında iştirak edən Azərbaycan milli komandasının 7 üzvü yarımfinala yüksəlib.
Idmançılarımızdan Çingiz Əhmədzadə (51 kq, loukik), Anar Məmmədov (51 kq, K-1), Ramiz Məmmədov (54 kq, loukik), Elşad Ələsgərov (75 kq, K-1), Zöhrab Əzimov (60 kq, loukik), Ramal Aslanov (71 kq, loukik) və Ehram Məcidov (94 kq, Kik layf) dörddəbir finalda görüşləri qələbə ilə başa vuraraq yarımfinala vəsiqə qazanıblar.
AZƏRTAC
|