Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
24/04 | 22:21 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
24/04 | 21:22 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24/04 | 19:19 Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
24/04 | 17:18 Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
24/04 | 14:17 Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
24/04 | 13:26 Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
24/04 | 10:13 Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır
24/04 | 09:21 Azərbaycan Kubokunda finalçılar bu gün bəlli olacaq
24/04 | 09:10 Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23/04 | 19:08 Voleybol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb
23/04 | 18:07 Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub
23/04 | 17:04 Futzal üzrə Azərbaycan Kubokunun yarımfinal oyunlarına təyinatlar açıqlanıb
23/04 | 14:02 “Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
23/04 | 12:31 AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
23/04 | 12:30 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub
23/04 | 10:00 Azərbaycan şahmatçısı Avropa çempionatında ardıcıl 4 qələbə əldə edib
23/04 | 09:55 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq
22/04 | 23:29 1/4 finalçılar müəyyənləşib
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
20/04 | 10:15 Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
19/04 | 21:13 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19/04 | 20:10 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Qurban Qurbanov: "Onu "Tottenhem"lə oyunun start heyətində görməyəcəksiniz" MÜSAHİBƏ
Tarix: 15.09.2015 | Saat: 19:42:00 | E-mail | Çapa göndər
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Stadium.az saytına müsahibə verib.

- Qurban müəllim, artıq səfərə çıxırsız. İlk öncə səfər təəssüratlarınızı bölüşərdiz...
- Bu səfər bütün səfərlərdən fərqli olacaq. Çünki hələ heç vaxt o çempionatın komandasına qarşı oynamamışıq, güclərini canlı görməmişik. İndi isə İngiltərənin ən güclü klublarından birinə qarşı oynayacağıq. O ab-havanı, atmosferi hər birimiz səbirsizliklə gözləyirik. Böyük istək və həvəslə səfərə çıxırıq.

- Heyətdə hansısa problem varmı?
- Şükürlər olsun ki, heç bir problemimiz yoxdur. Əksinə, problemi olanlar artıq sıraya dönüblər. Bu gün tam olaraq hazır olmasalar da, müəyyən gücə malikdirlər. qaydada məşqlərini davam etdirirlər.

- Cumbinyonu səfərdə oynada bilərsiz?
- Yox. Belə fikrimiz yoxdur. Cumbinyo ikinci dəfə əməliyyat olunduğu üçün, onun tam sağalmasını və hazır olmasını gözləməliyik. Ancaq qarşıdakı oyunlarda fikrimiz var. İngiltərədən döndükdən sonra “Kəpəz”lə oynayacağıq. Bax bu oyundan sonra yavaş-yavaş onu oynatmağa başlayacağıq. O da az-az oynaya-oynaya özünə gələcək.

- Armenterosu “Tottenhem”lə oyunun start heyətində görə biləcəyik?
- Yox, bunu da düşünmürük. O, fiziki cəhətdən hələ elə səviyyədə deyil ki, belə oyunda ilk dəqiqələrdən meydanda olsun. Ancaq oyunun gedişində meydana çıxa bilər.

- “Xəzər Lənkəran”la oyunda iki mərkəz müdafiəçisi – Rəşad Sadıqovla Bədavi Hüseynovu oynatmadız. Onları sürətli “Tottenhem”ə qarşı yorğunçuluqdan qorumaq üçün belə etdiz?
- Sırf bu oyuna görə yox. Son bir ay ərzində çox ağır oyunlar keçirtdilər. Millinin son Malta oyunundan sonra çox məyus idilər. Çünki qələbə qazanmadıqları üçün çox üzülürdülər. Milli yaxşı oyun göstərdi, ancaq qələbə qazana bilmədilər. 3 gün milli üzvlərinə istirahət verdim ki, futboldan uzaq olub, stresdən azad olsunlar. O cümlədən Ansi Aqoliyə də. Onun millisi 93-cü dəqiqədə Portuqaliyadan qol buraxdı. Psixoloji cəhətdən o da yorğun idi. Fiziki yorğunluqla yanaşı, psixoloji amilləri də nəzərə alıb, milli oyunçularına istirahət vermişdik. Artıq indi meydana buraxdığım istənilən futbolçunu çəkinmədən heyətə daxil edirəm. Çünki hər biri buna layiqdir.

- İngilis klubları adətən Avroliqaya böyük önəm vermirlər. Məsələn, “Tottenhem” ötən mövsüm qrup mərhələsinin oyunlarına ikinci heyətlə çıxırdı. Heç fikirləşmisiz ki, belə olsa daha yaxşı olardı, yoxsa, meydanda elə əsas “Tottenhem”i görmək istəyirsiz?
- Düşünmürəm ki, hər hansı bir məşqçi belə bir turnirdən imtina etsin. Çünki hər bir məşqçi bu turnirdə qalib olmaq istəyər. Belə klublarda isə birinci-ikinci heyət olmur. Əksinə, ikinci heyət üçün düşünülən futbolçular belə oyunlarda daha istəkli olurlar.

- “Qarabağ” daha çox top saxlamağa üstünlük verir. “Tottehem” isə pressinq və sürətli futbol sərgiləyir. Bu oyunda yenə öz oyun üslübunuza sadiq qalacaqsız, yoxsa başqa bir plan var?
- Belə deyək də, desəm ki, “Tottenhem”lə başa-baş mübarizə aparacağıq, düz çıxmaz. Onlar İngiltərə Premyer Liqasında çıxış edirlər və “Mançester Yunayted”, “Mançester Siti”, “Çelsi”, “Liverpul” kimi dünya nəhəngləriylə böyük ab-hava, atmosfer qarşısında oynayırlar. Onlar istənilən halda bütün konponentlərdə bizi üstələyir. Futbol ötürmə oyunudur, bundan da maksimum yararlanmaq lazımdır. Siz də qeyd etdiyiniz kimi, onlar nəinki topla, hətta topsuz da çox sürətli oynayırlar, pressinq edirlər. Ola bilsin ki, heç öz oyunumuzu oynamağa bizə imkan verməsinlər. Ancaq biz də ilk növbədə bunu onlara qarşı tətbiq edəcəyik. İmkan daxilində öz oyunumuzu oynayacağıq.

- Həqiqətən “Qarabağ” çox çətin qrupa düşüb. “Tottenhem”, “Monako” və “Anderlext” hər il Avrokuboklarda yüksək hədəfləri olan komandalardır. Heç dediz ki, kaş bu qrupa düşməyərdik?
- Yox. Tam səmimi deyirəm, belə fikrim olmayıb. Hər bir məşqçinin arzusu olmalıdır ki, özünü belə klublarla oyunda sınasın. Mənim üçün çox maraqlı olacaq. Bunu futbolçuların hiss etməsi onlar və mənim üçün böyük təcrübə olacaq. Eləcə də böyük tarixi olan “Monako” və “Anderlext”ə qarşı oynamaq. Bu komandalara qarşı hər bir futbolçu oynamaq istəyər. Heç zaman düşünməmişəm ki, bəxtimizə bu komanda çıxardı, o biri düşərdi. Qismətimizdə nədirsə, o da olub.

- Mətbuatda daimi olaraq yazılır ki, Leroy Corcla Muarem Muaremi buraxmaqda siz səhv etmisiz. Onların yeri görünürmü həqiqətən komandada?
- Hər bir yazıya hörmət etmək bizim borcumuzdur. Bəzi futbolçular komandaya tez uyğunlaşır, bəziləri isə gec. Biz çalışırıq ki, həmişə əlimizdə olan futbolçulardan maksimum yararlanaq. Leroy Muarem komandada idi, onlardan faydalanmağa çalışırdıq. İndi isə eyni hal başqalarına aiddir. Onların hər ikisi çox yaxşı insan və futbolçular idi. Həmişə onlara xoş münasibət göstərmişəm və yararlanmışam. Həmişə də onlardan razı qalmışam. Bu gün isə əlimdə olanlardan yararlanıram. Məşqçi işi budur. Ola bilər ki, oyunda sizlər indi komandada olan futbolçuların ustalığından razı qalmırsız. Ancaq mən məşqlər zamanı onlardan istədiyimi ala bilirəm. Zaman keçdikcə isə onlar daha yaxşı səviyyəyə çatacaqlar. Əgər indi oturub düşünsək ki, o futbolçular getdi, bizim işimiz alınmayacaq, o zaman uğur qazana bilmərik. Əksinə, biz hər futbolçunun bacarığından yararlanırıq. Biz bir yerdə daha da yaxşı uğurlar əldə edəcəyik. Buna inanıram.

- Adətən futbolçular millidən “Qarabağ”a yaxşı dönmürdülər və komandanız daim bunun əziyyətini çəkirdi. İndi vəziyyət necədir?
- Bayaq da qeyd etdiyim ki, fiziki yorğunçuluq öz yerində, amma onlar daha çox psixoloji yorğunluq içindəydi. Belə problem olur, onu da aradan qaldırmağa çalışırıq. İndi əlimizdə futbolçu çoxdur, düşünmədən istədimiz dəyişiklikləri edə bilirik.

- Həmişə futbolçu qıtlığıyla üzləşmisiz. İndi vəziyyət necədir, bunu aradan qaldıra bilmisiz?
- Belə baxanda, hə. Çünki hər mövqedə ən azı iki futbolçumuz var. Əlimizdə nə qədər futbolçu olsa da, həmişə daha yaxşısına ehtiyac duyulur. Amma çox futbolçu da, çox problem deməkdir.

- Yenə də axtarırsız?
- Bəli, həmişə axtarışdayıq. Bəzən elə variantlar çıxır ki, ona yox deyə bilmirik. Biz bir neçə milyon verib oyunçu almaq gücündə deyilik. Amma bəzən də böyük klublardan yaxşı futbolçu qopara bilirik. Bəzən isə 5-6 ay oynamayan futbolçunu daha əvvəlki potensialına bələd olaraq heyətə cəlb edirik. Quintana, Armenteros, Reynaldo özü buna sübutdur.
Xəbər 684 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
22.04.2024 1/4 finalçılar müəyyənləşib
15.04.2024 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
02.04.2024 Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"ni 4 cavabsız qolla üstələyib
02.04.2024 AFFA İcraiyyə Komitəsinin yeni tərkibi bəlli olub
02.04.2024 AFFA-nın yeni prezidenti müəyyənləşib
31.03.2024 Azərbaycan Premyer Liqasında XXVIII tur başa çatacaq
29.03.2024 "Qarabağ" 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib
25.03.2024 Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib
21.03.2024 "Qarabağ"ın U-14 komandası Minskdə keçirilən turnirdə çempion olub
20.03.2024 Azərbaycan millisi Avropa çempionatındakı son oyununda böyükhesablı qələbə qazanıb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru