Yeniyetmələrdən ibarət yığma komandamız,Qəbələ şəhərində keçirilən təlim məşq toplanışın başa vurduqdan sonra bu gün dünya birinciliyinə yollanır.Dünya Taekvondo Federasiyası (DTF) tərəfində Çənubi Koreya respublikasının Muju şəhərində təşkil edilən və sayca 2-ci olan Dünya birinciliyinə milli komandamız 12 nəfərlik heyətlə qatılacaq.23 avqust tarixində startı veriləcək yarış 4 gün davam edəcək.
Qitə birinciliyində ölkəmizi -33 kq çəki dərəcəsində Elgün Həmidov,Bəhruz Quluzadə (-37 kq),Ziya Xəlilov (-41 kq),Samir Məhərrəmov (-45 kq),Ruslan Seyidov (-49 kq),Yunis Məmmədzadə (-53 kq),Cavid Sultanov (+65 kq), qızlardan isə Ofeliya Allahverdiyeva (-29 kq),Minayə Əkbərova (-33 kq),Sevda Pirseyidova (-37 kq),Zalikə Babayeva (-44 kq) və Nərmin Süleymanova (-47 kq) təmsil edəcək.
Komandamız Koreya respublikasına baş məşqçi,əməkdar məşqçi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimovun rəhbərliyi ilə yollanacaq.Xatırladaq ki,yeniyetmə millimiz 3-5 iyul tarıxlərində Fransanın Strasburq şəhərində təşkil edilən Avropa birinciliyində 4 medal qazanaraq uğurlu nəticə əldə etmişdir.Belə ki, Bəhruz Quluzadə (-37 kq) qızıl,Sevda Pirseyidova (-37 kq) gümüş,Ziya Xəlilov (-41 kq) və Yunis Məmmədzadə (-53 kq) aktivlərinə gümüş medal artımışdır.Millimiz vətənə 28 avqust tarixində döncək.
|