Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
24/04 | 22:21 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
24/04 | 21:22 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24/04 | 19:19 Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
24/04 | 17:18 Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
24/04 | 14:17 Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
24/04 | 13:26 Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
24/04 | 10:13 Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır
24/04 | 09:21 Azərbaycan Kubokunda finalçılar bu gün bəlli olacaq
24/04 | 09:10 Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23/04 | 19:08 Voleybol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb
23/04 | 18:07 Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub
23/04 | 17:04 Futzal üzrə Azərbaycan Kubokunun yarımfinal oyunlarına təyinatlar açıqlanıb
23/04 | 14:02 “Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
23/04 | 12:31 AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
23/04 | 12:30 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub
23/04 | 10:00 Azərbaycan şahmatçısı Avropa çempionatında ardıcıl 4 qələbə əldə edib
23/04 | 09:55 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq
22/04 | 23:29 1/4 finalçılar müəyyənləşib
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
20/04 | 10:15 Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
19/04 | 21:13 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19/04 | 20:10 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
"İnter"in vitse-prezidenti: "Hər şey yeni büdcə ilə müəyyənləşəcək"
Tarix: 13.05.2015 | Saat: 13:27:00 | E-mail | Çapa göndər
İnter”in idman məsələləri üzrə vitse-prezidenti Roland Vrumans klubun rəsmi saytına müsahibə verib. Hollandiyalı klub rəsmisi paytaxt təmsilçisinə gəlişindən, gördüyü işlərdən və gələcək planları haqda fikirlərini açıqlayıb.

- “İnter”ə ötən ilin oktyabrından etibarən işləməyə başladınız. “İnter” klubuna təşrif buyuraraq, burada çalışmağa vadar edən əsas səbəb nə idi?
- Layihə üzərində çalışmaq və bir sıra məqsədlərə nail olmaq üçün bir neçə ili əhatə edən gələcəyin mənzərəsini bilmək vacib məsələdi. “İnter”dən təklif mənə maraqlı gəldi və Bakı şəhərinə getdim, öz gözlərimlə “İnter Arena” stadionunu gördüm, bir sıra mühüm şəxslərlə görüşdüm və layihənin gələcək mənzərəsini yaratmağa çalışdım.
Yaşadığım Belçikaya qayıtdıqdan sonra bu imkanı ailəmlə müzakirə etdim və “İnter”də çalışmağa başlamaq istədim. “İnter”də çalışmaq üçün “Roda” ilə müqaviləmin ləğv edilməsi üçün danışıqlar aparmalı oldum. Əvvəlki klubla münasibətlərə rəsmən xitam verdikdən sonra “İnter” lə 2017-ci ilə qədər müqavilə imzaladım.

- İşə necə başladınız?
- Həmişə indiki vəziyyəti təhlil edərək gələcək üçün planlar hazırlamaq lazımdı. Mən birinci komanda ilə bağlı iş metodunu təhlil etdim və komandanın baş məşqçisi Kaxaber Sxadadze ilə əsas və ikinci komandanın oyunçularının oyun keyfiyyətini birlikdə analiz etməyə başladıq. Əlbəttə, mən bilirəm ki, Kaxaber Sxadadze 7 ildir uğurla baş məşqçilik edir. Mənim üçün bilmək vacib idi ki, komandanın ümumi şəxsi heyəti birlikdə necə çalışır və hansı keyfiyyətlərə malikdir. Əsas komandanın başlıca vəzifəsi oyunlarda qalib gələrək yaxşı nəticələr əldə etməkdi. Amma biz oyunçuları daha yüksək səviyyəyədək inkişaf etdirmək istəyirik. Birinci komanda bizim lokomotivimizdi. Hamı səbirsizliklə əsas komandadan nəticə və məhsuldarlıq gözləyir.
Mənim “İnter”lə bağlı hazırladığım layihə klubu, xüsusilə də futbol bölməsini, əsas komandanı, seleksiya işini və uşaq-gənclər futbol məktəbini daha yüksək səviyyəyə yüksəldilməsinə istiqamətlidi. Bu, böyük layihə və çətin vəzifədir. Buna görə də, mən “2015-2020-ci il planı”nı hazırlayaraq klubun sahibi Cahangir Hacıyevə təqdim etdim. O, plana çox yaxşı yanaşdı və dəstək göstərəcəyini bildirdi. Beləliklə, planı yerinə yetirməyə başlamaq imkanı yarandı.

- Birinci komanda ilə bağlı nəyi reallaşdıra bildiniz?
- 2015-ci ilin yanvar ayında baş məşqçi Kaxaber Sxadadze ilə onun Gürcüstan milli komandasının baş məşqçisi təyin edilməsindən sonra yaranmış yeni vəziyyəti müzakirə etdik. Biz belə bir qərara gəldik ki, Marino Pusiçi baş məşqçi postuna potensial namizəd kimi dəvət edək. Həmçinin klub həkimlərilə müzakirələr apardıq. Tibbi şöbənin iş metodlarını araşdırdıq və iş keyfiyyətini daha da yaxşılaşdırmaq məqsədilə fizioterapevt vəzifəsinə “Karlsrue”dan Klemens Foqtu dəvət etdik. O, çox bacarıqlı insandır və klubumuza sürətlə uyğunlaşdı.
Qış transfer pəncərəsinin açıq olduğu müddətdə baş məşqçilə bir necə dəfə müzakirələr apardım. Məqsədimiz mərkəz hücumçusunu, hücumçunu və mərkəz müdafiəçisini komandaya cəlb etmək idi. Biz vinger kimi “Feyenoord” klubundan Ruben Şakenin və mərkəz müdafiəçisi mövqeyinə Belqradın “Partizan” klubundan Voislav Stankoviçin transfer edilməsi barədə qərar qəbul etdik. Biz bir sıra maraqlı mərkəz hücumçusu barədə müzakirələr apardıq, amma bu mövqelərə futbolçu dəvət etmədik. Qış transfer pəncərəsinin bağlanmasından sonra qələbə qazanmaq və mövsümün sonunadək yaxşı nəticələr əldə etmək üçün doğru futbolçuların seçilməsi mühüm əhəmiyyət daşıyırdı. Transfer pəncərəsinin bağlanmasından sonra gəldiyim qənaətlərdən biri də “İnter”in skaut komandasının yaradılması oldu. Mən komandaya cəlb olunmalarından öncə yeni oyunçuların potensiallarını canlı müşahidə etmək istəyirəm. Siz əsas komanda üçün yeni futbolçuları seleksiya yolu ilə transfer edə, yaxud klubun uşaq akademiyasından futbolçuları cəlb edə bilərsiniz. Mən PSV klubunun gənclər akademiyasında çalışmışam və üç il Rusiyanın Tolyatti şəhərində Konoplev akademiyasında işləmişəm.
“İnter”in Uşaq-Gənclər Futbol Akademiyasının da beynəlxalq standartlara uyğun formalaşdırılmasına hazıram. Əsas məqsəd birinci komanda üçün futbolçular yetişdirməkdi. Mən AFFA-da Bernard Lippertlə görüşdüm və AFFA-nın gənclərlə bağlı layihəsinə qoşulmağa hazır olduğumuzu bildirdim. Bizim növbəti görüşümüz bu yaxınlarda baş tutmalıdı.

- Komandada hazırda vəziyyət necədi?
- Klubda hamı öz işini görür. Əsas komandanın əldə etdiyi nəticələr komanda üzvləri və əməkdaşları üçün təqdirəlayiqdi. Biz Azərbaycan Premyer Liqasında çempionluq uğrunda əvvəlkitək “Qarabağ”la mübarizə aparırıq! Avropa Liqasında vəsiqə qazanmağımız artıq dəqiqdi. Biz UEFA-nın təsnifat mərhələsində iştirak edəcəyimiz barədə təsdiq məktubunu da göndərmişik. Bu isə o deməkdir ki, biz növbəti mövsümdə də iştirak edəcəyik.
Mən gələcək üçün bir neçə ssenariyə də hazıram. Azərbaycan yarışlarında, istər Premyer Liqada, istər birinci divizionda, eləcə də U-19 və U-17 turnirlərində bir çox oyunlara və oyunçuların çıxışlarına baxmışam. Milli komandanın və U-21 komandasının məşq prosesini izləmək üçün Türkiyədə olmuşam. 2015-ci ilin aprelində gələcək mövsümə hazırlıqlar məqsədilə Marino Pusiçlə birlikdə Hollandiya, Belçika və Almaniyada səfər etdik. Əlbəttə, iddialarımız yeni büdcə ilə müəyyənləşəcək, amma mən indiki komandanın və ya yeni komandanın formalaşdırılması üçün bir neçə ssenariyə də hazıram. Ümid edirəm ki, bütün bu məsələlərə tezliklə aydınlıq gələcək. Bizə yaxşı şəxsi heyət, yaxşı komanda və yeni mövsüm üçün zəruri hazırlıq keçmək lazımdır. Mən həqiqətən də istəyirəm ki, indiki komandanın əsasını qoruyaraq Avropa Liqasında uğur qazanaq və gələcək mövsümdə də iştirak edək. Avropada uğur qazanmağımız yaxşı olardı.

Xəbər 738 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
22.04.2024 1/4 finalçılar müəyyənləşib
15.04.2024 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
02.04.2024 Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"ni 4 cavabsız qolla üstələyib
02.04.2024 AFFA İcraiyyə Komitəsinin yeni tərkibi bəlli olub
02.04.2024 AFFA-nın yeni prezidenti müəyyənləşib
31.03.2024 Azərbaycan Premyer Liqasında XXVIII tur başa çatacaq
29.03.2024 "Qarabağ" 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib
25.03.2024 Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib
21.03.2024 "Qarabağ"ın U-14 komandası Minskdə keçirilən turnirdə çempion olub
20.03.2024 Azərbaycan millisi Avropa çempionatındakı son oyununda böyükhesablı qələbə qazanıb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru