Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
28/02 | 21:44 Azərbaycanın U-19 komandası yoxlama oyunlarında gücünü sınayıb
28/02 | 21:14 Bakıda “Voleybol üçün daha bir gün” devizi altında festival keçiriləcək
28/02 | 20:19 Qrossmeyster Eltac Səfərli uşaqlar üçün seans oyunu keçirib
28/02 | 20:11 Taekvondo üzrə açıq Bakı birinciliyinə start verilib
28/02 | 19:26 Xüsusi Olimpiya Komitəsinin hesabat-seçki konfransı keçirilib
28/02 | 19:03 Antalyada Azərbaycan cüdoçularının da qatılacaqları Avropa kuboku yarışları keçiriləcək
28/02 | 18:37 “Aeroflot open 2020”nin proqramına daxil olan ənənəvi blits turnirinin qalibi müəyyənləşib
28/02 | 18:18 Uşu üzrə XXVIII Azərbaycan çempionatı keçiriləcək
28/02 | 17:55 Yüksək Liqa: MOİK “Azərreyl”i, “Express” isə “Sərhədçi”ni məğlub edib
28/02 | 17:13 Milli Olimpiya Komitəsi “Tokio-2020”yə hazırlıq çərçivəsində əməkdaşlığa dair memorandumlar imzalayıb
28/02 | 16:55 UEFA-nın yeni reytinq cədvəlində Azərbaycan millisinin mövqeyi dəyişməyib
28/02 | 16:33 Veteran futbolçularla görüş olub
28/02 | 16:02 Emil Balayev Norveçin “Bude-Qlimt” klubunda baxışdadır
28/02 | 15:36 Formula 2: “Trident” komandası yeni mövsüm üçün heyətini açıqlayıb
28/02 | 15:05 “Mercedes”in pilotu Valtteri Bottas “F1 Joburg Festival”ında iştirak edəcək
28/02 | 14:06 Karateçilərimiz Avstriyada Premyer Liqa turnirində mübarizəyə başlayırlar
28/02 | 13:12 Mərakeşdə Azərbaycan cüdoçularının da qatılacaqları Qran-Pri turniri keçiriləcək
28/02 | 12:36 “Tokio 2020” təşkilatçıları ilk dəfə olaraq öz rəsmi idman piktoqramlarını təqdim edib
28/02 | 12:07 Gənc azərbaycanlı şahmatçı “Aeroflot open” festivalının qalibi olub
28/02 | 11:43 "Atletiko Baku” futzal komandası “Ajara Cup 2020”yə qələbə ilə başlayıb
28/02 | 11:14 “Tokio 2020” təşkilatçıları məşəl estafetinin marşrutunu azaltmağı düşünür
28/02 | 10:53 Cüdo üzrə Azərbaycan birinciliyində fərdi yarışlar başa çatıb
28/02 | 10:00 Boks üzrə 2021-ci ildə keçiriləcək dünya çempionatı Serbiyada təşkil olunacaq
28/02 | 09:52 Azərbaycanlı qılıncoynadan Avropa çempionatında doqquzuncu olub
27/02 | 22:00 Azərbaycanın iki idmançısı Belarus Atletika Federasiyası tərəfindən mükafatlandırılıb
27/02 | 20:57 Gənc qılıncoynadanlarımız Avropa çempionatında mübarizəyə başlayıblar
27/02 | 20:36 Mərakeşdə keçiriləcək Qran-Pridə Azərbaycanı 14 cüdoçu təmsil edəcək
27/02 | 19:13 Abdulla Zubir ardıcıl ikinci dəfə Premyer Liqada turun ən yaxşı oyunçusu seçilib
27/02 | 18:28 Azərbaycan Milli Paralimpiya Komitəsi beynəlxalq əməkdaşlığı genişləndirir
27/02 | 18:19 Azərbaycan Premyer Liqasının XVIII turunun rəmzi komandası açıqlanıb
27/02 | 17:38 Bakıda keçiriləcək paracüdo üzrə Qran-Pri yarışlarının loqosu və medalları təsdiqlənib
27/02 | 16:46 “Tokio-2020”yə hazırlıq prosesinə dair görüş keçirilib
27/02 | 16:07 Yeniyetmə şahmatçımız Aydın Süleymanlı FIDE-nin saytında “Günün adamı” elan edilib
27/02 | 15:49 Cüdoçularımız Almaniyanın Düsseldorf şəhərində təlim-məşq toplanışında iştirak ediblər
27/02 | 15:12 “Aeroflot open” festivalının sonuncu turunda Rauf Məmmədov və Aydın Süleymanlı qarşılaşırlar
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 18 12 5 1 32-7 41
2 Neftçi 18 9 6 3 28-13 33
3 Keşlə 18 8 5 5 25-17 29
4 Sumqayıt 18 6 4 8 22-25 22
5 Zirə 18 5 5 8 21-34 20
6 Sabah 18 5 5 8 19-23 20
7 Səbail 18 5 4 9 14-26 19
8 Qəbələ 18 3 4 11 18-34 13
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə
Tarix: 18.04.2006 | Saat: 18:01:00 | E-mail | Çapa göndər
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli Fərmanı ilə təsdiq edilmişdir I. Ümumi müddəalar

1. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi (bundan sonra - Nazirlik) ölkədə gənclər, bədən tərbiyəsi və idman sahələrində (bundan sonra – müvafiq sahədə) dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
2. Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.
3. Nazirlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
4. Nazirlik müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
5. Nazirliyin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və mövcud qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir.
6. Nazirlik Bakı şəhərində yerləşir.

II. Nazirliyin fəaliyyət istiqamətləri
7. Nazirliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:
7.1. müvafiq sahədə vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;
7.2. gənc nəslin yaradıcılıq potensialını, qüvvəsini, bilik və bacarığını milli dövlət quruculuğuna, iqtisadi və sosial inkişaf proqramlarının həyata keçirilməsinə yönəldir;
7.3. gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsini həyata keçirir;
7.4. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

III. Nazirliyin vəzifələri

8. Nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
8.1. müvafiq sahədə qanunvericiliklə müəyyən edilmiş hallarda normativ tənzimləməni həyata keçirmək;
8.2. dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;
8.3. icra hakimiyyəti orqanlarının və qeyri-hökumət təşkilatlarının müvafiq sahə ilə bağlı fəaliyyətini əlaqələndirmək;
8.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;
8.5. müvafiq sahədə qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada dövlət nəzarətini həyata keçirmək;
8.6. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq sahədə elmi-texniki nailiyyətlərin həyata keçirilməsini, habelə elmi tədqiqat işlərinin aparılmasını və onların nəticələrinin təcrübədə tətbiq edilməsini təmin etmək;
8.7. yerlərdə müvafiq sahənin inkişafı ilə bağlı aidiyyəti icra hakimiyyəti orqanları tərəfindən perspektiv planların işlənib hazırlanmasında iştirak etmək;
8.8. qanunvericiliyə uyğun olaraq, dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;
8.9. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını təmin etmək;
8.10. müvafiq sahə üzrə vahid informasiya sistemini yaratmaq;
8.11. müvafiq sahəni işıqlandıran televiziya və radio verilişlərinin layihələrini hazırlayıb həyata keçirmək;
8.12. müvafiq sahəyə ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
8.13. müvafiq sahədə kadr hazırlığını təmin etmək, mütəxəssislərin beynəlxalq təcrübəyə yiyələnməsinə şərait yaratmaq;
8.14. ümumbəşəri və milli dəyərlərə, demokratik cəmiyyətin qurulması yolunda qarşıda duran məsələlərə dair gənclərin, o cümlədən tələbələrin diskussiya klublarını təşkil etmək;
8.15. gənclərin təhsil və sosial problemlərinin həllinə öz səlahiyyətləri çərçivəsində yardım etmək, onlar üçün yaradıcı mühitin formalaşdırılmasına kömək göstərmək, bu məqsədlə sərgilər, festivallar, konsertlər, tamaşalar təşkil etmək;
8.16. müasir idarəetmənin və bazar iqtisadiyyatının əsaslarının gənclər tərəfindən öyrənilməsində, istehsalın səmərəli təşkili, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, o cümlədən fermer təsərrüfatlarının yaradılmasında müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə metodik məsləhətlərin verilməsi işini təşkil etmək;
8.17. gənclərin hüquqlarının qorunması və sosial müdafiəsi sahəsində aidiyyəti icra hakimiyyəti orqanları və qeyri-hökumət təşkilatları ilə birgə iş aparmaq, gənclərin işlə təmin olunmasına şərait yaratmaq;
8.18. əlil, xüsusilə də müharibə əlili olan gənclərin problemlərinin aidiyyəti icra hakimiyyəti orqanları tərəfindən həll edilməsi məqsədi ilə müvafiq vəsatətlər qaldırmaq;
8.19. gənc ailələrin sosial, məişət problemlərinin aradan qaldırılmasına dair aidiyyəti icra hakimiyyəti orqanları qarşısında məsələlər qaldırmaq, proqramlar hazırlamaq və digər zəruri tədbirlər görmək;
8.20. gəncləri narkomaniya, cinayətkarlıq və digər zərərli vərdişlərdən uzaqlaşdıraraq, sağlam həyat tərzinə uyğun yetişdirmək üçün öz səlahiyyətləri daxilində profilaktik tədbirlər görmək, bu məqsədlə aidiyyəti icra hakimiyyəti orqanları və qeyri-hökumət təşkilatları tərəfindən keçirilən tədbirlərdə yaxından iştirak etmək;
8.21. tələbə gənclərin dövlət quruculuğu prosesində və ölkənin ictimai-siyasi həyatında iştirakına, onların yaradıcılıq potensialının üzə çıxarılmasına dair aidiyyəti icra hakimiyyəti orqanları ilə birgə müvafiq proqramlar hazırlayıb həyata keçirmək;
8.22. şəxsiyyətin harmonik, hərtərəfli inkişafı, gənclərin əməyə, Vətəni müdafiəyə hazırlanması, onların sağlamlığının möhkəmləndirilməsi, asudə vaxtlarının səmərəli təşkil edilməsi sahəsində bədən tərbiyəsinin və idmanın rolunun artırılmasına dair tədbirlər görmək;
8.23. ölkədə bədən tərbiyəsi və idmanın təşviqini və təbliğini təmin etmək;
8.24. tədris müəssisələrində və məktəbəqədər tərbiyə bədən tərbiyəsi və idman vasitəsilə uşaqların, məktəblilərin və tələbələrin sağlamlığının qorunmasını və möhkəmlənməsini təmin etmək, belə müəssisələrdə uşaq və yeniyetmələrin fiziki hazırlığı üzrə normativləri hazırlamaq;
8.25. ölkədə uşaq-gənclər idman və ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbləri şəbəkəsini yaratmaq, fəaliyyətlərini istiqamətləndirmək, əlaqələndirmək, idman məktəbləri üçün nümunəvi tədris proqram və planlarını hazırlamaq və təsdiq etmək;
8.26. əlil olan gənclərin bədən tərbiyəsi və idmanla məşğul olmaları, idman yarışlarında iştirak etmələri üçün əlverişli şərait yaratmaq, belə gənclər arasında ölkə və beynəlxalq idman yarışlarını, o cümlədən Paralimpiya və Surdolimpiya Oyunlarını, Ümumdünya Xüsusi Olimpiya Oyunlarını təşkil etmək və bu yarışlarda əlil idmançıların iştirakını təmin etmək;
8.27. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada hüquqi və fiziki şəxslərə məxsus olan yarış məqsədli, xüsusi idman təyinatlı mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatını və onların dövlət texniki baxışını həyata keçirmək;
8.28. əhalinin sağlam həyat tərzinə cəlb olunmasını və bədən tərbiyəsi və idman qurğularından və avadanlıqlardan səmərəli istifadə edilməsini təmin etmək məqsədi ilə belə qurğular və avadanlıqlardan istifadə olunmasının norma və qaydalarının hazırlanmasını təşkil etmək;
8.29. idman növləri üzrə ölkə və beynəlxalq miqyaslı yarışların və təlim-məşq toplanışlarının təqvimini təsdiq etmək və həyata keçirilməsini təmin etmək;
8.30. idman yarışlarının qaydalarını, ənənəvi və yeni idman növləri üzrə işin təşkilini və aparılmasını tənzimləyən metodik, normativ sənədləri təsdiq etmək;
8.31. ölkədə mövcud olan idman növlərinin reyestrini hazırlayıb təsdiq etmək;
8.32. idman növləri üzrə yığma komandaların maddi-texniki təchizatını təmin etmək, tərkibini və məşqçilərini təsdiq etmək, hazırlığını təşkil etmək və bu komandaların beynəlxalq yarışlarda, dünya və Avropa çempionatları və birinciliklərində, Milli Olimpiya Komitəsi ilə birlikdə Olimpiya Oyunlarında iştirakını təmin etmək, aidiyyəti icra hakimiyyəti orqanları, hüquqi şəxslər, habelə qeyri-hökumət təşkilatları, o cümlədən idman federasiyaları ilə birlikdə ehtiyat qüvvələrinin hazırlığı üzrə iş aparmaq, ölkədə bütün idman məktəbləri və Olimpiya hazırlığı mərkəzləri şəbəkəsinin inkişafını əlaqələndirərək, onlara metodik tövsiyələr vermək;
8.33. yığma komandaların tibbi-bioloji və elmi-metodik təminatı üzrə kompleks tədbirlərin hazırlanmasına, habelə bütün idman növləri üzrə elmi qrupların yaradılmasına, onların fəaliyyətinə nəzarəti həyata keçirmək;
8.34. idman növləri üzrə Azərbaycan rekordlarını təsdiq etmək, dünya və Avropa rekordlarının təsdiq edilməsinə dair sənədləri müvafiq beynəlxalq idman təşkilatlarına təqdim etmək;
8.35. bədən tərbiyəsi və idman sahəsində fəaliyyət göstərən təşkilatların, əhalinin, xüsusilə də idmançıların idman təyinatlı avadanlıq və geyimlərə olan tələbatını öyrənmək, onların istehsalının və ya əldə edilməsinin təşkilinə kömək göstərmək;
8.36. qanunvericiliklə müəyyən edilmiş qaydada bədən tərbiyəsi və idman işçiləri üçün dərəcələr haqqında əsasnamələri, həmçinin məşqçi-müəllimlərə, təlimatçı-metodistlərə ixtisas dərəcələrinin verilməsi haqqında əsasnamələri hazırlamaq və təsdiq etmək;
8.37. ölkədə idman sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarını, o cümlədən federasiyaları və digər qurumları öz səlahiyyətləri daxilində akkreditə etmək;
8.38. əhaliyə idman-sağlamlıq xidmətinin göstərilməsi sahəsində normativləri hazırlayıb təsdiq etmək;
8.39. ümumdünya antidopinq hərəkatında fəaliyyət göstərmək və idmanda dopinqə qarşı mübarizə tədbirlərini həyata keçirmək;
8.40. Nazirliyin strukturuna daxil olan qurumların maddi-texniki bazasının möhkəmləndirilməsi və inkişafına dair, habelə Nazirliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək;
8.41. Nazirliyin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;
8.42. fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

IV. Nazirliyin hüquqları

9. Nazirlik öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
9.1. müvafiq sahəyə aid olan qanunvericilik aktlarının layihəsini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;
9.2. müvafiq sahədə dövlət siyasətinin əsas istiqamətlərinə dair təkliflər vermək;
9.3. müvafiq sahə üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;
9.4. öz səlahiyyətləri daxilində müvafiq sahəyə investisiyaların cəlb olunmasına dair təkliflər vermək;
9.5. müvafiq sahə üzrə dövlət və yerli özünüidarə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
9.6. qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
9.7. müvafiq sahə üzrə beynəlxalq miqyaslı tədbirlərin keçirilməsinə dair təkliflər vermək;
9.8. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, tədqiqatlar aparmaq, təkliflər vermək;
9.9. bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində müvafiq sahə üzrə mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün tədbirlər görmək;
9.10. müvafiq sahədə müxtəlif treninq, kurs, seminar və digər tədbirlər təşkil etmək;
9.11. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;
9.12. qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi bülletenlər və digər nəşrlər buraxmaq, internet saytı yaratmaq və ondan istifadə etmək;
9.13. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə tövsiyələr, təlimatlar və digər normativ sənədlər hazırlamaq və təsdiq etmək;
9.14. gənclərin, xüsusilə də gənc ailələrin mövcud sosial-məişət problemlərini təhlil etmək və onların aradan qaldırılmasına dair təkliflər vermək;
9.15. bədən tərbiyəsi və idmanın inkişafının əsas istiqamətlərinin kompleks təhlilini və proqnozlaşdırılmasını həyata keçirmək;
9.16. uşaq-gənclər idman və ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəblərindən statistik hesabatları toplamaq, təhlil etmək və aidiyyəti icra hakimiyyəti orqanlarına təqdim etmək;
9.17. fəxri idman adlarını vermək, bədən tərbiyəsi və idman sahəsindəki işçiləri, fəalları, habelə idman klubları və təşkilatlarının nümayəndələrini mükafatlandırmaq, “Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adının, orden və medalların verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə təqdimat vermək;
9.18. fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

V. Nazirliyin fəaliyyətinin təşkili

10. Nazirliyin aparatı və onun strukturuna daxil olan yerli və digər qurumları, habelə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Nazirliyin vahid sistemini təşkil edir. Nazirlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.
11. Nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.
12. Nazirliyin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən nazir rəhbərlik edir. Nazir Nazirliyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
13. Nazirin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır.
Nazirin müavinləri onlara nazir tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

14. Nazir:

14.1. Nazirliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
14.2. Nazirliyin aparatının struktur bölmələrinin və strukturuna daxil olan qurumların əsasnamələrini təsdiq edir;
14.3. müəyyən edilmiş struktur, əmək haqqı fondu və işçilərin say həddi daxilində Nazirliyin aparatının, yerli və digər qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;
14.4. Nazirliyin aparatının işçilərini, strukturuna daxil olan qurumların rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir, ikili tabelikdə olan yerli orqanların rəhbərlərinin isə qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifəyə təyin edilməsi üçün təqdimatlar verir, həmçinin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görür, qanunvericiliyə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir;
14.5. qanunvericiliyə uyğun olaraq, icrası məcburi olan əmr və sərəncamlar verir, normativ hüquqi aktları təsdiq edir (imzalayır), onların icrasını təşkil edir və nəzarəti həyata keçirir;
14.6. Nazirliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
14.7. Nazirliyi təmsil edir.
15. Nazirlikdə nazirdən (kollegiyanın sədri), onun müavinlərindən, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman nazirindən, Nazirliyin strukturuna daxil olan qurumların rəhbər işçilərindən, müvafiq sahədə fəaliyyət göstərən qurumların rəhbərlərindən, Milli Olimpiya Komitəsinin nümayəndəsindən ibarət kollegiya yaradılır. Nazirliyin kollegiyasının tərkibinə həmçinin mütəxəssislər və alimlər də daxil edilə bilər.
16. Nazirliyin kollegiyasının üzvlərinin sayı və tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
17. Nazirliyin kollegiyası öz iclaslarında Nazirliyin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir.
18. Nazirliyin kollegiyasının iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Nazirliyin kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Nazirliyin kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, kollegiyanın sədrinin səsi həlledici hesab edilir.
19. Nazirliyin kollegiyasının qərarları protokolla rəsmiləşdirilir və nazir tərəfindən təsdiq edilir.
20. Nazirliyin kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda, nazir bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verərək, öz qərarını həyata keçirir. Nazirliyin kollegiyasının üzvləri şəxsi fikirlərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.
21. Nazirliyin kollegiyasının iclaslarına zəruri hallarda digər icra hakimiyyəti orqanlarının və təşkilatların rəhbərləri, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət edilə bilər.
22. Nazirliyin nəzdində onun fəaliyyət istiqamətləri üzrə ictimai şuralar, mərkəzlər və komissiyalar yaradıla bilər. Həmin ictimai şuraların, mərkəzlərin və komissiyaların əsasnamələri nazir tərəfindən təsdiq edilir.


Xəbər 2493 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
18.04.2006 Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin strukturu


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Klublar qışa yenə Antalyada hazırlaşırlar
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Azərbaycan şahmatının yeni zirvəsi
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru