Bu gün Topaz Premyer Liqasında 4-cü tura start verilir. İlk oyun günündə 3 görüş baş tutacaq.
Turun açılış matçında “Kəpəz” doğma meydanda AZAL-la münasibətlərinə aydınlıq gətirəcək.
Daha sonra “İnter” “Qəbələ” ilə münasbətlərinə aydınlıq gətirəcək.
İlk oyun gününün son matçında “Qarabağ” “Xəzər Lənkəran”la qarşılaşacaq.
Topaz Premyer Liqası
4-cü tur
12 sentyabr (şənbə)
16:00. “Kəpəz” – AZAL
Hakimlər: Fariz Yusifov, Coşqun Həsənov, Azər Əsgərov, Rza Məmmədov.
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Xəlil Xəlilov.
Gəncə şəhər stadionu.
20:00. “İnter” – “Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, Vüqar Bayramov, Rəvan Həmzəzadə.
Bakı. “İnter Arena”.
20:30. “Qarabağ” – “Xəzər Lənkəran”
Hakimlər: Ramil Diniyev, Vüsal Qənbərov, İsgəndər Əliyev, Nail Nağıyev.
Bakı. “Dalğa Arena”.
Turun digər oyunları: 13 sentyabr (19:00. “Sumqayıt” – “Zirə”, 21:00. “Rəvan” – “Neftçi”).
|