Bu gün İngiltərə Premyer Liqasında 19-cu tura yekun vurulub.
Son oyun günündə bir qarşılaşma baş tutub.
Doğma azarkeşləri önündə "Suonsi" ilə qarşılaşan "Liverpul" rəqibinə böyük hesabla qalib gəlib. Bu görüşdə 4:1 hesabı ilə qələbə qazanan Liverpul təmsilçisi turnir cədvəlində 8-ci pilləyə yüksəlib.
29 dekabr
İngiltərə Premyer Liqası, XIX tur
“Liverpul” – “Suonsi” - 4:1
Qollar: Moreno, 33 (1:0), Lallana, 51 (2:0), Siqurdson, 52 (2:1), Lallana, 61 (3:1), Şelvey, 69-avtoqol (4:1)
28 dekabr
"Tottenhem” – “Mançester Yunayted” - 0:0
“Sautqempton” – “Çelsi” - 1:1
Qollar: Mane, 17 (1:0), Azard, 45+1 (1:1)
"Aston Villa” – “Sanderlend” - 0:0
“Hall Siti” – “Lester” - 0:1
Qol: Mahres, 32
“Mançester Siti” – “Bernli” - 2:2
Qollar: David Silva, 23 (1:0), Fernandinyo, 34 (2:0),Boyd, 47 (2:1), Barnes, 81 (2:2)
KPR – “Kristal Pelas” - 0:0
“Stok Siti” – “Vest Bromviç” - 2:0
Qol: Diuf, 51; 66
“Vest Hem” – “Arsenal” - 1:2
Qollar: Kazorla, 41-pen. (0:1), Uellbek, 44 (0:2), Kuyate, 54
“Nyukasl” – “Everton” - 3:2
Qollar: Kone, 5 (0:1), Sisse, 34, (1:1), Peres, 51, (2:1), Kolbak, 68 (3:1), Miralyas, 84 (3:2)
|