Sentyabrın 26-da qadın voleybolçular arasında Belçika və Hollandiyada keçiriləcək Avropa çempionatında Azərbaycan millisinin rəqibi olan Türkiyə yığması daha 2 yoxlama matçı keçirib. “Ay-ulduzlular” Belqradda Serbiya ilə üz-üzə gəlib.
Ferhat Akbaşın başçılıq etdiyi Türkiyə millisi ilk görüşdə 2:3 (23:25, 25:19, 25:21, 25:27, 12:15) hesabı ilə uduzduğu halda ikinci matçda heç-heçə oynayıb – 2:2 (20:25, 25:16, 25:18, 26:28).
Bununla da türklər təlim-məşq toplanışını yekunlaşdıraraq, İstanbula dönüblər. Komandanın sentyabrın 24-də Belçikaya yollanacağı gözlənilir.
Qeyd edək ki, “ay-ulduzlular” Avropa çempionatında ilk matçını Azərbaycan yığmasına qarşı keçirəcək.
|