Mərakeşdə keçirilən klublararası dünya çempionatının ilk finalçısı müəyyənləşib.
Madridin "Real" klubu mundialın ilk finalçısı olub.
Çempionlar Liqasının son qalibi yarımfinalda Meksikanın "Krul Azul" klubunu üstələyib. Rəqibini 4:0 hesabı ilə məğlub edən "Real" adını finala yazdırıb.
Qeyd edək ki, digər finalçının kimliyinə bu gün keçiriləcək "San Lorenzo" - "Aukland Siti" matçından sonra aydınlıq gələcək.
16 dekabr
Dünya çempionatı, yarımfinal oyunu
"Krul Azul" - "Real" (Madrid) - 0:4
Qollar: Ramos, 15 (0:1), Benzema, 36 (0:2), Beyl, 50 (0:3), İsko, 72 (0:4)
|