Bir neçə gün sonra Avropa Çempionatında mübarizəyə qoşulacaq voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin heyətinə aydınlıq gəlib. Komandamızda əvvəlki yarışlarla müqayisədə müəyyən dəyişikliklər baş verib. Belə ki, hücumçu Yana Ağayeva, blokçu Yelena Parxomenko və toppaylayıcı Natəvan Qasımova əsas heyətə salınmayıb. Baş məşqçi Faiq Qarayevin qitə birinciliyində güvənəcəyi 12-lik aşağıdakı kimidir:
Hücumçular: Polina Rəhimova, Odina Bayramova, Yekaterina Jidkova, Marqarita Əzizova
Blokçular: Kseniya Poznyak, Ayşən Abduləzimova, Aynur Kərimova
Toppaylayıcılar: Oksana Kurt, Kristina Yaqubova
Liberolar: Valeriya Məmmədova, Oksana Kiselyova, Ceyran Əliyeva
Qeyd edək ki, qitə birinciliyi sentyabrın 26-dan oktyabrın 4-dək Belçika və Niderlandda baş tutacaq. Millimiz B qrupunda mübarizə aparacaq və oyunlarını Antverpendə keçirəcək.
|