Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
24/04 | 22:21 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
24/04 | 21:22 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24/04 | 19:19 Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
24/04 | 17:18 Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
24/04 | 14:17 Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
24/04 | 13:26 Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
24/04 | 10:13 Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır
24/04 | 09:21 Azərbaycan Kubokunda finalçılar bu gün bəlli olacaq
24/04 | 09:10 Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23/04 | 19:08 Voleybol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb
23/04 | 18:07 Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub
23/04 | 17:04 Futzal üzrə Azərbaycan Kubokunun yarımfinal oyunlarına təyinatlar açıqlanıb
23/04 | 14:02 “Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
23/04 | 12:31 AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
23/04 | 12:30 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub
23/04 | 10:00 Azərbaycan şahmatçısı Avropa çempionatında ardıcıl 4 qələbə əldə edib
23/04 | 09:55 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq
22/04 | 23:29 1/4 finalçılar müəyyənləşib
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
20/04 | 10:15 Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
19/04 | 21:13 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19/04 | 20:10 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
“Qəbələ”: 2014-cü ilin 14 məqamı
Tarix: 29.12.2014 | Saat: 12:54:00 | E-mail | Çapa göndər
“Qəbələ”nin rəsmi saytında “2014-cü ilin 14 məqamı” başlıqlı yazı yer alıb. Yazıda “Qəbələ” İdman Klubunun bu il üçün ən yaddaqalan hadisələri xatırlanıb.

Həmin yazını təqdim edirik:


Son günlərini yaşadığımız 2014-cü il “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb. İdmançılarımız başa çatmaqda olan ildə bir sıra nailiyyətlər qazanıb. Futbol meydanları ilə yanaşı, klubumuzda fəaliyyət göstərən digər idman növlərində də “qırmızı-qaralar” azarkeşlərini sevindirə bilib. 2014-cü ilin ən yaddaqalan 14 məqamını sizlərə təqdim edirik.

1. İlk dəfə Avropada
2005-ci ildə yaranan “Qəbələ”nin avrokuboklarda debütü 2014-cü ildə gerçəkləşib. Topaz Premyer Liqasında 3-cü yeri tutmaqla, Avropa Liqasına vəsiqə əldə edən “qırmızı-qaralar” bu yarışın təsnifat mərhələsində Bosniya və Herseqovinanın “Şiroki Briyeq” klubu ilə görüşüb. Qəbələdə keçirilən ilk avrokubok matçı ilə komanda 9 illik tarixində yeni səhifə açıb.

2. Tarixi bürünc
Mayın 17-də “Sumqayıt”ı 3:1 hesabı ilə məğlub edən “Qəbələ” Azərbaycan çempionatları tarixində ilk mükafatını qazanıb. Son turadək 3-cü pillədə olan “Neftçi”nin xal itirməsi “qırmızı-qaralar”ın bürünc mükafat əldə etməsi ilə nəticələnib. 36 oyunda 61 xal əldə edən “Qəbələ” klub rekordlarını yeniləməklə yalnız “Qarabağ” və “İnter”dən geri qalıb. Hesabında 18 qələbə, 7 heç-heçə və 11 məğlubiyyət olan komanda 48 qol vurub, 36-nı buraxıb.

3. Final həyəcanı
Ardıcıl 3 mövsüm 1/4 finalda büdrəyən, son iki mövsümdə yarışı məğlubiyyətsiz başa vuran “Qəbələ” Azərbaycan kuboku tarixində ilk dəfə finala yüksəlib. Yarımfinal səddini 3-cü cəhddən adlayan “qırmızı-qaralar” həlledici qarşılaşmada “Neftçi” ilə qarşılaşıb. Ölkənin ən titullu klubu ilə 120 dəqiqə bərabər səviyyədə mübarizə aparan Yuri Syominin baş məşqçisi olduğu komanda yalnız penaltilər seriyasında məğlub olub.

4. Ənənə davam edir
Artıq ənənəvi olan “Qəbələ kuboku” turniri baş tutub. 8 klubun U-15 komandalarının yarışına “Liverpul” (İngiltərə), “Fənərbaxça” (Türkiyə), “Udineze” (İtaliya), “Rapid” (Avstriya), “Lokomotiv” (Rusiya), “Anderlext” (Belçika) kimi komandalar dəvət olunub. Ölkəmizi “Qəbələ” və “Neftçi”nin təmsil etdiyi yarış Belçika klubunun qələbəsi ilə başa çatıb. “Qəbələ” isə yarışın yarımfinalına yüksəlməklə, sonda 4-cü olub.

5. 8 komanda 7 medal
2013/14 mövsümü təkcə əsas komanda deyil, “Qəbələ” Futbol Akademiyasının yetirmələri üçün də uğurlu olub. AFFA-nın təşkil etdiyi liqalarda mübarizə aparan 8 komandadan 7-si mövsümü mükafatla başa vurub. U-13, U-15, U-16 çempion olubsa, U-12, U-17, U-19 gümüş, U-14 bürünc mükafata yiyələnib.

6. 4-cü dəfə üçlükdə
Əvəzedicilərin çempionatında da “Qəbələ” uğur əldə edib. 2011/12 mövsümündəki ən yaxşı nəticəsini təkrarlayan “qırmızı-qaralar” mövsümü gümüş medalla tamamlayıb. Yalnız “İnter”dən geri qalan komanda tarixinin 4-cü medalını qazanıb. Belə ki, “Qəbələ” 2009/10 və 2010/11 mövsümlərində ardıcıl 2 bürünc qazanıb.

7. İki yeni rekord
2014-cü il “Qəbələ”də iki rekordun qırılması ilə əlamətdar olub. Klub tarixində ən çox oyun keçirən və ən çox qol vuran futbolçu dəyişib. Braziliyalı Dodo neçə vaxtdır hamıdan çox oyun keçirən ünvanını əlində saxlayan Pavel Doroşevi arxada qoyub. Cənubi amerikalı 99 matç keçirən qapıçının rekordunu qırmaqla siyahıda 1-ci pilləyə çıxıb. Hazırda onun hesabında 122 oyun var. 2014-cü ildə 8 qol vuran Viktor Mendi isə ümumi qol sayını 26-ya çatdırıb. Bununla da o, 20 dəfə fərqlənən Rövşən Əhmədovun nəticəsini arxada qoyub.

8. Avropanın 1 nömrəsi
Azərbaycanı və “Qəbələ” İdman Klubunu peşəkar boksda təmsil edən Fariz Məmmədov Avropa çempionluğunu qazanıb. O, bu ad uğrunda revanş döyüşündə Almaniya təmsilçisi Matias Pelklə qarşılaşıb. WBCA və WBO versiyaları üzrə Avropa kəmərinə sahib olmaq üçün ilk saniyələrdən üstünlüyü ələ alan Məmmədov dördüncü raundda rəqibini nokauta salıb və WBO və WBCA versiyaları üzrə Avropa kəmərinə sahib çıxıb.

9. Polşadan 2 medal
Polşada keçirilən 23 yaşadək cüdoçular arasında Avropa çempionatı “Qəbələ” üçün uğurlu alınıb. Azərbaycan milli komandasının yarışda qazandığı 3 medaldan ikisini klubumuzun üzvləri əldə edib. Uşanqi Kokauri (+100 kq) yalnız finalda məğlub olmaqla, gümüş mükafata yiyələnib. Mehman Sadıxov (60 kq) isə Polşada bürünc mükafatçı kimi fəxri kürsüyə yüksəlib. Ümumiyyətlə, 2014-cü il Sadıxov üçün uğurlu alınıb. Avropa kuboku və bir sıra digər yarışlarda da mükafat əldə edən idmançımız Amerika Birləşmiş Ştatlarında keçirilən Gənclərin Dünya Birinciliyində 60 kq çəki dərəcəsində bürünc medala sahib olub.

10. Qəbələdə Dünya kuboku
Bu il Qəbələdə Stend və Ox Kompleksində olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarının final mərhələsi keçirilib. “Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən Dünya Kuboku yarışlarının final mərhələsində dünya reytinq cədvəlində xüsusi yer tutan güllə və stend olimpiya atıcılıq növləri üzrə 280 idmançı iştirak edib. Avropa və dünya çempionatlarından sonra ən mühüm yarış hesab olunan yarışa dünyanın 40 ölkəsindən ümumilikdə 500-dən artıq idmançı və qonaq gəlib.

11. “Qəbələ”də yeni bölmə
2014-cü ildə “Qəbələ” İdman Klubunda daha bir növ üzrə bölmə fəaliyyətə başlayıb. Belə ki, klubumuzda sərbəst güləş bölməsi də açılıb. Bu, “Qəbələ”də futbolla yanaşı fəaliyyət göstərən idman növlərinin sayını artması ilə nəticələnib. Bunadək boks, cüdo, taekvondo, atçılıq, karate, kikboksinq və MMA bölmələrə malik klubun fəaliyyəti daha da genişlənib.

12. “Porto”dan “Qəbələ”yə
2014-cü il futbol komandasının tarixinin ən sanballı keçidi ilə əlamətdar olub. Tanınmış rusiyalı mütəxəssis Yuri Syominin rəhbərliyi dövründə sayılıb-seçilən futbolçuları heyətinə qatan “qırmızı-qaralar” Marat İzmaylovu da icarəyə götürüb. Məşhur “Porto” klubundan gələn legioner klub tarixinin ən tanınmış futbolçusu olub. İki Avropa, 1 dünya çempionatının iştirakçısı olan yarımmüdafiəçi yayda klubdan ayrıldı. Kubokun finalı, bürünc medal və avrokuboklara vəsiqədə böyük rolu olan Syomin və transferlərinin əldə etdiyi uğurlar Rusiya Premyer Liqa klublarının diqqətindən yayınmadı. Syomin, köməkçiləri , Lorenso Ebesilio və İbrahim Niasse “Mordoviya”, İzmaylov “Krasnodar”a keçib.

13. Tayvandan qızıl medalla
“Qəbələ” taekvondoçuları bölmənin fəaliyyət dövründəki ən böyük uğurlarını 2014-cü ildə əldə edib. İki idmançımız dünya birinciliyinin mükafatını əldə edib. Ən böyük nailiyyəti isə Məhəmməd Məmmədov əldə edib. O, Tayvanda keçirilən Gənclərin dünya birinciliyində fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Yeniyetmələrin Bakıdakı analoji yarışında isə Nərgiz Mirzəyeva bürünc medal qazanmağı bacarıb.

14. Qəbələdə möhtəşəm kikboksinq turniri
Qəbələ Olimpiya İdman Kompleksi möhtəşəm kikboksinq turnirinə ev sahibliyi edib. “Qəbələ” İdman Klubunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan kikboksinq Federasiyasının dəstəyi ilə ilk dəfə təşkil olunan “Gabala Fight Series” çərçivəsində “Glory Ranked Fights” üzrə döyüşlər keçirilib. Rinqə çıxanlar arasında olan klubumuzun üzvü Pərviz Abdullayev çinli Jiao Fukaini nokautla məğlub edib və bu qələbə ilə “Glory” seriyasına vəsiqə qazanıb.
Xəbər 952 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
22.04.2024 1/4 finalçılar müəyyənləşib
15.04.2024 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
02.04.2024 Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"ni 4 cavabsız qolla üstələyib
02.04.2024 AFFA İcraiyyə Komitəsinin yeni tərkibi bəlli olub
02.04.2024 AFFA-nın yeni prezidenti müəyyənləşib
31.03.2024 Azərbaycan Premyer Liqasında XXVIII tur başa çatacaq
29.03.2024 "Qarabağ" 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib
25.03.2024 Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib
21.03.2024 "Qarabağ"ın U-14 komandası Minskdə keçirilən turnirdə çempion olub
20.03.2024 Azərbaycan millisi Avropa çempionatındakı son oyununda böyükhesablı qələbə qazanıb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru