Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
18/11 | 10:29 Bolqarıstanda keçirilən “European Cadet Circuit” turnirinə yekun vurulub
18/11 | 10:00 “Avro-2020”: Türkiyə millisi səfərdə Andorra yığmasını məğlub edib
18/11 | 09:55 Azərbaycan badmintonçusu “Cameroon International 2019” turnirində qızıl medal qazanıb
17/11 | 20:30 Atletlərimiz beynəlxalq turnirdəki çıxışlarına yekun vurublar
17/11 | 19:40 Yevlaxda keçirilən yunan-Roma güləşi üzrə rayon birinciliyində 80 idmançı mübarizə aparıb
17/11 | 17:13 Maksim Medvedev Slovakiyaya getməyəcək
17/11 | 16:58 Gəncədə uşu üzrə respublika turnirinə start verilib
17/11 | 15:21 Sumqayıt gimnastika üzrə ilin sonuncu yerli yarışlarına ev sahibliyi edib
17/11 | 14:12 Bu gün “Avro 2020”nin seçmə mərhələsinin növbəti oyunları keçiriləcək
17/11 | 12:10 Şahmat üzrə klublararası Avropa kuboku yarışlarına yekun vurulub
17/11 | 11:27 “Avro-2020”-nin seçmə mərhələsində növbəti tura yekun vurulub
17/11 | 11:09 Yeniyetmə cüdoçularımız Avropa kubokunda bir qızıl, iki bürünc medal qazanıblar
17/11 | 10:12 Azərbaycan “Tokio 2020”-yə 10 lisenziya qazanıb
17/11 | 09:46 Azərbaycan badmintonçusu beynəlxalq turnirinin finalına vəsiqə qazanıb
16/11 | 23:10 “Avro 2020”: Azərbaycan - Uels oyunu başa çatıb
16/11 | 20:26 “Avro 2020”: Azərbaycan və Uels yığmalarının start heyətləri açıqlanıb
16/11 | 19:00 Sərbəst güləş yığmamızın Dağıstanda təlim-məşq toplanışı davam edir
16/11 | 18:55 Yeniyetmə cüdoçumuz Avropa kubokunda qızıl medal uğrunda mübarizə aparacaq
16/11 | 18:30 Azərbaycanın U-17 komandası növbəti oyununu keçirib
16/11 | 18:16 Cüdoçularımız Yaponiyada təlim-məşq toplanışında iştirak edirlər
16/11 | 17:54 Formula 1 yarışlarını işıqlandıran media nümayəndələri üçün ixtisaslaşmış kurs təşkil olunacaq
16/11 | 17:48 Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
16/11 | 17:18 Slovakiya–Azərbaycan oyununu idarə edəcək hakimlərin adları açıqlanıb
16/11 | 16:42 Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16/11 | 15:01 Azərbaycan idmançısı Türkiyədə keçirilən beynəlxalq ağır atletika turnirinin qalib olub
16/11 | 14:20 Mik Şumaxer atasının çempion bolidinin sükanı arxasına keçib
16/11 | 13:40 Azərbaycanın yeniyetmə qılıncoynadanı “European Cadet Circuit” yarışında gümüş medal qazanıb
16/11 | 12:30 “Avro 2020”: Rusiya yığması Belçikanı, Almaniya millisi isə Belarusu qəbul edəcək
16/11 | 11:36 Futzal üzrə Azərbaycan millisinin rəqibi yoldaşlıq oyunları keçirəcək
16/11 | 11:20 Avropa kuboku: “Vüqar Həşimov” Avstriya, “Odlar Yurdu” Serbiya şahmatçıları ilə mübarizə aparacaqlar
16/11 | 11:15 2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq
16/11 | 10:30 Azərbaycanın U-17 komandası almaniyalı həmyaşıdları ilə qarşılaşacaq
16/11 | 09:38 “Avro 2020”: İspaniya öz meydanında Malta yığmasının qapısından 7 cavabsız top keçirib
15/11 | 23:54 Avropa kuboku: “Odlar Yurdu” “Monte Karlo” ilə “sülh” bağlayıb
15/11 | 23:30 Azərbaycan Tokioda şose velosipedində də təmsil olunacaq
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 11 8 3 0 20-3 27
2 Keşlə 11 5 4 2 13-6 19
3 Neftçi 11 5 3 3 16-10 18
4 Sumqayıt 11 4 2 5 14-16 14
5 Səbail 11 3 2 6 8-17 11
6 Zirə 11 2 5 4 11-17 11
7 Sabah 11 2 4 5 11-14 10
8 Qəbələ 11 2 3 6 9-19 9
80 yaşın mübarək və 100 yaşa, “İdman
Tarix: 29.01.2012 | Saat: 23:18:00 | E-mail | Çapa göndər
Oqtay Bayramov | Əməkdar jurnalist

Nə xoş təsadüf! Respublikamızda idman mətbuatının ağsaqqalı “İdman” qəzetinin 80 illik yubileyi olimpiya ili olan 2012-ci ilə təsadüf etmişdir. Nə gözəl təşəbbüs! “İdman”ın əməkdaşları ölkə idmanı üçün çox əlamətdar, tarixi bir hadisə olan yubiley münasibətilə kitab nəşr etməyi qərara almaqla, qəzetin keçdiyi zəngin yol, onun səhifələrində Azərbaycanda bədən tərbiyəsi və idmanın təbliğinə yorulmadan öz töhfələrini vermiş insanları xatırlamaq kimi nəcib bir iş görürlər. Bunun üçün, əlbəttə, qəzetin rəhbərliyinə, bütün kollektivinə “Çox sağ olun!” demək lazımdır. Nəhayət, nə yaxşı xəbər! Bu qeydləri qələmə aldığım yanvar günlərindən birində Prezident İlham Əliyevin sərəncamı ilə 2012-ci il Azərbaycan Respublikasında “İdman ili” elan olunmuşdur.

Düz 44 ildir idman jurnalistikasındayam. Az qala yarım əsrə bərabər bir dövrdür. Mənim üçün xüsusilə yaddaqalan bir məqamdır ki, həmin 44 ilin nə az, nə də çox - 27 ilini (1968-dən 1995-dək) ötən əsrin 60-70-ci illərində Bakının mərkəzində, o zamankı Myasnikov, 9 ünvanında, keçmiş “Nərgiz” kafesi yaxınlığında dörd-beş kiçik otaqda yerləşən, sonralar, - 80-ci illərin əvvəlində isə indiki Mətbuat prospektində yeni inşa edilmiş binaya köçüb, burada “Azərbaycan müəllimi” və “Ədəbiyyat və incəsənət” qəzetlərinin redaksiyaları ilə 9-cu mərtəbədə mehriban qonşuluq edən, üstəlik də, “bütün meydança boyu sərbəst oynamaq” imkanı qazanan, yəni otaqlarının sayı iki dəfədən də çox artan, deməli, həm də iş şəraiti xeyli yaxşılaşan “İdman” qəzeti redaksiyasının divarları arasında keçirmişəm. Taleyimə də həmişə minnətdar olmuşam ki, Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universitetinin) 1968-ci il məzunu kimi, ispan dili mütəxəssisi ola-ola, idman jurnalistikasına gəlib-çıxmış, üstəlik də, “İdman” kimi sevimli, şan-şöhrətli bir qəzetdə fəaliyyətə başlamış, burada əsl məktəb keçmişəm.

Mənə sıralarında çalışmaq xoşbəxtliyi nəsib olmuş “İdman”, sözün əsl mənasında, idman qəzeti idi : peşəkarlığı, hadisələrə operativ münasibəti, dəqiq hesabatları, rəngarəng və dolğun yazıları, oxucularla fəal əlaqələri və s. ilə. Bu qəzetdən kimlər gəlib keçməyib! Çox təəssüf ki, vaxtilə “İdman”da çalışmış həmkarlarımın bir çoxu bu gün həyatda yoxdur. Amma nə etmək olar, tale heç kimə güzəştə getmir. Hər bir kəs nə vaxtsa bu gözəl həyatda son addımını atıb dayanmalı olur.
Uzun illər ərzində “Azərbaycan bədən tərbiyəçisi” - “Fizkulturnik Azerbaydjana”, sonralar isə “İdman” - “Sport” adlanan qəzetdə əməkdaşlıq edib, həyatlarının bəlkə də ən yaxşı illərini bu kollektivdə keçirmiş insanlar haqqında kifayət qədər geniş söhbət açmaq olar. Onların böyük əksəriyyətinin “İdman”da fəaliyyəti qəzetə Mirpaşa Miriyev - Aqşin Kazımzadə tandeminin rəhbərlik etdiyi dövrə təsadüf etmişdir.

“İdman”ın bir çox digər əməkdaşları, nisbətən qısa dövrdə olsa da, müxtəlif illərdə qəzetə rəhbərlik etmiş, əvvəllər bir çox il ərzində “Baku” qəzetində çalışmış, Respublika Dövlət İdman Komitəsi sədrinin müavini olmuş Oqtay Atayev, redaksiyamıza Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsindən gələn Arif Şəfizadə, tanınmış jurnalistlər Paşa Əmirov, Telman Fərəcov, Elman Cəfərli, Məzahir Süleymanzadə, Əlipənah Bayramov, Abbas Əzimov, Zahir Zahirov, Rafiq Sədrəddinov, Xədicə Orduxanova, Anatoli Şilyayev, Vladlen Busalayev, Vladimir Koqanov, fotomüxbirlər Faiq Rəcəbli, Əhməd Abdullayev, Gennadi Malyov və bir çox başqaları da bu qəzetin tarixində dərin iz buraxmışlar. Əksəriyyətimizin də “İdman”da keçən həyatı M.Miriyev və A.Kazımzadə ilə daha çox bağlı olmuşdur.

Mirpaşa Miriyev düz 37 il “İdman”ın dəyişməz “kapitan”ı olmuş və bu müddət ərzində “komanda”sını yorulmadan, təmkinlə, əsl qayğıkeşliklə qələbədən qələbəyə aparmış, sonralar respublikamızın hüdudlarından kənarlarda da tanınan neçə-neçə həmkarım üçün idman jurnalistikasına gözəl yol açmışdır. “Miriyev məktəbi”nin yetirmələrindən biri kimi, mənə də ilk xeyir-dua, həyat vəsiqəsi verən məhz Mirpaşa müəllim olmuşdur. Onun əmri ilə “İdman” qəzetində işə qəbul olunduğum gün indiki kimi yadımdadır - 1 iyul 1968-ci il.
Mülayim təbiətli, xoşrəftar bir insan olan M.Miriyev xeyirxah redaktor idi. 25 ilə yaxın bir müddətdə - 1963-cü ildən 1987-ci ilədək redaktor müavini kimi onunla çiyin-çiyinə Azərbaycan idmanının təbliğinə və çiçəklənməsinə xidmət etmiş, sonralar özü də bir müddət redaktor olmuş Aqşin Kazımzadə bir dəfə söhbət əsnasında mənə demişdi ki, “gözümü açandan onu tanıyıram, heç kimə pislik etməyib, əksinə, neçə-neçə adama çörək verib”.

Təkrar edim, otuz yeddi il, 1950-ci ildən 1987-ci ilədək “İdman”ın redaktoru olan və elə buna görə də rekordçu redaktor adlandıra biləcəyimiz Miriyevin rəhbərlik etdiyi qəzet respublikanın bütün idman ictimaiyyətinin rəğbət və məhəbbətini qazanmışdı. “İdman” bahalı qəzet olmasına baxmayaraq (qiyməti 3 qəpik idi), onu almaq üçün qəzet köşklərinə səhər tezdən tələsmək lazım idi. Bir qədər gecikəndə, o gün “İdman”sız qalacaq, onu heç 5 qəpiyə də ala bilməyəcəkdin. İki dildə nəşr olunan və gur vaxtlarında ümumi tirajı 120-130 min nüsxəyə çatan “İdman” - “Sport” məktəblidən, fəhlədən tutmuş, yüksək vəzifəli şəxslərədək hamının sevimli qəzeti idi. Bu qəzetə abunə yazılmaq üçün heç bir təbliğat aparmaq lazım gəlmirdi. Əksinə, adamlar özləri redaksiyamıza gələr və qəzetimizə abunə yazılmaqda onlara kömək etməsini redakotrdan xahiş edərdilər. Bunu isə qəzetin yüksək səviyyəsinin və onun kollektivinin idman aləmində baş verən hadisələrə peşəkar və operativ münasibətinin əsl meyarı kimi qiymətləndirmək olardı.

“Miriyevin komandası” say-seçmə jurnalistlərdən ibarət idi. “Kapitan” heyətə idmanın incəliklərinə yaxşı bələd olan “oyunçular” - idman ustaları, respublika və Ümummittifaq dərəcəli hakimlər cəlb edirdi. Belələrinin hesabatlarında isə qeyri-dəqiqlikdən söhbət gedə bilməzdi. Bir sözlə, M.P.Miriyev (o, qəzeti məhz bu cür imzalayırdı) uzun illər ərzində “İdman”ın sükanı arxasında dayanmağa layiq idi və onu məharətlə idarə etmişdi.

Yaddaşımızda müdrik şəxsiyyət kimi qalmış Mirpaşa müəllim qəzetdən ayrıldıqdan sonra da idmandan uzaqlaşmamış, bir müddət “Neftçi” İdman-Sağlamlıq Mərkəzi sədrinin müavini kimi, Azərbaycan idmanının daha da inkişafına bacardığı köməyi göstərmişdir.

Əməkdar jurnalist, Prezident təqaüdçüsü Mirpaşa Miriyev kimi, Aqşin Kazımzadənin də coşğun yaradıcılığının böyük hissəsi “İdman” - “Sport”da keçib. Bu sadə və xeyirxah, eyni zamanda, prinsipial və qətiyyətli insan idmanı sevən və bütün varlığı ilə ona bağlı bir şəxsiyyət idi. O, Azərbaycanda idmanın təbliğinə və inkişafına böyük fayda vermiş və cəsarətlə belə bir qənaətə gələ bilərik ki, bu sahədə xidmətləri hətta ən məşhur mütəxəssislərin də xidmətlərindən az olmamışdır. Aqşin müəllimi fərqləndirən başlıca xüsusiyyət tələbkarlığı və təşəbbüskarlığı, hadisələrə operativ münasibəti, ətrafındakılarla daim xoş ünsiyyətdə olması və istənilən halda öz dəyərli məsləhətləri ilə onların köməyinə gəlməsi idi.

Əsl peşəkar jurnalist kimi böyük nüfuz qazanan A.Kazımzadə, hələ 1960-cı ildə, indi Dövlət Neft Akademiyası adlanan Azərbaycan Sənaye İnstitutunu bitirib mühəndis diplomu alsa da, idman jurnalistikası onu özünə daha çox cəlb etmiş və həyatının son günlərinədək idmanımızın qələbə və problemlərini işıqlandırmaqda davam etmiş, ona mümkün qədər çox fayda vermək üçün bir an belə qüvvə və bacarığını əsirgəməmişdir.

Aqşin müəllim təkcə Azərbaycanda deyil, bütün dünyada baş verən idman hadisələrini daim diqqət mərkəzində saxlayır, onlar haqqında qəzetin elə növbəti nömrəsində operativ məlumatlar verilməsini başçılıq etdiyi kollektivin borcu hesab edirdi. Özü də daim əsl gənclik həvəsi ilə yaşayıb-yaradırdı. İrili-xırdalı minlərlə yazının müəllifi olmuş Aqşin Kazımzadə 5 Olimpiadanı - 1968-də Mexiko, 72-də Münhen, 76-da Monreal, 80-də Moskva və 2008-ci ildə Pekin olimpiadalarını birbaşa hadisə yerində izləmiş, onların hər biri barəsində zəngin təəssüratlarını oxucularla bölüşmüşdür. Mən hələ onun futbol, güləş, voleybol, velosiped idmanı, fiqurlu konkisürmə, şaybalı xokkey və digər növlər üzrə dünya çempionatlarında, dünya şahmat tacı uğrunda matçlarda, SSRİ xalqlarının spartakiadalarında, Sovet İttifaqı çempionatlarında iştirakını demirəm. Təsadüfi deyil ki, səmərəli fəaliyyətinə, idmanımıza verdiyi töhfələrə görə Əməkdar jurnalist adına, “Tərəqqi” medalına, “Qızıl qələm”ə, habelə bir çox başqa mukafatlara layiq görülmüşdü, Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) üzvü kimi də böyük hörmət qazanmışdı.
A.Kazımzadə ilə bağlı bir məqam üzərində daha ətraflı dayanmaq istərdim. 1992-ci ilin yayı idi. Barselona olimpiadası ərəfəsindəydik. Respublikamız çətin bir dövrdə yaşayırdı. Ölkədə yaranmış mürəkkəb vəziyyət uzun illər ərzində maliyyə cəhətdən heç bir problemlə üzləşməyən, əksinə, daim gəlirlə işləyən “İdman”dan da yan keçməmişdi. Redaksiyanın bank hesabında, demək olar, vəsait qalmamışdı. Əvvəllər bir gün də gecikmədən, hər ayın 3-ü və 18-i məvaciblərini almağa adət etmiş əməkdaşlarımız, indi maaşlarını çətiniliklə ala bilirdilər. Odur ki, bəziləri artıq özlərinə yeni iş yeri axtarmaq barədə düşünürdülər. Digər tərəfdən, qəzet buraxmaq üçün kağız tapmaq müşkül məsələyə çevrilmişdi. Üstəlik də, həmin illərdə nadir hallarda yarışlar keçirilirdi. Yarış olmayanda isə, təbii ki, material hazırlamaq da asan olmur.

Belə mürəkkəb vəziyyətdə bir səhər Aqşin müəllim əməkdaşları otağına dəvət edib “Olimpiada başlayır, gərək onu yaxşı işıqlandıraq. Bununla bağlı mənim bir təklifim var: gəlin, qəzeti həftədə 4 dəfə çıxaraq” dedi.
Bu zaman biz təəccüb içində hərə bir yerdən “necə?”, “nə ilə?”, “bacararıqmı?” dedik. Aqşin müəllim isə yüngülcə gülümsəyib, suallarımızı “bacararıq, təki istək olsun” sözləri ilə cavablandırdı.
Doğurdan da bacardıq. Həmin il “İdman” bir neçə ay ərzində həftədə 4 nömrə ilə işıq üzü gördü. Əvvəllər isə heç vaxt belə bir hal olmamışdı. Elə həmin 92-ci ildən sonra da. Bununla da “İdman”ın kollektivi Aqşin Kazımzadənin təşəbbüsü və rəhbərliyi ilə gözəl ənənələrə malik qəzetin tarixinə daha bir unudulmaz səhifə yazdı.

2011-ci il iyunun 10-da isə Aqşin müəllimin özü əbədiyyətə qovuşub, tarixə çevrildi. İdman jurnalistikamız daha bir ağsaqqalını itirdi. Əfsus ki, o, daha idmanla nəfəs almır, daim böyük zövq aldığı Azərbaycan idmanının qələbələrinin sevincini yaşamır...
Xəbər 2289 dəfə oxundu



 
Müəllifin son yazıları

07.03.2012 80 yaşın mübarək və 100 yaşa, “İdman


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Milli komanda ilk xalını favoritlə oyunda qazandı
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Azərbaycan şahmatının yeni zirvəsi
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru