Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
20/04 | 10:15 Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
19/04 | 21:13 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19/04 | 20:10 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
19/04 | 14:08 Azərbaycan atıcıları Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər
19/04 | 11:27 Premyer Liqa: XXXI turun təyinatları açıqlanıb
19/04 | 11:27 Premyer Liqa: XXXI turun təyinatları açıqlanıb
19/04 | 10:35 Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb
19/04 | 10:32 Azərbaycan Premyer Liqasında tura Tovuzda start veriləcək
18/04 | 14:22 Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
18/04 | 14:21 Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
18/04 | 11:39 Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
18/04 | 10:47 Azərbaycanın U-17 millisi İnkişaf turnirində iştirak edəcək
18/04 | 10:16 Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
18/04 | 09:17 Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
17/04 | 20:34 Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17/04 | 18:32 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17/04 | 16:48 Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib
17/04 | 15:36 Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
17/04 | 12:40 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
17/04 | 11:49 Azərbaycan bilyardçısı Avropa çempionu olub
17/04 | 11:18 Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının V iclası keçirilib
Tarix: 05.02.2015 | Saat: 19:48:00 | E-mail | Çapa göndər
Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının Bakıda V iclası keçirilib.

Azərbaycanın birinci xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva iclasda iştirak edib.

Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyası “Bakı-2015” birinci Avropa Oyunlarına hazırlığı yüksək qiymətləndirdi. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının iclasının əhəmiyyətini vurğuladı. O, Avropa Oyunlarının yüksək səviyyədə təşkil edilməsi məqsədilə burada güclü və peşəkarlardan ibarət komandanın çalışdığını diqqətə çatdırdı.

İclasda “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban ƏLİYEVA çıxış edərək dedi:

- Cənab prezident, təşəkkür edirəm. Sizin dəyərli fikirlərinizi eşitməyə çox şadam. Mən bütün qonaqlarımızı salamlamaq istərdim.

Avropa Olimpiya Komitəsinin prezidenti cənab Patrik Hikki, əlaqələndirmə komissiyasının sədri cənab Spiros Kapralos və komissiyanın dəyərli üzvlərini yenidən Azərbaycanda salamlamaqdan məmnunam. Çox şadam ki, sizinlə birgə “Bakı- 2015” Avropa Oyunları Əlaqələndirmə Komissiyasının beşinci və sonuncu iclasını açırıq.

Siz 2012-ci ilin dekabrında Bakını birinci Avropa Oyunlarına ev sahibliyi etmək üçün seçəndən ölkəmiz Avropanın qürur duyacağı yüksək səviyyəli beynəlxalq tədbiri təşkil etməklə məşğul olub. Bu oyunlar Avropa idmanında tarixi hadisə olacaq. Azərbaycan üçün bu, ölkəmiz, ənənələrimiz, mədəniyyətimiz və tarixi köklərimizi daha çox tanıtmaq üçün yaxşı imkandır.

Biz ilk Oyunların keçirilməsinin şərəfli və məsuliyyətli iş olduğunu qəbul edirik. Siz bu gün və sabah bizə olan etimadınızın əbəs olmadığını görəcəksiniz. Baxmayaraq ki, qarşıdakı bir neçə ay ərzində planlarımıza son ştrixləri vurmalıyıq, ümidvaram ki, biz hamımız indiyədək əldə olunan əhəmiyyətli nailiyyətlərlə fəxr edə bilərik.

Mən bizim həyata keçirdiyimiz planların bəzi əsas təfərrüatları barədə məlumat vermək istərdim. Bildiyiniz kimi, bir çox məkanlarımız hazırdır və Oyunlar üçün sınaqdan keçirilir. Sınaq bu yay idmançıların yüksək səviyyədə çıxış etmələrinə imkan yaratmaq üçün hər bir detalın hazır olacağını təmin etmək məqsədilə təşkil olunur. İyunda Oyunların açılışı olanadək 35 sınaq tədbiri və sınaq yarışması keçiriləcək. Gimnastika, boks və güləş üzrə növbəti sınaq tədbirlərimiz mart və aprel aylarında baş tutacaq. Fevralın sonunadək biz bütün məkanların daimi bazasının tikintisini başa çatdırmaq niyyətindəyik. Bu, bizə aprel ayında lazımi quraşdırma işləri aparmaq üçün kifayət qədər vaxt verəcək. Müqavilələrimizin 84 faizinin gecə-gündüz bizim komandamızla birgə çalışan Azərbaycan şirkətləri ilə bağlanması müsbət haldır. Əminəm ki, bu gün məkanlara baş çəkərkən siz heyran qalacaqsınız. Bizim dünya standartlarına cavab verən atletlər kəndi 7300 çarpayısı olan 1000-dən artıq mənzildən ibarətdir.

Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva bildirdi ki, birinci Avropa Oyunlarını 600-dən artıq beynəlxalq və yerli media nümayəndəsi işıqlandıracaq. İyunun 10-da beynəlxalq mətbuat nümayəndələri üçün tədbir təşkil ediləcək. Bu tədbiri 100-dən artıq ölkəyə yaymaq üçün 43 şirkətə yayım hüququ verilib və beləliklə də Oyunları Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerika və Avstraliyada izləyə biləcəklər. Bundan başqa, könüllülərdən indiyədək 16 mindən artıq müraciət daxil olub.

İlk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri hökumətin mövcud nəqliyyat infrastrukturuna böyük məbləğdə investisiya yatırdığını da diqqətə çatdırdı.

“Mən qürur duyuram ki, hazırda Bakı Avropa Oyunları Əməliyyat Komitəsində 950 gənc çalışır. Bu, Oyunların ən dəyərli miraslarından biridir və əminəm ki, bu, onların gələcək həyatı üçün böyük təcrübə imkanıdır”, - deyən Mehriban Əliyeva onu da bildirdi ki, açılış mərasimində unudulmaz şou keçiriləcək. Təşkilat Komitəsinin sədri deyib ki, bundan başqa, hər gün üçün xüsusi mədəni tədbirlər proqramı hazırlanıb, bağlanış mərasimi də yaddaqalan olacaq.

Mehriban Əliyeva idmanın və Olimpiya hərəkatının dəstəklənməsinin Azərbaycanın əsas prioritetlərindən biri olduğunu vurğulayaraq, idmançılarımızın nailiyyətlərini qeyd etdi. Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri əminliklə bildirdi ki, bu Oyunlar bütün iştirakçıları birləşdirəcək və yeni idman ənənəsi üçün güclü təməl yaradacaq.

Avropa Oyunları Komitəsinin Əlaqələndirmə Komissiyasının sədri Spiros Kapralos Komitənin son aylarda əldə etdiyi yenilikləri yüksək qiymətləndirdi. O bildirdi ki, Avropa Oyunları tarixi əhəmiyyətə malikdir. Spiros Kapralos ölkəmizdə yaradılan idman infrastrukturunu yüksək qiymətləndirdi və mötəbər yarışa hazırlıqdan məmnunluğunu ifadə etdi. Qonaq vurğuladı ki, Bakıda iki gün ərzində aparılan müzakirələr nəticəsində mühüm qərarlar qəbul olunacaq.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov isə bildirdi ki, birinci Avropa Oyunlarında əsas diqqət mərkəzində atletlər olacaq. “Bakı-2015” Oyunlarında uğur qazanan iştirakçılara xüsusi dizaynla hazırlanmış medalların təqdim olunacağını vurğulayan nazir dedi: “Bildiyiniz kimi, Təşkilat Komitəsi Oyunları təkbaşına təşkil etmir. Bizim 7 rəsmi tərəfdaşımız var. Oyunların yayımı ilə bağlı Avropa və dünyanın digər ölkələrindən olan şirkətlərlə müqavilələr imzalayırıq. Beynəlxalq medianın oyunlara olan marağı getdikcə artır. Biz yeni veb-saytımızı təqdim edəcəyik. Bizim könüllülər və səfirlərlə bağlı proqramlarımız davam etdirilir. Bu yaxınlarda biz Avropa Oyunlarının ulduz elçilərini elan etmişik. Onlar bizə Oyunları ölkədə və xaricdə təbliğ etməyə kömək edəcəklər”.

Nazir Azad Rəhimov bildirdi ki, 127 gündən sonra Avropa idman tarixində yeni bir mərhələ başlayacaq.

“Bakı-2015”-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq qeyd etdi ki, hazırda işlər gərgin qrafik üzrə davam edir. Bu işlərdə beynəlxalq mütəxəssislərlə yanaşı, yerli peşəkarlar da iştirak edirlər.

Tədbirdə “Bakı-2015”-ə hazırlıq ilə bağlı videoçarx nümayiş olundu.

Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 1146 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
07.08.2020 “Bakı-2015”in qalibi rusiyalı cüdoçu Olimpiadada ikinci qızıl medalı qazanmağı qarşısına məqsəd qoyub
12.06.2020 “Bakı-2015”-in ən gözlənilməz anı
18.06.2019 İdmançılarımız Minskdə keçiriləcək II Avropa oyunlarına yola salınıb
07.06.2019 Polşa Avropa Oyunlarını qəbul edəcək
05.06.2019 II Avropa Oyunlarında badmintonçumuzun rəqibləri müəyyənləşib
14.11.2015 Rusiya metbuatında gedən açıqlama
13.11.2015 “Azərbaycanı kəşf et: Bakı-2015” kitabının təqdimatı keçirilib
28.10.2015 “Bakı-2015” ilk Avropa Oyunlarında medal qazanan belaruslu idmançılar mükafatlandırılıb
19.09.2015 "Bakı 2015" I Avropa Oyunlarının teleyayım statistikası açıqlanıb
19.09.2015 "Bakı-2015" vaxtı qəzaya düşən avstriyalı idmançıdan yeni xəbər


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru