İstifadəyə verilmə tarixi: 19.07.2012
Xaçmaz Olimpiya İdman Kompleksin əsas binası 3 blokdan ibarətdir. A blokunun birinci mərtəbəsində universal idman zalı yerləşir. Zalın ölçüsü 47x22 metr, tamaşaçı tutumu 750 nəfərdir. İkinci mərtəbədə isə iki döşəkli güləş zalı (40x15 m) yerləşir.
B blokunda xidməti otaqlarla yanaşı, birinci mərtəbədə 50 nəfərlik yeməkxana, II mərtəbədə 50 nəfərlik konfrans zalı və bilyard sahəsi yerləşir.
C blokunda üzgüçülük zalı (66x45m) iki hissədən ibarətdir. Böyüklər üçün üzgüçülük hovuzunun ölçüsü 25x12,5 metr, xüsusi olaraq uşaqlar üçün inşa edilmiş hovuzun ölşüsü isə 10x8,5 metrdir. İkinci mərtəbədə trenajor zalı və köməkçi otaqlar yerləşir.
6 hektar ərazisi olan kompleksin həyətində stadion, mini-futbol, basketbol meydançaları inşa edilib. Futbol stadionu 90x66 metr ölçülü, təbii ot örtüklü meydançanın ətrafında atletika yarışları üçün epidem örtüklü 6 zolaqlı qaçış yolu, 3 ədəd uzunluğa tullanma cığırı mövcuddur. Stadionda üstüörtülü 1500 tamaşaçı tutumu olan tribuna, müasir işıqlandırma sistemi və elektron tablo quraşdırılıb.
Bundan əlavə, stadionun yanında 44x22 metr ölçüdə, 8 mm-lik süni örtüklü mini futbol meydançası inşa edilib və işıqlandırma sistemi ilə təchiz olunub.
Azərbaycanda Skate Park ilk dəfə məhz Xaçmaz Olimpiya İdman Kompleksində fəaliyyət göstərir.
Kompleksdə iki nəfərlik 18 və ikiotaqlı 3 lüks nömrənin olduğu mehmanxana da vardır. Mehmanxanada idmançıların və qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılıb.
Kompleksin ərazisində 10x10 metr ölçüdə 4 ədəd 2 mərtəbəli standart və ölçüsü 10x20 metr olan 1 ədəd 2 mərtəbəli lüks kottec inşa edilib. Standart kotteclərdə 1 qonaq otağı və 3 ədəd 2 nəfərlik yataq otağı, lüks kottecdə 1 qonaq otağı, 2 ədəd yataq otağı, mətbəx, qarderob otağı, 2 ədəd sanitar qovşaq və duş otaqları vardır. Kotteclərin ümumi tutumu 28 nəfərdir.
Ünvan:AZ-2700, Xaçmaz şəhəri, Bakı prospekti, 83
Telefon: 023-325-82-30
|