UEFA üzv ölkələrin yeni reytinq siyahısını açıqlayıb.
UEFA Avropa Liqasının sonuncu turunda təmsilçilərimiz – “Qarabağ” və “Qəbələ” komandalarının məğlub olmasına baxmayaraq, Azərbaycanın siyahıdakı yeri dəyişməyib. Ölkəmiz 3,875 xalla siyahıda 26-cı pillədədir. Xalın 1,500-ü “Qarabağ”ın, 1,375-i “Qəbələ”nin payına düşür. “İnter” 0,750, “Neftçi” isə 0,250 xal qazandırıb.
Reytinq cədvəlinə 89,142 xalla İspaniya liderlik edir.
|