Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
24/04 | 22:21 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
24/04 | 21:22 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24/04 | 19:19 Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
24/04 | 17:18 Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
24/04 | 14:17 Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
24/04 | 13:26 Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
24/04 | 10:13 Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır
24/04 | 09:21 Azərbaycan Kubokunda finalçılar bu gün bəlli olacaq
24/04 | 09:10 Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23/04 | 19:08 Voleybol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb
23/04 | 18:07 Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub
23/04 | 17:04 Futzal üzrə Azərbaycan Kubokunun yarımfinal oyunlarına təyinatlar açıqlanıb
23/04 | 14:02 “Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
23/04 | 12:31 AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
23/04 | 12:30 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub
23/04 | 10:00 Azərbaycan şahmatçısı Avropa çempionatında ardıcıl 4 qələbə əldə edib
23/04 | 09:55 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq
22/04 | 23:29 1/4 finalçılar müəyyənləşib
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
20/04 | 10:15 Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
19/04 | 21:13 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19/04 | 20:10 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Qalib yunan-Roma güləşçilərimiz dünən Vətənə dönüb
Tarix: 08.08.2014 | Saat: 10:47:00 | E-mail | Çapa göndər
Xorvatiya paytaxtı Zaqrebdə keçirilən dünya birinciliyini uğurla başa vurmuş yunan-Roma güləşi üzrə Azərbaycan milli komandası dünən Vətənə qayıdıb. İdman.com.az saytı xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların təntənəli qarşılanması mərasimi olub. Azarkeşlər, qaliblərin doğmaları və yaxınları onları gül-çiçək dəstələri ilə salamlayıblar. Gecə saatına baxmayaraq, qalibləri xeyli KİV nümayəndəsi də qarşılayıb.

Millinin böyük məşqçisi Şaban Donat idmançılarımızın qazandıqları uğurları tarixi hadisə adlandırıb, ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan danışıb. O qeyd edib ki, Azərbaycanda idmanın bu növü həmişə inkişafdadır. Ümumiyyətlə, komandamızın dünya birinciliyindəki çıxışını yüksək qiymətləndirirəm. Dünya çempionatında komanda hesabında birinci olmaq tarixi nailiyyətdir. Bu uğur münasibətilə bütün Azərbaycan xalqını təbrik edir və bizə yaradılan şəraitə görə federasiya rəhbərliyinə öz təşəkkürümü bildirirəm.

Çempionatın qızıl medalçısı İslam Abbasov (84 kq) deyib: Mundiala yaxşı hazırlaşmışıq. Güclü təlim-məşq toplanışları keçmişik. Hər bir yarışda məqsədimiz uğurla çıxış edib, yüksək əyarlı medallar qazanmaqdır. Hazırlığımız və yarışlarda uğurlu çıxışımız üçün federasiya rəhbərliyi tərəfindən hər bir şərait yaradılıb. Bizim vəzifəmiz də maksimum səylə çalışmaq və əzmkarlıq göstərərək ölkəmizi layiqincə təmsil etməkdir. Yarışlarda bizim üçün ikinci vacib məsələ isə ermənistanlı güləşçilərlə qarşılaşarkən ikiqat əzmkarlıq göstərmək və ancaq qələbə qazanmaqdır. Buna görə də erməni rəqiblərlə görüşərkən ancaq qələbə haqqında düşünürük. Komanda yoldaşlarımız öz vəzifələrini çox uğurla icra etdilər. Onların qələbəsi bizim üçün də stimul oldu.

Dünya çempionu Ruhin Mikayılov (66 kq) bildirib ki, belə çempionatlarda zəif rəqib olmur. Qarşılaşdığım erməni rəqib bir ay bundan əvvəl Avropa çempionu olmuşdu və bütün rəqiblərini böyük hesabla üstələmişdi. Məşqçilər və federasiya rəsmilərinin dəstəyi ilə görüşə psixoloji cəhətdən yaxşı hazırlaşdım. Görüşün gərgin keçəcəyini bilirdim. Qələbə qazandığıma görə ikiqat sevinirəm. Çünki mən və komanda yoldaşlarım bu qələbələrlə son günlər Dağlıq Qarabağda baş verən hadisələrdə şəhid olan əsgərlərimizin az da olsa qisasını almış olduq. Biz güləşçi olaraq sözümüzü bu gün idman arenasında deyirik. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmri ilə səngərdə əlimizdə silah vuruşmağa da hazırıq.

Mundialın qızıl mükafatçısı Elman Muxtarov (60 kq) deyib: “Biz bu gün güləşçi kimi, xalça üzərində öz sözümüzü dedik. Üzərimizə düşən məsuliyyəti dərk edərək, bütün rəqiblərimizə, xüsusən də erməni rəqiblərimizə heç bir şans vermədən qələbə qazandıq. Biz hamımız Ali Baş Komandan, dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin əsgərləriyik. Ali Baş Komandanın əmri ilə əldə silah səngərdə də düşmənin qarşısına çıxıb, ona qalib gəlməyə hazırıq”.

Güləşçilərimiz, ümumilikdə, 5 qızıl və 1 gümüş medal qazanmaqla Azərbaycan güləş tarixində yeni səhifə yazıblar. Səkkiz çəki dərəcəsindən 6-da finala yüksələn təmsilçilərimiz komandanın gələcəyinin etibarlı əllərdə olduğunu sübut ediblər. Yekunda 59 xal toplayan yığmamız komanda hesabında dünya çempionatını birinci sırada tamamlayıb. İkinci yerdə Gürcüstan, üçüncü sırada Türkiyə yığması qərarlaşıb.

Qeyd edək ki, 2012-ci ildə Tailandda keçirilən dünya çempionatında da gənc yunan-Roma güləşçilərimiz komanda hesabında birinci olmuşdular. Ancaq həmin vaxt güləşçilərimiz 3 qızıl və 1 bürünc medalla Vətənə qayıtmışdı.
Xəbər 988 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
07.04.2024 Azərbaycanın 6-cı sərbəst güləşçisi olimpiadaya lisenziya əldə edib
07.04.2024 Azərbaycan güləş millisi Paris-2024 Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb
07.04.2024 Avropa Olimpiya Təsnifat turniri: Hacı Əliyev ardıcıl üçüncü dəfə olimpiadaya lisenziya əldə edib
07.04.2024 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
14.03.2024 Azərbaycan güləşçiləri "Zəfər kuboku"unda 22 medal qazanıblar
16.02.2024 Avropa çempionatı: Qadın güləşçimiz bürünc medal qazanıb
15.02.2024 Avropa çempionatı: Azərbaycanın daha bir qadın güləşçisi qızıl medal qazanıb
15.02.2024 Avropa çempionatında ikinci yeri tutan Azərbaycan güləşçiləri Vətənə dönüblər
15.02.2024 Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi qızıl medal qazanıb
14.02.2024 Azərbaycanın daha bir güləşçisi Avropa çempionatında ikinci yeri tutub


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru