Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
19/04 | 10:32 Azərbaycan Premyer Liqasında tura Tovuzda start veriləcək
18/04 | 14:22 Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
18/04 | 14:21 Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
18/04 | 11:39 Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
18/04 | 10:47 Azərbaycanın U-17 millisi İnkişaf turnirində iştirak edəcək
18/04 | 10:16 Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
18/04 | 09:17 Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
17/04 | 20:34 Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17/04 | 18:32 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17/04 | 16:48 Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib
17/04 | 15:36 Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
17/04 | 12:40 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
17/04 | 11:49 Azərbaycan bilyardçısı Avropa çempionu olub
17/04 | 11:18 Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar
17/04 | 10:17 Azərbaycan stolüstü tennisçiləri “Türk Dövlətləri” beynəlxalq turnirində mükafat qazanıblar
17/04 | 09:44 Fərid Qayıbov ABŞ-də azərbaycanlı idmançılar və tələbələrlə görüşüb
16/04 | 18:05 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir
16/04 | 17:23 Azərbaycan voleybol çempionatı: yarımfinal mərhələsinin daha bir oyunu keçirilib
16/04 | 15:29 Azərbaycan Premyer Liqası: "Qarabağ” – “Neftçi” görüşünün başlama saatı bəlli olub
16/04 | 13:42 Paytaxtın abad məhəllələrində minifutbol yarışlarına start verilib
16/04 | 12:57 Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək
16/04 | 11:25 Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb
16/04 | 09:23 Azərbaycanın futzal millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək
15/04 | 19:25 Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib
15/04 | 15:50 “Sabah” ardıcıl iki oyunda "Qarabağ"a üç qol vurmaqla tarixə düşüb
15/04 | 15:08 Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək
15/04 | 12:53 Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar
15/04 | 12:01 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
15/04 | 11:49 Azərbaycan para-badmintonçuları İspaniyada beynəlxalq turnirdə iştirak edəcəklər
15/04 | 11:25 Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
15/04 | 10:37 Azərbaycan çempionatında 4-cü turun partiyaları keçirilib, vahid lider bəlli olub
15/04 | 09:49 Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar
14/04 | 22:10 Cüdo üzrə Bakı kəndləri birinciliyi keçirilib
14/04 | 21:32 Azərbaycan cüdoçuları Berlindəki Avropa Kubokunda birinci yeri tutub
14/04 | 20:14 Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Güləşçilərimiz Şərq qəhrəmanlığını Daşkənddə canlandırdılar
Tarix: 30.10.2014 | Saat: 08:14:00 | E-mail | Çapa göndər
Leyla Qurbanova | leyla-6565@mail.ru

“Dünya çempionu olacağıma inanırdım"

8-14 sentyabrda Daşkənddə güləşçilər arasında dünya çempionatı keçirildi. Mötəbər yarışda 100 ölkədən 800 pəhləvan iştirak etdi. Özbəkistan paytaxtında təşkil olunmuş tədbir özəlliyi ilə seçildi. Uzun müddət FİLA adlanan qurum konqres iştirakçılarının qərarı ilə UWW - DGB (Dünya Güləş Birliyi) adlandı. Həmin əlamətdar hadisəni canlı izləyənlər arasında “İdman" və idman.com.az nümayəndəsi də vardı. Uca Rəbbimin sayəsində, Qədim Türküstanı görmək mənə ikinci dəfə qismət oldu. Ötən dəfə Qapalı arenada ilk Asiya oyunlarıyla bağlı Aşqabada səfər etmişdim. Amma Əmir Teymurun məmləkətini görmək yeniyetmə arzularımdandı.

Daşkəndə gecə saatlarında çatdıq. Hava limanından məskunlaşacağım yerə aparan taksi sürücüsü təsadüfən həmvətənimiz çıxdı. Orada doğulmuşdu. Dedi ki, Özbəkistanda bir milyon azərbaycanlı yaşayır. Fərəhlənməyə bilməzdim. Paytaxt tipik sovet şəhərini xatırladır: enli küçələr, binalar, idarələr, beşguşəli sovet ulduzları. Küçələrdə tez-tez sarı rəngli dəmir kvas çəlləklərinə və qazlı su aparatlarına rast gəlirdim. Hava təmiz idi. Gündüz isti, axşam sərin olur. Özbəkistanla aramızda vaxt fərqi yoxdur. Şam namazı ilə müqayisə etsəm, bu fərq 45-50 dəqiqədir. Qaldıqca duydum ki, orada axşam bizdən tez düşür. Taksi ucuz olduğundan, vaxtaşırı bu nəqliyyatdan istifadə edirdim. 5-6 min soma şəhərin istənilən nöqiəsinə gedə bilirsən. Bizim pulla bu, təqribən 1 manat 50 qəpik edir. Bakıdakı kimi, Daşkənddə də aptek çox, məncə, daha artıq idi. Özbəklər əczaçıxanaya dorixona deyirlər.

FİLA yaddaşa çökdü

Qayıdım yenə əsas mövzuya. Dünya Güləş Birliyinin toplantısından sonra, təşkilatın İcraiyyə Komitəsinin azərbaycanlı üzvü Namiq Əliyev açıqlama verdi. AGF-in 1-ci vitse-prezidenti yığıncaqdakı dəyişiklikləri müsbət qiymətləndirdi:
- Tarixi konqres oldu. Bir ilə yaxın idi ki, qurumun adının və loqosunun dəyişdirilməsi ilə bağlı İcraiyyə Komitəsində müzakirələr aparılırdı. Artıq bu, baş tutdu. Uzun müddətdir ki, təşkilat FİLA adlanırdı. Bundan sonra isə bu adı ancaq nostalji hisslərlə xatırlayacağıq. Çünki qrapplinq və pankration kimi güləşə yaxın növlərin də quruma daxil olması ad dəyişikliyini zəruri etdi. Digər tərəfdən, Beynəlxalq Olimpiya Komitəsinin tövsiyələri də nəzərə alındı. Qurumun nizamnaməsində də müəyyən dəyişikliklər olundu. Eyni zamanda, 2 ildir ki, quruma başçılıq edən Nenad Laloviç yenidən Dünya Güləş Birliyinin prezidenti seçildi. O, qarşıdakı 6 il ərzində quruma rəhbərlik edəcək.
2015-ci ildə Bakıda keçiriləcək 1-ci Avropa Oyunlarına toxunan AGF rəsmisi, konqresdə oyunlara hazırlıq barədə təqdimatın iştirakçılar tərəfindən yüksək qiymətləndirildiyini bildirdi:

- Avropa Oyunlarında güləşin əvvəlcə 6 çəki dərəcəsində təmsil olunması nəzərdə tutulurdu. Aparılan danışıqlar nəticəsində isə bütün 8 çəki dərəcəsinin Oyunlarda iştirakı razılaşdırılıb. Biz istəyirik ki, olimpiya oyunlarında da güləş bütün çəki dərəcələrində təmsil olunsun. Çünki olimpiadaya salınmayan çəki dərəcələrinin də inkişaf etdirilməsi əsas vəzifələrimizdəndir.
Dünya Güləş Birliyinin "Şərəf zalı"nda Azərbaycan güləşçilərinin təmsil olunması məsələsinə münasibət bildirərkən, Namiq Əliyev bu barədə planlarının olduğunu bildirdi:

- Olimpiya və 3-qat Avropa çempionu Namiq Abdullayev, Olimpiya və 2-qat dünya çempionu Fərid Mansurov kimi tanınmış Azərbaycan güləşçilərinin Dünya Güləş Birliyinin "Şərəf zalı"nda təmsil olunması yaxın gələcək üçün əsas planlarımızdandır. Düşünürəm ki, onlar dünya güləşində layiqli yerlərini tutacaqlar.
Günün ikinci yarısında 2015-ci ildə bir sıra nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi edəcək ölkə nümayəndələrinin təqdimatları keçirilib. Azərbaycan Güləş Federasiyası Hakimlər kollegiyasının sədri Bəhmən Talebi 1-ci Avropa Oyunları barədə geniş məlumat verərək, Azərbaycanın bu yarışa səylə hazırlaşdığını bildirdi. Ardınca, Bakı-2015-ə həsr olunmuş videoçarx nümayiş etdirildi. Təqdimatı konqres iştirakçıları böyük maraqla qarşıladılar.

Tədbirdən sonra evə döndüm. Məskunlaşdığım ərazidə müxtəlif ölçüdə 10-a yaxın süni örtüklü meydança yerləşirdi. Demək olar, hər gün burada oyunlar keçirilirdi. Vətəndaşların idmana, özəlliklə futbola marağı çoxdur. Əbəs yerə, Özbəkistan millisi və klubları Asiyanın ən güclü komandalarından sayılmır. Zənnimcə, AFFA-nın futbolun gerçək inkişafı naminə onlardan götürəsi çox şey var. İdman sahəsinin təbliği və yüksəlməsi yönündə Özbəkistanla oxşarlığımız var. Bizdə ölkə başçısı cənab İlham Əliyev həm də Milli Olimpiya Komitəsinə rəhbərlik edir. Sözsüz ki, bu istiqamətdə sürətlə irəliləməkdəyik. Özbəkistan prezidenti İslam Kərimov, öz növbəsində, Uşaq İdmanının İnkişafı Fondunun rəisidir. Nazirlər və sponsorlar Hamilik şurasına daxildirlər.

Hacı Əliyev tarixə düşdü

Ertəsi gün, ayın 8-də dünya çempionatına start verildi. Orta asiyalılar mötəbər yarışın yüksək səviyyədə alınması üçün əllərindən gələni etsələr də, təcrübəsizlik ilk gündən sezildi. Media zonasında internet şəbəkəyə Wİ-Fİ ilə qoşulduğundan, artıq yükə dözməyərək iflic oldu. Belədə, internetsiz işləməli olduq. Növbəti gün hər masaya internet kabeli qoşuldu, çatışmazlıq aradan qalxdı. İlk vaxtlarda olan aşağı səviyyəli təşkilatçılıq sonradan nizama salındı və işlər rəvan getdi.
Sərbəst güləşçilərimiz mübarizəyə birinci başladılar. Təəssüf ki, ilk gün medal olmadı. Legionerlərimiz - Əhmədnəbi Qvartzatilov (57 kq), Ruslan Dibirhacıyev (70 kq), Həmzət Osmanov (86 kq) və Aslan Cəbişov (125) ümidləri doğrultmadılar. Yalnız adı üçüncü çəkilən pəhləvan, digərlərinə nisbətdə, normal çıxış etdi, 5-ci oldu. Məncə, AGF yerli bahadırlarımıza daha çox güvənməlidir; artıq zamanı yetişib! Gənc güləşçimiz Hacı Əliyev (61 kq) bunu ertəsi gün sübut etdi - komandalarımızın yeganə qızıl medalını qazanmaqla!

Son Avropa çempionu mübarizəyə 1/16 finaldan başladı. Ukraynalı Vasil Şuptar, sonra polşalı Kruştof Byenkovski, daha sonra moldovalı Andrey Perpelita pəhləvanımızın önündə aciz
qaldılar. Yarımfinalda güclü Kuba güləşçisi də Hacıya məğlub oldu. Həlledici rəqabətdə İran güləşçisi Məsud Mahmud İsmayılpurjuybariyə böyük xal üstünlüyü ilə qalib gələn bahadırımız (12:7), onu görüşün bitməsinə 10 saniyə qalmış təslim olmağa məcbur etdi.

Qələbədən sonra çempionumuz "İdman" və idman.com.az saytına açıqlama verdi. Bildirdi ki, indi əsas hədəfi Rio olimpiadası olacaq:
- Dünya çempionatına yaxşı hazırlaşmışdım. Təlim-məşqlərdə özümü yaxşı tərəfdən göstərdim. Yarışda da elə çətinlik çəkmədim. Finalda iranlı rəqibimə gəlincə, onunla əvvəllər 2 dəfə qarşılaşmışdım. Bir-birimizi yaxşı tanıyırdıq. Aramızdakı ümumi hesab 1:1 idi. Bu, bir əvəz tutaşması idi. Özümdə əminlik vardı. İlk hissədə bərabər olsaq da, növbəti yarıda məşqçilərin tövsiyələrindən nəticə çıxarıb, görüşü xeyrimə başa vurmağa nail oldum. Bundan qabaq ən böyük qələbəm Avropa çempionluğudur. İndi qalır, gələn il Bakıda keçiriləcək Avropa oyunları və Rio-2016-da fəxri kürsüyə çıxmaq. İnanıram ki, bu zirvələri də fəth edəcəyəm.

Hacının dünya çempionu olması yeni güləş tariximizdə növbəti əlamətdar hadisəyə çevrildi. Apreldə Finlandiyanın Vantaa şəhərində təşkil olunmuş Avropanın ən güclülərinin yarışında 1-ci yeri tutmuş titullu bahadır, sərbəst güləşçilər arasında dünya və qitə çempionu olan 4-cü idmançımız oldu. Güləşimizin intibah dövründə Aydın İbrahimov (57 kq; AÇ-1963, DÇ-1966), yaxın keçmişdə, 1986-cı ildə bu uğura Xəzər İsayev (62 kq) yetişiblər. Müstəqillik dövründə, 2010-cu ildə Xetaq Qazyumov (96 kq) həmin sevinci yaşayıb.

Xetaq Namiqə çatdı

Sonuncudan söz düşmüşkən, milli komandanın kapitanı bu dünya çempionatında da finala inamla yüksəldi. Yarımfinalda o, London olimpiadasının gümüş mükafatçısı, Ukrayna güləşçisi Valeri Andreyetsevi mübarizədən kənarlaşdırdı. İkiqat dünya çempionu olmaq üçün güləşçimiz Rusiya təmsilçisi Abdusalam Qadisovu üstələməli idi. 97 kq-da gərgin və bərabər keçmiş görüşdə rəqib cərimə xalı hesabına qalib gəldi. Hər halda, Xetaq Qazyumov müasir güləşimizin bayraqdarı Namiq Abdullayevin uğurunu təkrarladı: planetin ən güclülərinin yarışında 4 dəfə fərqlənmiş 2-ci kişi pəhləvan oldu.
Qarşılaşmadan sonra titullu bahadır əməkdaşımıza açıqlama verdi. Daim təvazökar olan Xetaq, bu dəfə də ənənəsinə sadiq idi: "Hakim kimin əlini qaldırdı, o da qalib oldu. Bərabər görüş oldu. Rəqibim mənə cərimə xalı hesabına qalib gəldi. Sonadək istədiyim kimi güləşə bilmədim. Bununçün daha çox çalışmaq lazımdır. Xüsüsi yanaşmada daha diqqətli olmalıyam. Rəqibimə hörmərlə yanaşıram. Onun qələbəsinə kölgə salmıram. Abdulsalam güclü idmançıdır. Çempionu muzakirə etmirlər".
Məhəmməd Müslümov (65 kq) və Əşrəf Əliyev (74 kq) hərəyə 2 mərhələ adladılar.

Stadnik və Ratkeviçin arzusu çin olmadı

Özbəklər də bizim kimi, türkdilli xalq olsa da, öz mədəniyyətləri, adət-ənənələri var. Yerlilərlə ünsiyyət zaman bəlli oldu ki, toy məclisləri maraqlı keçir. Xörəklərin şahı plovu şənlik iştiirakçıları çox erkəndən, saat 7-də yeyirlər. Elə toyları olur ki, qonaqların sayın 1000-i, 1500-ü aşır. Bəyə məclisdə mütləq çepan (xalata bənzər isti qış çöl geyimi) hədiyyə edirlər. Gəlinə yaxınlar, gələnlər zinət əşyaları bağışlayırlar.
Özbəkstanda milli valyuta çox dəyərdən düşüb. 1 manat 4 min som bərabərindədir. 100 ABŞ dollarını yerli pula dəyişəndə, 3 qalın bağlama verirlər. Onu da cibdə gəzdirmək mümkün deyil. Belədə, çalışırsan, pulu tez xərcləyəsən.
Bu Mərkəzi Asiya məmləkətində də, rus dili hər yanda geniş istifadə olunur. Dövlət idarələrində və başqa yerlərdə rəsmən latın qrafikası işlənməsinə baxmayaraq, kiril əlifbasına da qadağa yoxdur. Eşitdiyim və gördüyüm qədər, cinayətkarlıq və narkomaniya yox səviyyəsindədir. Özbəkistana səfər edən hər bir əcnəbi vətəndaş mütləq 3 gün ərzində qeydiyyata düşməlidir. Yoxsa, cərimə ödəməlisən. Bu, ölkənin əyalətlərindən Daşkəndə uzun müddətə gələnlərə də aiddir. Görünür, hökumət paytaxta kütləvi axından ehtiyatlanır.
Özbəkistanda da polis işi tələb olunan sahələrdəndir. Metroda yoxlama bizdəkindən də ciddidir. Bir məqamda onların yeraltı nəqliyyatına həsəd aparmaq olar: orada metroda çox seyrəklikdir. Dediklərinə görə, baş şəhərin əhalisi 4 milyondur. Metrodakı sərnişin sərbəstliyinə baxanda isə, az qalırsan, bu rəqəmə inanmayasan.
Saat 23:00-dan sonra şəhərdə əyləncələr dayandırılır, sakit həyat başlayır. Özbəklər də bizim kimi, qonaqpərvərdirlər. "Arşın mal alan" və "Qaynana" filmlərimiz orada çox məşhurdur.

Maraqlıdır ki, Özbəkistanda İspaniya paytaxtı Madridin “Atletiko” və Fransanın “Lans” klublarının formasını bəzəyən “Land of fire - Azerbaijan” sloqanı çox məşhurdur və Daşkənddə bizimlə həmsöhbət olanlar Azərbaycandan olduğumuzu biləndə, dərhal təbəssümlə “lənd of fayr - odlar yurdu” ifadəsini işlədirdilər.
Ayın 10-da mübarizəyə qadın güləşçilər qoşuldular. Azərbaycan komandasının uğuru elə həmin günə təsadüf etdi. Millimizin lideri Mariya Stadnik (48 kq) qızıl medalı inanılmaz şəkildə qaçırdı. Bunu deməyə onun qələbələrində qazandığı xallar əsas verir: 1/16 final - Yana Rattiqan (Böyük Britaniya; 11:0), 1/8 final - Çun Ley (Çin; 7:0), 1/4 final - Patrisia Bermudes (Argentina; 10:0) və 3-cü yer uğrunda - Emilia Vuç (Rumıniya; 11:0). Yalnız yarımfinalda polşalı İvonna Matkovska ilə görüşdə sanki daş qayaya rast gəldi (3:5).

İdman.com.az-a açıqlamasında olimpiya mükafatçısı bildirdi ki, ola bilər, yorğunluq və rəqibi saymazlıq planlarını əngəlləyib: "Yarımfinala qədər yaxşı gəldim. Rəqiblərimi böyük hesabla üstələdim. Ola bilər 1/2 finalda nisbi yorğunluq öz təsirini göstərdi. Bir də, polşalı rəqibimi lazımınca dəyərləndirmədim, görüşlərini yaxşıca təhlil etmədim: bir qədər öncə atam rəhmətə getdi, sonra xəstələndim. Bunlar da dünya çempionatında çıxışıma təsir etdi. Amma hələ heç nə bitməyib. Qarşıda yeni hədəf var. Gələn il Bakıda keçiriləcək ilk Avropa oyunlarını qazanmaq istəyirəm".
60 kq-da mübarizə aparan dünya və Avropa çempionu Yuliya Ratkeviç finala qədər maneəsiz irəlilədi. O, ardıcıl olaraq, İsveç güləşçisi Malin Yohanna Mattssonu, Kanada təmsilçisi Kristina
Fassarini, yarımfinalda Bolqarıstan idmançısı Taybe Yusseyni üstələdi. Final görüşündə monqolustanlı Tserençimend Suxeyə uduzaraq, gümüş medalla kifayətləndi.

Yarış günündən sonra Yuliya Ratkeviç təəssüratını bizimlə belə bölüşdü:
- Finala qədər çətin görüşlər keçirdim. İlk qarşılaşmada hazırkı Avropa çempionuna qalib gəldim. Sonrakı kanadalı güləşçi də zəif deyildi. 3-cü tutaşmada bolqarıstanlı Taybe Yusseynə qalib gələndə, çox sevindim. Özlüyümdə dedim ki, şükür Allaha, nəhayət, onu üstələyə bildim. Bütün bu görüşlər xeyli gücümü aldı. Monqolustanlı rəqibimi məğlub etsəydim, 2-qat dünya çempionu olardım. Təəssüf ki, alınmadı. Çox çalışdım, ilk hissədə hətta hesabda irəlidəydim. Sonra o əli ilə tez-tez burnuma zərbələr vurmağa başladı. Bu nahiyəmdə keçmiş zədə var. Həmin məqam da həlledici oldu. Qalib olmaq qismət deyilmiş. Allah qoysa, gələcəkdə əvəzimi çıxmağa çalışacağam.
Millimizin digər üzvləri - Anjela Doroqan (53 kq), İrina Netreba (58 kq), Nadya Sementsova (69 kq) və Raqnetta Qurbanzadə (63 kq) isə mübarizəni erkən dayandırdılar.

Teymurilər paytaxtı əzəmətini indi də qoruyub saxlayır

Orta Asiyanın mədəniyyət ocaqlarının əksəriyyəti Özbəkistanın payına düşür. Tarixdən məlumdur ki, Səmərqənd, Buxara, Xivə və Urkənc orta əsrlərdə çox inkişaf etmiş şəhərlər olublar. Oxuduğum qədər, bunların içərisində Səmərqənd xüsusən seçilir. Əmir Teymurun dövründə paytaxt olan bu şəhər memarlıq abidələri ilə çox zənginləşib. Məşhur sərkərdə Səmərqəndin tikintisi üçün Arazın hər iki tayından ən yaxşı ustaları ora aparıb. Arada imkan tapıb Şərqin bu əfsanəvi füsunkar şəhərini ziyarət etdim. Səmərqənd indiki paytaxtdan elə də uzaqda yerləşmir.
Azərbaycan memarlığının izləri Səmərqəndin məscid və məqbərələrində açıq-aydın hiss olunur. XI-XII əsr füsunkar memarlıq tikili kompleksi olan Şahı Zində ilə bizim İçərişəhərin Şirvanşahlar sarayı arasında bir bənzərlik, qohumluq duyulur. Yeri gəlmişkən, Məhəmməd peyğəmbərin nəslindən olan İmam Cəfər Sadiqin məzarı da orada, Registandadır. Əmir Teymurun və onun məşhur alimi Mirzə Uluqbəyin məqbərələrindəki təsvirəgəlməz əzəmət insanı əsir edir.

Saman Təhməsibi: Finalda səhv güləşdim

Geri dönərkən, yunan-Roma güləşçilərimizin uğur xəbəri gəldi. Ötən il Budapeştdə keçirilmiş eyni yarışda gümüş medal qazanmış Saman Təhmasibi (85 kq), həmin nəticəni Daşkənddə də təkrarladı. Finala qədər o, almaniyalı Ramsin Əzizsir, çinli Lianq Konq, gürcüstanlı Vladimer Qeqeşidze və yarımfinalda ukraynalı Yan Belenyuka qalib gəldi. Yarışmadan sonra güləşçimiz finalda fransalı Melonin Noumonviyə uduzduğu görüş barədə danışdı:
- Finalda səhv güləşdim. Rəqib bundan istifadə edib, ilk hissədə 2 xal aldı. Növbəti yarıda hücuma keçdim. Belədə, rəqibim müdafiədə çox bağlandı. "Parter"də sağdan işlədiyimi bilirdi. Hələ heç nə bitməyib. Qarşıda böyük hədəflərim var. Daha yaxşı hazırlaşıb, 1-ci Avropa Oyunlarında böyük uğur qazanmaq istəyirəm. Sonra bütünlüklə Rio olimpiadasına köklənəcəyəm.
Sentyabrın 12-də növbəti medal Elvin Mürsəliyevdən (75 kq) gəldi. İlk görüşdə məğlub olan idmançımız təsəlliverici görüşlərdə avstriyalı Floryan Marçili və meksikalı Xuan Eskobarı, 3-cü yer uğrunda qarşılaşmada Zurabi Datunaşvilini (Gürcüstan) üstələdi.

"İlk görüşü yaxşı başlamışdım. Sonra istəmədən səhv buraxdım. Bu da mənə baha başa gəldi". Bu açıqlamanı "İdman"a dünya çempionatında gümüş medal qazanmış Elvin Mürsəliyev dedi. Bildirdi ki, rəqibi finala irəlilədiyindən, təsəlli görüşlərdə düşən imkanları lazımınca dəyərləndirib: "İlk görüş ağır olur. Bəlkə, məğlub olduğum rəqibimlə 2-ci və ya 3-cü görüşdə qarşılaşsaydım, qalib gələ bilərdim. Sonrakı tutaşmalarda açılışdım və qələbələri sıraladım. Həlledici, 3-cu yer uğrunda görüş gərgin keçdi. Gürcü idmançı gənc idi. Bəzi titulları var. Təcrübəm sayəsində ona qalib gəldim. Bir də, ilk dəfə rəsmən dünya çempionatında iştirak edirdim. İlk fürsəti lazımınca dəyərləndirməyimə sevinirəm”.
O, gələcək planlarından da danışdı. Bildirdi ki, Bakı-2015-də fəxri kürsünün ən yüksək pilləsini hədəfləyib: "Qarşıdakı plan: gələn il Bakıda keçirələcək 1-ci Avropa Oyunlarında uğurun davamını gətirmək. Səylərimi artırıb, həmin yarışda qızıl medal qazanmaq niyyətindəyəm".

“Bir əsgər kimi, erməni rəqibimi məğlub etməliydim"

71 kq çəkidə Rəsul Çunayev ilk görüşdə Yaponiya idmançısı Noritomo Eto üzərində inamlı qələbə qazandı. Ardınca, ABŞ təmsilçisi Castin Lesterbli üstələdi. Sonra türkiyəli Yunus Özələ uduzan güləşçimiz, təsəlliverici görüşdə rumıniyalı İonel Puşkaşu və həlledici mübarizədə erməni Varşam Boranyanı 23 saniyəyə məğlub etdi, bürünc medala sahib çıxdı. O, qələbəsini yenə özünəməxsus qeyd etdi; bir əsgər kimi, erməni rəqibini məğlub etməli olduğunu bildirdi:
- Bu bizim ilk görüşümüz deyildi. Bundan əvvəl Tehranda keçirilən Dünya kuboku yarışlarında qarşılaşmışdıq və mən qalib gəlmişdim - 9:0. Onda əsgər deyildim. İndi bir əsgər kimi, erməni rəqibimi məğlub etməliydim. Bura çempionluq üçün gəlmişdim. Ancaq bəzi məqamlar buna mane oldu. Qızıl qran-pri beynəlxalq turnirinin final mərhələsindən sonra məni hərbi xidmətə çağırdılar. Buna görə də dünya çempionatına bir həftə qalmış məşqlərə qoşula bildim. Burada
ikinci görüşdən sonra tam bərpa ola bilmədim, türk idmançı ilə görüşə vaxtından əvvəl çağırdılar, məğlub oldum. Avropa çempionatında finalda, burda isə yarımfinalda uduzdum. Daha çox çalışmalıyam ki, gələn il dünya çempionu olum.
Taleh Məmmədov (59 kq), Həsən Əliyev (66 kq), Emin Əhmədov (80 kq), Şalva Qadabadze (98 kq) və Sabah Şəriəti (130 kq) mükafata layiq yer tuta bilmədilər.
Xəbər 3009 dəfə oxundu



 
Müəllifin son yazıları

17.01.2018 Bakı şəhər trasını seçməyin 5 səbəbi
12.01.2016 Möhtəşəm Bakı trası Formula-1 bolidlərini sınağa çəkərkən...
22.10.2015 İdman oyunlarını siyasi oyunlarla qarışdıranlar…
20.10.2015 «Xəzər Lənkəran» klubunun Azərbaycan futboluna «töfhəsi»
10.06.2013 Avropa çempionatında 4 medal - yeni zəfər yolunun başlanğıcı
21.01.2013 Yunan-Roma güləşimiz yeni eranın başlanğıcında
21.09.2012 «Qarabağ»a Qarabağ lazım deyil
14.09.2012 «Xəzər Lənkəran» klubunun Azərbaycan futboluna «töfhəsi»
06.09.2012 Bu Premyer Liqa da qalmaqalla başladı
28.06.2012 London olimpiadasında bayraqdar kim olacaq: Veteran, yoxsa hazırkı olimpiya çempionu?


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru