Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
24/04 | 22:21 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
24/04 | 21:22 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24/04 | 19:19 Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
24/04 | 17:18 Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
24/04 | 14:17 Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
24/04 | 13:26 Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
24/04 | 10:13 Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır
24/04 | 09:21 Azərbaycan Kubokunda finalçılar bu gün bəlli olacaq
24/04 | 09:10 Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23/04 | 19:08 Voleybol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb
23/04 | 18:07 Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub
23/04 | 17:04 Futzal üzrə Azərbaycan Kubokunun yarımfinal oyunlarına təyinatlar açıqlanıb
23/04 | 14:02 “Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
23/04 | 12:31 AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
23/04 | 12:30 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub
23/04 | 10:00 Azərbaycan şahmatçısı Avropa çempionatında ardıcıl 4 qələbə əldə edib
23/04 | 09:55 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq
22/04 | 23:29 1/4 finalçılar müəyyənləşib
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
20/04 | 10:15 Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
19/04 | 21:13 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19/04 | 20:10 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Yaşar Bəşirov: Azərbaycan karateçiləri birinci Avropa Oyunlarında uğurla çıxış edərək yeni tarix yazdılar
Tarix: 07.07.2015 | Saat: 15:59:00 | E-mail | Çapa göndər
Azərbaycan karateçiləri birinci Avropa Oyunlarında uğurla çıxış edərək yeni tarix yazdılar. Karateçilərimizin əldə etdikləri nailiyyət gözlədiyimizdən də yüksək oldu.

Bu sözləri iyulun 7-də Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunan mətbuat konfransında deyib.

Bildirib ki, tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edən Azərbaycan öz qüdrətini bütün dünyaya göstərdi. Yüksək səviyyədə təşkilatçılıq, möhtəşəm açılış və bağlanış mərasimləri, qitənin 6 mindən artıq güclü atletinin ölkəmizdə birincilik uğrunda mübarizə aparması dünyanın diqqətini məhz paytaxtımıza yönəltdi. İdmançılarımız isə uğurlu çıxışları ilə onlara göstərilən etimadı doğrultdular.

İlk Avropa Oyunlarında birinci medalı komandamıza karateçi İlahə Qasımovanın qazandırdığını bildirən Y.Bəşirov millimizin 56 medalla komanda hesabında ikinci olmasını böyük uğur kimi dəyərləndirib. Qeyd edib ki, Azərbaycan artıq dünyada idman ölkəsi kimi tanınır. Ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısı atletlərin beynəlxalq arenada ölkəmizi uğurla təmsil etməsinə təkan verir. Onlar da bu qayğını həmişə öz üzərində hiss edirlər.

Federasiya prezidenti idmançıların birinci Avropa Oyunlarına ciddi hazırlaşdıqlarını diqqətə çatdırıb. Vurğulayıb ki, karateçilərimiz həmişə Vətəndən kənarda təşkil olunan irimiqyaslı turnirlərdə uğurla çıxış edib himnimizi səsləndiriblər. Bu dəfə isə onları daha böyük məsuliyyət gözləyirdi. Karateçilərimiz doğma Vətənimizdə keçirilən birinci Avropa Oyunlarında da uğurla çıxış edərək Azərbaycan bayrağını 6 dəfə ucaltdılar. Bu uğurda azarkeşlərin dəstəyini də unutmaq olmaz.

Birinci Avropa Oyunlarının standartlarının Azərbaycanda müəyyənləşdiyini bildirən Gənclər və İdman Nazirliyinin sektor müdiri Mirkamil Rəhimov bu standartların yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, ikinci Avropa Oyunlarına ev sahibliyi etməyə bir neçə ölkə namizəddir. Ancaq birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili onları seçimlərində götür-qoy etməyə vadar edir. Ölkəmizdə bütün sahələrin, o cümlədən idmanın da inkişaf etdiyini vurğulayan sektor müdiri deyib: “Birinci Avropa Oyunlarının mükəmməl təşkili ölkəmizin qüdrətini dünyaya bir daha nümayiş etdirdi. Azərbaycanda yaradılan idman infrastrukturu və arenalar irimiqyaslı yarışların təşkili üçün idela məkandır”.

Karate üzrə Azərbaycan milli komandasının məşqçisi Rəhman Hətəmov bildirb ki, federasiyamız birinci Avropa Oyunları ərəfəsində idmançılarımızın 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanacağını proqnozlaşdırırdı. Gərgin keçən hazırlıqlar və komanda işi nəticəsində karateçilərimiz ümidləri doğruldaraq daha yüksək uğura nail oldular. Bu, böyük uğurdur. Bizə göstərdiyi diqqət və qayğıya görə dövlətimizə təşəkkürümü bildirirəm. Karate ölkəmizdə populyar idman növüdür. 2020-ci ildə paytaxtımız 55-ci Avropa çempionatına ev sahibliyi edəcək. Yeniyetmə və gənc karateçilərimizi payızda ciddi sınaq - İndoneziyada keçiriləcək dünya çempionatı gözləyir. Komandalarımız mundialın hazırlığına artıq start verib.

Birinci Avropa Oyunlarında fərqlənən atletlərimiz isə karatenin qeyri-Olimpiya idman növü olmasına baxmayaraq, onun dövlətimizin başçısının təşəbbüsü ilə mötəbər yarışın proqramına salındığı üçün Azərbaycan Prezidenti İlham Əliyevə öz təşəkkürlərini bildiriblər. İdmançılarımız “Bakı-2015”-in medalçıları sırasında yer aldıqları üçün xoşbəxt olduqlarını və güclü dəstəyə görə xalqımıza minnətdarlıqlarını ifadə ediblər.

Xatırladaq ki, birinci Avropa Oyunlarının karate yarışlarında Firdovsi Fərzəliyev, Rafael Ağayev, Ayxan Mamayev, İrina Zaretska qızıl, İlahə Qasımova və Niyazi Əliyev bürünc medal qazanıblar.
Xəbər 1858 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
07.08.2020 “Bakı-2015”in qalibi rusiyalı cüdoçu Olimpiadada ikinci qızıl medalı qazanmağı qarşısına məqsəd qoyub
12.06.2020 “Bakı-2015”-in ən gözlənilməz anı
18.06.2019 İdmançılarımız Minskdə keçiriləcək II Avropa oyunlarına yola salınıb
07.06.2019 Polşa Avropa Oyunlarını qəbul edəcək
05.06.2019 II Avropa Oyunlarında badmintonçumuzun rəqibləri müəyyənləşib
14.11.2015 Rusiya metbuatında gedən açıqlama
13.11.2015 “Azərbaycanı kəşf et: Bakı-2015” kitabının təqdimatı keçirilib
28.10.2015 “Bakı-2015” ilk Avropa Oyunlarında medal qazanan belaruslu idmançılar mükafatlandırılıb
19.09.2015 "Bakı 2015" I Avropa Oyunlarının teleyayım statistikası açıqlanıb
19.09.2015 "Bakı-2015" vaxtı qəzaya düşən avstriyalı idmançıdan yeni xəbər


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru