Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
19/11 | 23:25 Astarada budo döyüş növləri üzrə keçirilən açıq rayon birinciliyi başa çatıb
19/11 | 21:17 Futbol üzrə Azərbaycan-Ukrayna yoldaşlıq oyunu heç-heçə yekunlaşıb
19/11 | 20:30 San-Paulu meri: “İnterlaqos” hələ 10 il F1-ə ev sahibliyi edəcək
19/11 | 19:50 “Böyük dəbilqə”nin mükafatçısı Osaka turnirində iştirak etməyəcək
19/11 | 19:05 Azərbaycanın U-17 komandası Avropa çempionatının ilkin seçmə mərhələsini xalsız başa vurub
19/11 | 18:34 Azərbaycan Gimnastika Federasiyası bu il də çox maraqlı və gözoxşayan Yeni il şousu vəd edir
19/11 | 18:14 Karate-Do Akademiyası Milli Dirçəliş Günü münasibətilə turnir keçirib
19/11 | 17:55 Məktəblər arasında respublika çempionatının rayondaxili mərhələsinə yekun vurulub
19/11 | 17:40 Şumaxer haqqında sənədli filmin nümayişi təxirə salınıb
19/11 | 16:50 AFFA-nın əməkdaşları “Krasnodar”-“Bazel” oyununa təyinat alıblar
19/11 | 16:20 Şahmat üzrə “King Salman World Cup” dünya çempionatı Moskvada keçiriləcək
19/11 | 15:58 Azərbaycanlı cüdo hakimləri beynəlxalq yarışlarda ədaləti qoruyublar
19/11 | 15:20 Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümünə həsr olunmuş şahmat yarışı keçirilib
19/11 | 14:50 FHN-in əməkdaşları beynəlxalq yarışlarda uğurla çıxış ediblər
19/11 | 14:12 Azərbaycanın U-21 komandası Ukrayna yığması ilə yoldaşlıq oyununda gücünü sınayacaq
19/11 | 13:45 Masallı güləşçiləri XXV ənənəvi respublika turnirinin qalibi olublar
19/11 | 13:01 Azərbaycanlı hakim Çempionlar Liqasının oyununa təyinat alıb
19/11 | 12:30 Voleybol üzrə Bakı birinciliyi davam edir
19/11 | 12:06 Azərbaycanın U-17 komandası qazaxıstanlı həmyaşıdları ilə qarşılaşacaq
19/11 | 11:46 Budo döyüş növləri üzrə açıq Astara çempionatına yekun vurulub
19/11 | 11:26 Tokioda yeni Olimpiya stadionunun tikintisi başa çatdırılıb
19/11 | 11:02 AFFA-nın baş katibinin müavini UEFA tərəfindən təyinat alıb
19/11 | 10:56 Azərbaycan millisi “Avro 2020”nin seçmə mərhələsində sonuncu oyununu keçirəcək
19/11 | 10:40 Bu gün “Avro 2020”-nin seçmə mərhələsinə yekun vurulacaq
19/11 | 10:02 Milli Dirçəliş Gününə həsr olunmuş uşu üzrə respublika turnirinə yekun vurulub
19/11 | 09:55 Azərbaycan qılıncoynadanı dünya kuboku turnirinin finalçısına uduzub
18/11 | 20:00 ADBTİA məzunlarına diplomlar təqdim edildi
18/11 | 19:22 Paraatletika üzrə dünya çempionatında uğurla çıxış edən idmançılarla görüş keçirilib
18/11 | 19:03 Karateçimiz İrina Zaretska Fransa kubokunu qazanıb
18/11 | 18:17 Xətaidə məktəblilər arasında atletika üzrə yarış keçirilib
18/11 | 18:01 XIV Respublika spartakiadasının voleybol yarışları keçirilib
18/11 | 17:34 Azərbaycanlı boksçu peşəkar rinqdə üçüncü qələbəsini qazanıb
18/11 | 17:16 Beynəlxalq yarışa hazırlıq çərçivəsində cüdo üzrə açıq rayon birinciliyi keçirilib
18/11 | 16:17 Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18/11 | 15:26 Azərbaycan Tibb Universitetinin komandası XIV Respublika Universiadasının qalibi olub
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 11 8 3 0 20-3 27
2 Keşlə 11 5 4 2 13-6 19
3 Neftçi 11 5 3 3 16-10 18
4 Sumqayıt 11 4 2 5 14-16 14
5 Səbail 11 3 2 6 8-17 11
6 Zirə 11 2 5 4 11-17 11
7 Sabah 11 2 4 5 11-14 10
8 Qəbələ 11 2 3 6 9-19 9
1995-ci ci ildə beynəlxalq yarışlarda yüksək nailyyətlər əldə etmiş idmançılar və məşqçilərlə görüşdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı
Tarix: 30.12.1995 | Saat: 16:13:00 | E-mail | Çapa göndər
- Əziz idmançılar!
Bugünkü görüş sizin üçün nə qədər əhəmiyyətlidirsə, bizim üçün - mənim üçün, mənim həmkarlarım üçün də bir o qədər əhəmiyyətlidir. Çünki siz idman sahəsində, beynəlxalq yarışlarda yüksək adlar qazanaraq, çempionluq zirvəsinə qalxaraq, qızıl medallar və başqa mükafatlar alaraq, müstəqil Azərbaycanın adını ucaldırsınız.
Müstəqil Azərbaycan Respublikasının dördüncü ili tamam oldu. Biz müstəqilliyimizin beşinci ilini yaşayırıq. Ötən illərdə bizim itkilərimiz çox olub. Ancaq nailiyyətlərimiz də az deyildir. Bu nailiyyətlər içərisində idman sahəsində beynəlxalq yarışlarda əldə olunan nailiyyətlər çox qiymətlidir. Onların qiyməti Azərbaycan xalqının təkcə fiziki cəhətdən yüksək keyfiyyətlərə malik olduğunu nümayiş etdirməkdən ibarət deyildir, həm də müstəqil Azərbaycan Respublikasını dünyada tanıtmaqdan ibarətdir.
Biz müstəqil dövlət kimi gəncik. Müstəqilliyimizi də, dünya birliyində, beynəlxalq aləmdə tutduğumuz yeri də möhkəmləndirməyə çalışırıq və Azərbaycanı dünyada hamıya tanıtmaq istəyirik. Ancaq aydındır ki, bu bir günlük, yaxud bir illik iş deyil, uzun sürən bir işdir. Yəni müstəqil Azərbaycanı müstəqil bir dövlət kimi dünyada tanıtdırmaq üçün biz hələ bundan sonra da çox işlər görməliyik. Dünyada tanınmaq beynəlxalq təşkilatlar tərəfindən müstəqil Azərbaycan dövlətinin tanınması haqqında qəbul olunan qərarlardır. Bununla yanaşı, bu həm də dünya dövlətləri ilə Azərbaycan Respublikası arasında yaranan ikitərəfli, bərabərhüquqlu əlaqələrdir. Şübhəsiz ki, bunlar tək dövlətçilik nöqteyi-nəzərindən əsas amillərdir. Amma bununla yanaşı, gərək beynəlxalq təşkilatlarda yox, ayrı-ayrı dövlətlərlə əlaqələrdə yox, həm də hər bir ölkədə, hər bir təşkilatda bizim xalqımızı, bizim millətimizi, bizim dövlətimizi tanısınlar. Buna görə hələ çox iş görməliyik və xalqımızı, millətimizi, dövlətimizi tanıtmaq üçün mühüm vasitələrdən biri də idmandır, idman yarışlarıdır və şübhəsiz ki, idman yarışlarında yüksək adlar əldə etməkdir.
Sevindirici haldır ki, bizim dövlət tərəfindən aparılan siyasi tədbirlərlə yanaşı, bir çox başqa sahələrdə respublikamızı, xalqımızı dünyada tanıtmaq üçün gərəkli işlər görülür və onlar öz nəticələrini verir. Bu baxımdan idmançıların gördükləri iş yüksək qiymətə layiqdir. Sizin qazandığınız hər bir çempion adı Azərbaycanı dərhal geniş tanıdır. Layiq olduğunuz hər bir qızıl, yaxud gümüş medal və başqa bir yüksək ad Azərbaycanı tanıdır. Yarışlar müxtəlif yerlərdə - bir dəfə bir ölkədə, bir dəfə başqa ölkədə keçirilir. Siz də bu yarışlarda mütəmadi iştirak edərək və xüsusən yüksək adlar qazanaraq Azərbaycanın adını ucaldırsınız.
Azərbaycanın bayrağı dünyada rəsmən, demək olar, iki dəfə qaldırılır. Bu, bir dəfə Azərbaycanın dövlət başçısı hər hansı bir ölkəyə gələndə olur. Şübhəsiz, BMT-nin qarşısında başqa ölkələrlə yanaşı, Azərbaycanın da bayrağı daim dalğalanır. Əlbəttə, başqa ölkələrdə bizim səfirliklər Azərbaycanın bayrağını daim saxlayırlar. Lakin bayrağın qaldırılması məsələsində, qeyd etdiyim kimi, Azərbaycanın dövlət başçısı hər hansı bir ölkəyə gələrkən və bir də ki, idmançılarımız beynəlxalq yarışlarda çempion adı qazanarkən, Azərbaycanın himni səslənir, Azərbaycanın dövlət bayrağı qaldırılır.
Ona görə mən qeyd edirəm ki, sizin nailiyyətləriniz, eyni zamanda, böyük siyasi xarakter daşıyır, dövlətçiliyimizin nailiyyətləri kimi qiymətləndirilməlidir. Biz bunu məhz belə də qiymətləndiririk. Bütün bunlara görə, respublikamızı, xalqımızı, Azərbaycanı dünyada beynəlxalq yarışlarda layiqincə təmsil etdiyinizə görə, yüksək adlar qazandığınıza görə, Azərbaycanın şan-şöhrətini ucaltdığınıza görə mən sizi təbrik edirəm və sizə bu nailiyyətlərinizə görə təşəkkürümü bildirirəm. Çox sağ olun.
Sizin bu nailiyyətləriniz bir də ona görə qiymətlidir ki, respublikamızın həyatında çətinliklər çoxdur, problemlər çoxdur. Problemlərdən biri də budur ki, biz idmana istədiyimiz qədər diqqət yetirə bilmirik, vəsait ayıra bilmirik, idmanın inkişafı üçün lazımınca şərait yarada bilmirik. Belə şəraitdə bu cür yüksək nailiyyətlər qazanmağınız sizin yüksək vətənpərvərliyinizi sübut edir. Məsələn, Timoxin dedi ki, onun məşq etmək üçün, hazırlaşmaq üçün bazası yoxdur. Amma bazası olmadığı halda dəfələrlə dünya çempionu adını qazanmışdır. Təkcə o deyildir. Mən bilirəm ki, bizim digər çempionların da layiqli bazaları yoxdur. Amma buna baxmayaraq, lazımi maddi imkanlarınız olmadığı halda siz bu adları almısınız. Bu, çox qiymətlidir və onu sübut edir ki, bizim xalqımız müstəqil olanda, sərbəst olanda, özü öz taleyinin sahibi olanda, lap çətin bir dövrdə də biz yüksək nailiyyətlər əldə edə bilirik.
Sizin bu nailiyyətləriniz bir də onu göstərir ki, Azərbaycanın idman sahəsində böyük potensialı var. Keçmiş illərdə Azərbaycan idmançıları, adətən, dünya idman yarışlarında Sovet İttifaqının komandaları tərkibində də çıxış edirdilər. O vaxtlar biz çox təəssüflənirdik və çox heyfsilənirdik ki, bizim idmançılar, yəni azərbaycanlı idmançılar beynəlxalq yarışlarda lazımi qədər yüksək ad ala bilmirlər. O vaxtlar hətta Ümumittifaq yarışlarında da bizim idmançılar çox zaman başqa respublikaların idmançılarından geri qalırdılar. Sözün düzü, bu bizi çox narahat edirdi. Mən keçmişdə uzun müddət, bir çox illər respublikaya rəhbərlik etdiyimə görə bu problemi həmişə hiss edirdim, görürdüm və çox narahat olurdum ki, niyə bizim idmançılar yüksək adlar ala bilmirlər? Bizə cürbəcür izahatlar verirdilər. Bəzi adamlar hətta belə hesab edirdilər ki, guya Azərbaycan xalqının, Azərbaycan millətinin idman ənənəsi yüksək olmadığına görə, böyük olmadığına görə və onun böyük tarixi olmadığına görə bizim azərbaycanlılar bu yüksək adları ala bilmirlər. Bəzən belə deyirdilər ki, məsələn, güləşdə bizim azərbaycanlılar müəyyən bir çempion adı ala bilirlər, amma başqa idman növlərində ala bilmirlər. Düzü, o illər mən bu fikirlərlə daxilən razı olmurdum və açıq da deyirdim ki, bunlar doğru fikirlər deyildir. Bizim xalqımız, millətmiz fiziki cəhətdən, genetik cəhətdən çox sağlam xalqdır, çox sağlam millətdir. Buna görə də ola bilməz ki, bizim idmançılarımız yüksək nailiyyətlər qazana bilməsinlər. Amma indi bir baxın və özünüz deyin: keçmiş illərdə nə vaxt Azərbaycan idmançılarının beynəlxalq yarışlarda bu qədər yüksək nailiyyətləri olubdur? Heç vaxt olmayıb. Bunlar həmin azərbaycanlılardır, həmin torpaqdır, həmin havadır, həmin sudur, həmin köklərdən gələn insanlardır. Əksinə, indi, - bayaq mən qeyd etdim, - maddi vəziyyətimiz təxminən beş-altı il əvvəlki dövrə nisbətən daha çətindir, ağırdır. Amma görürsünüz, respublikamızın, xalqımızın nümayəndələri nə qədər yüksək adlara nail olublar. Azərbaycanda bir belə ki biz yaşayırıq, Azərbaycan idmançılarının bu qədər yüksək adlara nail olduqlarını görməmişdik. Düz deyirəm, yoxsa səhv edirəm? Bəli, biz belə şeyi heç təsəvvür edə bilməzdik.
Deməli, bu nəyi göstərir? Bu, müstəqilliyimizin, dövlət müstəqilliyinin nəticələridir. Deməli, biz müstəqil olanda, özümüz öz taleyimizin sahibi olanda, öz xalqımızı özümüz təmsil edəndə, başqa xalqlarla birlikdə, bir dəstə ilə getməyəndə bizim idmançılar özlərini, həqiqətən, göstərə bilirlər. Əvvəla, onlar öz qabiliyyətlərini göstərmək imkanı əldə edirlər. İkincisi isə, onlarda olan qürur hissi, vətənpərvərlik hissi o qədər yüksəlib ki, onlar bütün daxili imkanlarından istifadə edib yüksək nailiyyətlər qazanırlar. Deməli, bu bizim müstəqilliyimizin, dövlət müstəqilliyinin bəhrəsidir, onun nəticəsidir.
1995-ci ildə, bizim üçün ağır və çətin ildə qazanılan belə bir nəticə məni həddindən artıq sevindirir və ümidlər yaradır ki, respublikamızın gəncləri, idmançıları bir neçə ildən sonra dünya idman yarışlarında daha yüksək nailiyyətlər əldə edəcəklər. Əvvəla, bu nailiyyətlər bizim idmançıları, gəncləri həm sevindirəcək, həm də həvəsləndirəcəkdir. İkincisi, güman edirəm ki, ilbəil maddi və iqtisadi vəziyyətimiz yaxşılaşacaq, biz idmançılar üçün lazımi şərait yaradılmasını təmin edə biləcəyik və bunlar da bizim idmançıların yüksək adlar almasına imkan verəcəkdir. Çox gözəl nailiyyətlərdir, çox böyük ümidlər verən nailiyyətlərdir! Əminəm ki, bu ümidlərin hamısı öz nəticəsini verəcək, onlar doğruldulacaqdır.
Ümumiyyətlə, idman, bədən tərbiyəsi xalqın sağlamlığı ilə bağlı olan mühüm bir sahədir, sosial sahədir. Dünən mən səhiyyə işçiləri ilə görüşdüm. Respublikamızın vətəndaşlarının, xalqımızın sağlamlığının problemləri barədə, xalqımızın gələcək nəsillərinin fiziki və əqli cəhətdən daha da sağlam olması tədbirləri haqqında söhbət apardıq. Bununla əlaqədar, tibb sahəsində, səhiyyə sahəsində görüləsi işlər çoxdur. Ancaq mən belə hesab edirəm ki, millətin, xalqın sağlamlığını, kütləvi sağlamlığı təmin etmək üçün idman, bədən tərbiyəsi əvəzsiz bir vasitədir.
Bizim ulu babalarımız da sağlam olublar, qəhrəmanlıq nümunələri göstəriblər, döyüşlərdən qalib çıxıblar, Vətənimizi, xalqımızı öz gücləri ilə, qüvvətləri ilə, qəhrəmanlıqları ilə qoruya biliblər. Məhz ona görə ki, onlar özlərini fiziki nöqteyi-nəzərdən daim hazırlayıblar və öz fiziki inkişaflarına çox fikir veriblər. Bu, keçmişdə bizim adət-ənənələrimizdə də öz əksini tapıbdır. Ancaq indi - dünyada idman, bədən tərbiyəsi müasir səviyyədə inkişaf etdiyi bir dövrdə Azərbaycanda da idmanın, bədən tərbiyəsinin kütləvi surətdə inkişaf etməsinə ciddi fikir verməliyik. Bu bizim vəzifəmizdir, borcumuzdur. Bu, xalqımızın gələcəyidir, onun gələcək nəsillərinin daha da sağlam olmasının əsasıdır. Biz bu gün yaşayarkən, müstəqil dövlətimizi qurarkən, gələcək nəsillərimiz barədə düşünməliyik. Həm də düşünməliyik ki, bizdən sonra gələn nəsillər, bizim dövrümüzdəki gənc nəsil daha da sağlam olsun, fiziki cəhətdən daha da möhkəm olsun, əqli cəhətdən daha da sağlam olsunlar. Biz buna nail olmaq üçün idmana, bədən tərbiyəsinə çox ciddi fikir verməliyik. Hesab edirəm ki, biz bu sahədə bir çox işlər görməliyik, bir çox tədbirlər həyata keçirməliyik.
Təəssüf ki, idman üçün, kütləvi bədən tərbiyəsi üçün keçmişdə yaradılmış böyük maddi-texniki bazanın əksəriyyəti dağıdılıbdır. İndi təsəvvür edin, bir görün, bizim xalqımıza ayrı-ayrı adamlar, cinayətkarlar nə qədər xəyanət ediblər. Bakıda vaxtilə respublika stadionu tikilib, ondan uzun illər istifadə olunub və o, xalqımıza xidmət edib. Amma 2 il içərisində bəzi quldurların, oğruların, şərəfsiz adamların cinayətkar hərəkəti nəticəsində və Azərbaycanın rəhbər vəzifəli şəxslərinin məsuliyyətsizliyi, bəlkə də xalqa qarşı xəyanətkar mövqe tutduğuna görə bu stadion indi bərbad vəziyyətdədir. Biz orada futbol yarışları keçirə bilmirik.
Bilirsinizmi, tikmək, qurmaq çətindir. Amma dağıtmaq üçün elə böyük şücaət lazım deyildir. Fürsət düşən kimi dərhal dağıdırlar. Mənim xatirimdədir: həmin o stadionun tikilməsinə hələ Böyük Vətən Müharibəsindən əvvəl başlanılmışdı. 1941-ci ildə Vətən müharibəsi başladı və şübhəsiz ki, bütün tikililər, o cümlədən bizim stadionun tikintisi də dayandırıldı. Müharibə qurtarandan sonra o stadionun tikintisinə yenidən başlanıldı. Bunların hamısı mənim yadımdadır. 1952-ci ildə stadionun təntənəli açılışı oldu. Mən həmin təntənəli mərasimdə iştirak edən şəxslərdən biriyəm. Bəlkə də burada ikinci belə bir şəxs yoxdur, bəlkə də var. Amma ola bilər olmasın. O vaxtlar oraya uşaq yaşlarında gedənlər olub. Amma mən uşaq deyildim, cavan idim.
Biz o gün nə qədər böyük iftixar hissi ilə sevinirdik ki, nəhayət, bizim Bakıda da belə gözəl, nəhəng, o vaxt üçün çox əzəmətli idman stadionu yaradılıb. Elə sonrakı illərdə də bu qurğudan həmişə səmərəli istifadə olunub, orada nə qədər futbol yarışları keçirilib. Futbol oyunu keçiriləndə o stadion tamaşaçılarla ağzınadək dolu olurdu. Stadion 40 min yerlik olsa da, futbol görüşləri zamanı oraya 60 mindən çox adam yığışırdı. Mən bunların hamısının iştirakçısıyam. Vaxtilə futbol pərəstişkarı kimi gedib çətinliklə bilet taparaq, o stadionda ayrı-ayrı cərgələrdə oturmuşam da, komandamızın təəssübünü də çəkmişəm. O yarışlarda sonrakı dövrlərdə də olmuşam, orada mitinqlər də keçirilib, o mitinqlərdə də iştirak etmişəm.
Demək istəyirəm ki, bu stadion xalqımıza təxminən 40 il xidmət edibdir. Amma indi, o, bir neçə quldurun əlinə keçibdir. Respublikamızın keçmiş başçıları da, nadan başçıları da düşünməyiblər.
Axı o stadion onların gözləri qarşısında dağıdılırdı, niyə çalışmırdılar ki, dağıdılmasın? Stadionu dağıdıblar, indi biz onun bərpası üçün nə qədər əziyyət çəkirik. Heç bilirsinizmi, nə qədər əziyyət çəkirik! Ola bilərmi ki, bu böyüklükdə şəhərdə, iki milyondan artıq əhalisi olan şəhərdə biz mərkəzi stadionda futbol yarışı keçirə bilməyək? Buna nə cür izahat vermək olar? Bu stadionu dağıdan adamlar kimə xidmət edirdilər - Azərbaycan xalqınamı, Bakı şəhərinəmi, Azərbaycan Respublikasınamı? O adamlar dar ağacından asılmalıdırlar! O adamlara qarşı heç vaxt güzəşt ola bilməz! Onlar cavab verməlidirlər. Hesab edirəm ki, onlar məsuliyyətə cəlb olunmalıdırlar.
Bu gün mən Respublika Prokurorluğuna, Nazirlər Kabinetinə, hüquq-mühafizə orqanlarına tapşırıram: 10-15 gün müddətində araşdırma aparıb yanvarın 15-dək mənə məlumat verməlisiniz ki, nə vaxt, nə cür, nə üçün, kimin günahı üzündən, kimin qərarı ilə, kimin sərəncamı ilə bu stadionu o günə salıblar. Yuxarıdan aşağıyadək bütün adamlar cəzalandırılmalıdır. Əgər biz onları cəzalandırmasaq, onlar sabah başqa obyektləri də dağıdacaqlar. Onlar tək stadionu deyil, çox şeyləri dağıdıblar. Amma biz bu gün idmandan danışdığımıza və mən idmançılarla görüşdüyümə görə bu məsələni belə, çox narahatlıq hissi ilə qeyd edirəm.
Bir də deyirəm, qurmaq çətindir. O stadionu tikib qurtarmaq üçün neçə illər lazım oldu. O stadionu tikib yaradan insanlar bunun üçün nə qədər böyük xidmət göstərdilər. O stadion neçə illər ərzində insanlara xidmət edibdir. Amma onu qısa bir müddətdə vurub dağıtdılar. İndi o adamlar hələ də bizim aramızda gəzirlər, orada-burada özlərini qəhrəman kimi göstərirlər, yaxud da özlərini hörmətli adamlar kimi aparırlar. Onlara nifrət edilməlidir.
Bir sözlə, biz idmana, kütləvi bədən tərbiyəsinə ciddi fikir verməliyik. Burada gənclər və idman naziri Əbülfəs Qarayevin çıxışında qaldırılan məsələlərə Nazirlər Kabineti baxmalı və qısa müddətdə lazımi tədbirlər görməli, bu barədə mənə məlumat verməlidir. Xahiş edirəm baxın, nə mümkündürsə, gəlin edək, nə də bu gün mümkün deyildirsə, planlaşdıraq, görək nə vaxt edəcəyik. Yeni il başlayır və biz ölçüb-biçməliyik. Mən demirəm ki, hər şeyi bir gündə, bir ayda etmək olar. Ancaq biz işimizi elə qurmalıyıq ki, idman inkişaf etsin, kütləvi bədən tərbiyəsinin, idmanın inkişafı üçün lazımi maddi-texniki bazanı yaratmalı və genişləndirməliyik.
Şübhəsiz ki, idmanın inkişafı üçün indi müxtəlif təşkilatlar, kommersiya strukturları da öz xeyirxah münasibətini bildirməlidir. Güman edirəm ki, bildirəcəklər, çünki bu, ayrı-ayrı adamların şəxsi işi deyil, xalqımızın, Azərbaycanın ümumi işidir, milli işidir.
Növbəti Olimpiya oyunları Atlantada keçiriləcəkdir. Azərbaycan Respublikasının idmançıları Olimpiya oyunlarında ilk dəfə müstəqil komanda kimi iştirak edəcəklər. Bu, böyük hadisədir. Biz buna çox fikir verməliyik. Xatirimdədir, keçmişdə Olimpiya oyunlarında Sovet İttifaqının komandasına Azərbaycandan 3-4 nəfər daxil edildikdə biz buna sevinirdik və yığma komandada olan bizim idmançıların nailiyyəti də ya gözə çarpırdı, ya da çarpmırdı. Olimpiya oyunlarını siz də görmüsünüz, mən də görmüşəm. Olimpiya komandalarının, adətən, paradı olur, hər komanda dəstə ilə gəlib öz ölkəsinin bayrağı ilə tribunanın qarşısından keçir. Güman edirəm ki, Azərbaycan komandası layiqli bir komanda kimi Atlanta şəhərində Olimpiya stadionunun tribunaları önündən Azərbaycanın bayrağı ilə, böyük iftixar hissi ilə keçəcəkdir. Ona görə də çox hazırlaşmaq lazımdır, çox işlər görmək lazımdır.
Olimpiya oyunlarında Azərbaycan komandasının layiqincə iştirak etməsi üçün bütün tədbirlər görülməlidir və mən bu məsələni, bu vəzifəni də Nazirlər Kabinetinə tapşırıram. Baş nazirin özü şəxsən bu işlərə baxmalı, lazımi tədbirlər görməli və həyata keçirilən tədbirlər barədə mənə məlumat verməlidir. Bizim hamımız çalışmalıyıq, çünki bir də deyirəm bu bizim ümummilli işimizdir, müstəqil Azərbaycanın böyük vəzifəsidir. Buna görə də çalışmalıyıq ki, Atlanta oyunlarında Azərbaycanın milli Olimpiya komandası layiqli təmsil olunsun, layiqli iştirak etsin və bizə yeni-yeni çempion adları, yüksək adlar gətirsin. Ümidvaram ki, biz buna nail olacağıq, çünki 1995-ci ildə əldə edilmiş nailiyyətlər və bu gün burada verilən məlumatlar böyük ümidlər yaradır. Biz Atlanta Olimpiya Oyunlarına bu ümidlərlə də hazırlaşacağıq.
1995-ci ildə yüksək nailiyyətlər əldə etmiş idmançılarımıza bu uğurlar münasibəti ilə mən hədiyyələr vermişəm. Bu hədiyyələrin həcmi böyük olduğuna görə onların hamısını buraya gətirmək mümkün deyildir. Ancaq bunların hamısı bu binadadır və mən Əbülfəs Qarayevə tapşırıram ki, mənim bu hədiyyələrimi bizim idmançılara çatdırsın. Bir hədiyyə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanıbdır. Namiq Abdullayev, buraya gəl görüm, o birilərinin hədiyyəsi həcmcə böyükdür, səninki isə kiçikdir. Amma məzmunca onlardan kiçik deyildir. Təbrik edirəm.
Sizin hamınızı və sizin simanızda bütün idmançıları, idman həvəskarlarını, bədən tərbiyəsi ilə mütamadi məşğul olan vətəndaşlarımızın hamısını üzümüzə gələn Yeni il münasibəti ilə ürəkdən təbrik edirəm, sizin hamınıza cansağlığı, səadət, işlərinizdə, xüsusilə idmanın inkişafında yeni-yeni nailiyyətlər və uğurlar arzulayıram və hamınıza arzu edirəm ki, bundan sonra da sağlam olasınız, bundan sonra da möhkəm olasınız. Sağ olun.
30 dekabr 1995-ci il
Xəbər 2068 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
08.05.2013 “İdmanın böyük himayədarı” kitabının təqdimat mərasimi keçirilib
12.12.2011 Səkkizinci 12 dekabr
16.05.2011 Balakəndə ulu öndərin xatirə turnirləri keçirilib
11.05.2011 Qələbələrimizin memarı
30.03.2011 Ulu öndər Heydər Əliyevin bədən tərbiyəsi və idman haqqında fikirləri
13.12.2010 Şəki şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi
22.10.2002 Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Beynəlxalq Həvəskar Boks Assosiasiyasının nümayəndə heyətini qəbul etmişdir
11.10.2002 Milli Olimpiya Komitəsinin 10 illiyinə həsr olunmuş yubiley mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi
12.09.2002 Gəncə şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi
15.06.2002 Naxçıvan şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Milli komanda ilk xalını favoritlə oyunda qazandı
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Azərbaycan şahmatının yeni zirvəsi
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru