İtaliya A Seriyasında 9-cu turun oyunlarına start verilib.
Turun açılış matçında "Sassuolo" və "Empoli" komandaları üz-üzə gəlib.
Fasiləyə 0:1 hesabı ilə məğlub yollanan meydan sahibləri ikinci hissədə geridönüş edə biliblər. İkinci 45 dəqiqədə 3 qol vuran "Sassuolo" görüşdən qalib ayrılıb - 3:1.
Qeyd edək ki, A Seriyasında 9-cu tura sabah axşam keçiriləcək "Verona" - "Latsio" oyunu ilə yekun vurulacaq.
28 oktyabr
İtaliya A Seriyası, 9-cu tur
"Sassuolo" - "Empoli" - 3:1
Qollar: Krose, 18 (0:1), Missiroli, 56 (1:1), Flokkari, 61 (2:1), Berardi, 73 (3:1)
29 oktyabr
"Roma" - "Çezena"
"Atalanta" - "Napoli"
"Kalyari" - "Milan"
"Fiorentina" - "Udineze"
"Genua" - "Yuventus"
"İnter" - "Sampdoriya"
"Palermo" - "Kyevo"
"Torino" - "Parma"
30 oktyabr
"Verona" - "Latsio"
|