Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
08/04 | 21:07 Rauf Məmmədovun ilk onlayn seansı başa çatdı
08/04 | 16:42 Kişi voleybolçulardan ibarət millimiz reytinq cədvəlində mövqeyini qoruyub
08/04 | 16:04 Nüfuz və milyardların itirilməsi
08/04 | 15:51 Yaponiyada Olimpiya alovunun açıq nümayişi koronavirusa görə dayandırılıacaq
08/04 | 15:11 Tokio Olimpiya Oyunları üçün təsnifat dövrü 2021-ci il iyunun 29-da başa çatacaq
08/04 | 14:09 Stend və güllə atıcılığı üzrə Dünya Kuboku ləğv olunub
08/04 | 11:37 İdman dünyasının koronavirus STATİSTİKAsı
08/04 | 07:01 Formula 1 Kanada Qran-prisi təxirə salınıb
07/04 | 21:33 İspaniya Tennis Federasiyası yay turniri keçirməyi planlaşdırır
07/04 | 17:41 “Tokio-2020” Yay Olimpiya Oyunlarının olimpiya məşəli sərgidən çıxarılır
07/04 | 15:05 İki sərbəst güləşçimiz Olimpiya reytinq siyahısında ilk onluqda qərarlaşıb
07/04 | 13:29 Formula 1 Azərbaycan Qran-Prisi oktyabrda keçirilə bilər
07/04 | 12:09 Formula 1 mövsümü tamaşaçısız başlaya bilər
07/04 | 11:44 Sürətli şahmat üzrə onlayn respublika birinciliyinin qalibləri müəyyənləşib
07/04 | 10:02 “Williams” və “Racing Point” komandaları müvəqqəti olaraq fəaliyyətini dayandırıb
06/04 | 17:28 İdman mövzulu əsginaslar
06/04 | 16:26 "Mercedes" komandası koronavirusa qarşı 250 ədəd aparat istehsal edib
06/04 | 15:10 Qadın voleybolçulardan ibarət Azərbaycan millisi reytinq cədvəlində irəliləyib
06/04 | 14:55 UFC: Həbib Nurməhəmmədov UFC 249 turnirində iştirak etməyəcək
06/04 | 14:18 BŞGİBİ "İdea" şahmat klubu ilə birgə onlayn turnir keçirəcək
06/04 | 13:05 Rusiya Formula 1 Qran-Prisinə hazırlaşır
06/04 | 09:32 Basketbol üzrə Yunanıstan çempionatının oyunları bərpa olunmayacaq
05/04 | 15:03 Güləşçimiz Mariya Stadnik Olimpiya reytinq siyahısında ikinci pillədə qərarlaşıb
05/04 | 10:04 Tailand və Malayziya idmançıları “Tokio-2020” Yay Olimpiya Oyunlarına buraxılmayacaq
05/04 | 09:00 Bir şahidin gözü ilə: “Ölmək istəyirdim... Tanrıya yalvarırdım... Dözə bilmirdim...”
05/04 | 08:40 Dözümlü avtoyürüşlər üzrə dünya çempionatının yeni təqvimi açıqlanıb
05/04 | 08:33 İvan Tixonov: Hal-hazırda yaxşı idman formasındayam
04/04 | 22:51 “Boksçuların formadan düşməməsinə görə müəyyən hərəkətləri evdə etmələri tövsiyə olunur”
04/04 | 21:50 Hind şahmatçılar pandemiya ilə mübarizədə
04/04 | 21:46 Rauf Məmmədov onlayn seans keçirəcək
04/04 | 18:23 MBA klubları aprel ayından basketbolçuların məvacibini azaltmaq niyyətindədir
04/04 | 17:20 Koronavirus maneə deyil: Kriştianu Ronaldo ilk milyarder futbolçu olacaq
04/04 | 15:31 “IBSA Judo Grand Prix Baku 2020” turniri 2021-ci ilə təxirə salınıb
04/04 | 14:06 Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirlərin bitmə vaxtı müəyyənləşib
04/04 | 13:07 Azərbaycanın Peşəkar Futbol Liqası UEFA tərəfindən təşkil olunan videokonfransda iştirak edib
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 20 13 6 1 34-7 45
2 Neftçi 20 10 7 3 33-14 37
3 Keşlə 20 8 6 6 27-21 30
4 Sumqayıt 20 6 5 9 24-32 23
5 Zirə 20 6 6 9 25-37 23
6 Sabah 20 5 6 9 19-27 21
7 Səbail 20 5 5 10 16-30 20
8 Qəbələ 20 5 4 11 25-35 19
Fransalı cüdoçu, Olimpiya çempionu Teddi Riner birinci Avropa Oyunlarında qalib gəlmək əzmindədir
Tarix: 05.05.2015 | Saat: 18:28:00 | E-mail | Çapa göndər
Fransalı cüdoçu, Olimpiya çempionu Teddi Riner birinci Avropa Oyunlarında qalib gəlmək əzmindədir.

Fransanın dənizətrafı Kuadelup departamentində 1989-cu il aprelin 7-də doğulan Teddi Riner kiçik yaşlarından cüdo ilə məşğul olmağa başlayıb. Ailəsi ilə birlikdə Parisə köçən gənc idmançı bir çox komandanın heyətində uğurlu çıxışları ilə məşqçilərin diqqətini cəlb edib və cüdo üzrə yığma komandaya qəbul olunub. O, 2005-ci ildə Fransada gənclər arasında cüdo çempionatında birinci yeri tutub.

Cüdo üzrə Fransa yığmasının heyətində yarışlarda iştirak edən Teddi Riner 2007-ci ildə - 18 yaşında olarkən ilk dəfə həm Avropa, həm də dünya çempionu titullarını qazanıb. Ölkənin kişi cüdoçulardan ibarət yığma komandasının ən parlaq idmançısı hesab edilən Teddi Riner Avropa və dünya çempionatlarının əksəriyyətini qələbə ilə başa vuraraq qalib adına layiq görülüb. Yarışlarda 100 kiloqram çəki dərəcəsində çıxış edən gənc cüdoçu dünya çempionatlarında 7 qızıl, 2008-ci il Pekin Olimpiadasında gümüş, Avropa birinciliklərində isə 4 qızıl medala sahib olub.

Teddi Rinerin ən böyük uğuru isə 2012-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunlarında çempion olmasıdır. Fransalı idmançı bu mötəbər yarışda polşalı və tunisli rəqiblərinə qalib gələrək dörddəbir finalda kubalı Oskar Braysonu məğlub edib. O, yarımfinalda koreyalı həmkarı Kim Sunq-minə böyük üstünlüklə qalib gəlib və finalda isə rusiyalı cüdo ustası Aleksandr Mixaylini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Ötən il Çelyabinskdə keçirilən dünya çempionatı da Teddi üçün uğurlu olub və o, turniri qızıl medalla başa vurub.

Hazırda cüdo ustası kimi tanınan Teddi Riner ilk Avropa Oyunlarında da qələbə qazanacağına inanır.

Fransa Milli Olimpiya Komitəsi uğurlu çıxışları ilə dəfələrlə komandasına qələbə qazandıran Teddi Rinerin iyunda Bakıda keçiriləcək ilk Avropa Oyunlarında da qalib gələcəyinə böyük ümid bəsləyir.

AZƏRTAC
Xəbər 518 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
11.03.2020 Cüdo üzrə lisenziya xarakterli turnirlərin müddəti uzadılıb
10.03.2020 Beynəlxalq Cüdo Federasiyası aprelin 30-dək keçirilməsi nəzərdə tutulan bütün turnirləri ləğv edib
05.03.2020 Bakıda keçiriləcək “Boyük dəbilqə” turnirinin posterində Azərbaycan cüdoçularının şəkilləri yer alıb
04.03.2020 Azərbaycanın cüdo hakimləri Avropa kuboku yarışlarını idarə ediblər
03.03.2020 Yekaterinburqda “Böyük dəbilqə” turnirində Azərbaycanın kişi cüdoçuları mübarizə aparacaqlar
03.03.2020 Antalyada Azərbaycan cüdoçularının da qatılacaqları Avropa kuboku yarışları keçiriləcək
02.03.2020 Varşavada keçirilən açıq Avropa turnirində Azərbaycan cüdoçuları 3 medal qazanıblar
02.03.2020 Azərbaycanın yeniyetmə cüdoçuları Antalyada dörd medal qazanıblar
01.03.2020 Usta cüdoçular arasında Azərbaycan çempionatının qalibləri müəyyənləşib
01.03.2020 Azərbaycanın yeniyetmə cüdoçuları Avropa kuboku turnirində 3 medal qazanıblar


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Klublar qışa yenə Antalyada hazırlaşırlar
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
İdman mövzulu əsginaslar
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru