Qadın şahmatçılar arasında Azərbaycan çempionatı başa çatıb. İdman.com.az saytı xəbər verir ki, 12 xanım idmançının mübarizə aparıdığı yarışda qalibi adını Türkan Məmmədyarova (2262) qazanıb.
O, 11 mümkün xaldan 8,5-ni toplayaraq, ötənilki titulunu qoruyub. Çempionatın gümüş medalı Türkanın bacısı Zeynəbə (2318) qismət olub. O, 8 xal yığıb. 3-cü yeri isə Məmmədyarovadan 0,5 xal az toplayan Gülnar Məmmədova tutub.
|