Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
13.02.2017 Bakı-2017
IV İslam Həmrəyliyi Oyunları. Bakı, 12-22 May 2017
01.02.2017 AGIN
2017-2020-ci illər üçün Azərbaycan Respublikasının vahid idman təsnifatı
 Xəbərlər
22/04 | 17:32 Formula 1 Azərbaycan Qran-Prisinin bolidləri Bakıya gətirilib
22/04 | 16:11 Qadınlar arasında şahmat üzrə Avropa çempionatının sonuncu turunun oyunları keçirilir
22/04 | 15:35 Bakıda Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıqlar başa çatır
22/04 | 14:47 Əlcəzair yığması Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirinə 14 cüdoçu ilə qatılacaq
22/04 | 14:21 Boksçularımız beynəlxalq turnirdə iki medal qazanıblar
22/04 | 13:55 İsmayıllıda “Qızlar futzal kuboku” turniri keçirilib
22/04 | 13:21 Şəkidə Ulu Öndərin xatirəsinə həsr olunan futzal turnirində 26 komanda mübarizə aparır
22/04 | 12:17 Taekvondo üzrə açıq Bakı birinciliyində 550 idmançı iştirak edir
22/04 | 12:05 İdman rəqsləri üzrə Bakı şəhər çempionatı keçirilib
22/04 | 11:30 Naxçıvanda sərbəst güləş üzrə şəhər birinciliyi keçirilib
22/04 | 11:00 Savatçılarımız Tbilisidəki beynəlxalq turnirdə medallar qazanıb
22/04 | 10:21 Rafael Ağayev "Karate 1" seriyasından Premyer Liqa turnirində bürünc medal qazanıb
22/04 | 10:05 Futbol üzrə payız/yaz birinciliyinin növbəti turunun oyunları keçirilib
22/04 | 09:55 Astarada yunan-Roma güləşi üzrə respublika birinciliyi keçirilib
21/04 | 17:15 Bədii gimnastika üzrə Azərbaycanın gənclərdən ibarət komandası qızıl və gümüş medallar qazanıb
21/04 | 16:03 Nərminə Səmədova topla hərəkətlərdə bürünc medal əldə edib
21/04 | 15:52 Azərbaycan gimnastı lentlə hərəkətlərdə gümüş medal qazanıb
21/04 | 13:55 Arzu Cəlilova iplə hərəkətlərdə bürünc medal qazanıb
21/04 | 12:55 Azərbaycan şahmatçısı İspaniyada beynəlxalq turnirdə ikinci yeri tutub
21/04 | 10:58 Sumoçumuz Avropa çempionatında qızıl medal qazanıb
20/04 | 17:22 Vinq çun üzrə birinci respublika çempionatının açılış mərasimi keçirilib
20/04 | 16:00 Azərbaycan şahmatçısı İspaniyada keçirilən beynəlxalq turnirdə birinci yerə yüksəlib
20/04 | 15:19 Karateçimiz Rafael Ağayev Premyer Liqa turnirində bürünc medal uğrunda mübarizə aparacaq
20/04 | 15:18 Karateçimiz Rafael Ağayev Premyer Liqa turnirində bürünc medal uğrunda mübarizə aparacaq
20/04 | 14:40 Dohada dünyanın ən böyük atletika sərgisi açılıb
20/04 | 13:24 AFFA-da klubların maliyyə menecerləri üçün seminar keçirilib
20/04 | 12:09 Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyununun daha bir səfiri müəyyənləşib
20/04 | 11:04 Milli Gimnastika Arenasında bədii gimnastika üzrə ikinci “AGF Junior Trophy” beynəlxalq turniri başlayıb
20/04 | 10:29 Sumoçumuz Avropa çempionatında iki qızıl medal qazanıb
20/04 | 09:57 Yaponiya yığması Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirinə ən güclü cüdoçularla qatılacaq
19/04 | 16:51 Azərbaycanın iki güləşçisi dünya reytinqində liderliyə yüksəlib
19/04 | 16:14 Antalyada məktəblilər arasında şahmat üzrə dünya çempionatı davam edir
19/04 | 15:15 Azərbaycanlı MMA idmançısı növbəti döyüşünə çıxacaq
19/04 | 14:20 Azərbaycan şahmatçısı Arkadi Naydiç “GRENKE Chess Classic 2019” superturnirində mübarizə aparacaq
19/04 | 13:53 Rabatda Karate 1 Premyer Liqa turniri start götürüb
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 25 17 6 2 55-19 57
2 Neftçi 25 16 7 2 45-19 55
3 Səbail 25 11 5 9 31-28 38
4 Qəbələ 25 9 9 7 29-27 36
5 Sabah 25 7 5 13 19-36 26
6 Zirə 25 6 7 12 24-36 25
7 Sumqayıt 25 5 5 15 19-40 20
8 Keşlə 25 5 4 16 23-40 19
Paris Disneylendinin “ağır günlər”i
Tarix: 06.12.2011 | Saat: 13:24:00 | E-mail | Çapa göndər
Qabil Mehdiyev | qabil-so@mail.ru


Və ya sonuncu günün sevinci: 5 lisenziya!
Avropada yeganə olan Disneylend şəhərciyi Parisin ətraf rayonlarından olan Marne de Ville inzibati bölgəsində yerləşir. Bura təkcə Fransanın deyil, həm də qonşu ölkələrdə yaşayan uşaqların ən sevimli və nəhəng əyləncə məkanıdır. Hər gün minlərlə uşaq, eləcə də onların valideynləri həvəslə bu şəhərciyə gəlir və gec saatlaradək vaxtlarını burada keçirirlər.

Fransa Ağır Atletika Federasiyasının noyabrın 5-dən 13-dək Parisdə keçirilən dünya çempionatını məhz Disneylenddə təşkil etməsi bir qədər qəribə görünsə də, hər halda onların əsas məqsədi bu məkanın təbliğinə yönəlmişdi.

Artıq bir çox idman növlərində dünya çempionatları çərçivəsində müvafiq beynəlxalq federasiyaların konqreslərinin təşkili ənənə halını alıb. Bu da, sözsüz ki, dünyanın hər yerindən gələn idman nümayəndə heyətlərinin bir arada olması fürsətinin həmişə ələ düşməməsindən irəli gəlir. Yəni, bir növ, “həm ziyarət, həm ticarət”.

Noyabrın 4-də, çempionatdan bir gün öncə Parisdə Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) konqresi keçirildi. Azərbaycanı tədbirdə gənclər və idman nazirinin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının birinci vitse-prezidenti İsmayıl İsmayılov və federasiyanın icraçı direktoru İsgəndər Əsgərov təmsil edirdilər.

İlk olaraq konqres iştirakçılarını salamlayan IWF prezidenti Tomaş Ayan gündəlikdəki məsələlər barədə məlumat verdi.
Federasiyanın baş katibinin, IWF komitə rəhbərlərinin hesabat çıxışlarından sonra bir sıra ölkələrdə keçiriləcək yarışlara hazırlıq barədə həmin ölkələrin təqdimatı keçirildi. Ardınca, London olimpiadasına hazırlıq, eləcə də olimpiya oyunları zamanı ağır atletika yarışlarının keçiriləcəyi məkan barədə xüsusi videoçarx nümayiş etdirildi.

Tədbirin gedişində növbəti dünya çempionatlarının keçirilmə məkanları da məlum oldu. Beləliklə, qarşıdakı 3 dünya çempionatı - 2013-cü ildə Varşavada (Polşa), 2014-cü ildə Astanada (Qazaxıstan), 2015-ci ildə Hyüstonda (ABŞ) təşkil ediləcək.
Yeniyetmələr arasında analoji yarış 2013-cü ildə Limada (Peru), 2014-cü ildə Sankt-Peterburq və ya Vladivostokda (Rusiya), 2015-ci ildə Varşavada (Polşa) keçiriləcək.

Gələnilki lisenziya xarakterli qitə çempionatlarının və təsnifat turnirlərinin məkanları da elan edildi: Avropada Antalya (Türkiyə), Afrikada Nayrobi (Keniya), Asiyada Pyonqtaek (Koreya), Amerikada Antiqua (Qvatemala) və Okeaniyada Apia şəhəri (Samoa) qitə çempionatlarına ev sahibliyi edəcəklər.

Konqresdə bir çox ölkələrin nümayəndələri çıxış edərək, hələ başlamamış çempionatın təşkilatçılığı ilə bağlı iradlarını da bildirdilər. Qeyd edək ki, qonaqların qeydiyyatı və yerləşdirilməsi məsələsində təşkilat komitəsinin tam hazır olmadığı üzə çıxmışdı. Bu da saatlarla gözləyən idmançıların, eləcə də bir sıra federasiya rəhbərlərinin narazılığına səbəb olmuşdu.

Yarışın sponsorlarından olan və idman inventarları istehsalı ilə məşğul olan “Eleiko” firmasının nümayəndəsi elan etdi ki, bunadək dünya çempionatlarında 999 rekord qeydə alınıb. Parisdə ilk rekord 1000-ci olacaq. Buna görə də, həmin nəticənin sahibinə firmanın istehsalı olan 3300 avroluq ştanq hədiyyə ediləcək. Hadisələri qabaqlayaraq qeyd edim ki, bu xoşbəxtlik Azərbaycan idmançısına nəsib oldu.

Konqresdə o da məlum oldu ki, Parisə gəlmələrinə baxmayaraq, Bolqarıstan, Kipr, CAR, Oman, Qətər, Syerra Leone, Şri Lanka idmançıları yarışa buraxılmayacaq. Bu da WADA-nın tələblərinə məhəl qoymayan bu ölkələrin milli federasiyalarının öz idmançılarının yerlərini dopinq testi üçün bildirməmələri ilə bağlıdır.
Konqres başa çatdıqdan sonra dünya çempionatının təntənəli aşılış mərasimi keçirildi.

Disneylenddə kişilərin yarışında 81 ölkədən 327 idmançı, qadınlarda isə 53 ölkədən 231 idmançı mübarizə aparırdı.
Azərbyan idmançılarının çıxışlarına gəlincə, ilk olaraq, noyabrın 5-də iki idmançımız mübarizəyə qoşuldu. Əvvəlcə 48 kq çəkidə Angelo Volkova “A” qrupunda yarışdı. 30 nəfərin mübarizə apardığı bu çəkidə idmançımız 75 kq birdən, 95 kq təkanla qaldıraraq, ümumi 170 kq nəticə ilə 8-ci oldu. Komandaya 18 xal qazandıra bildi.
Həmin gün komandanın əsas ümidi Valentin Xristov da yarışdı. 56 kq-da yarışan idmançımız 31 nəfər arasında dünya üçüncüsü oldu. 17 yaşlı Valentin birdən qaldırmada 122 kq, təkanla isə 154 kq çəkini ram etdi və ümumi 276 kq nəticə ilə bürünc medal qazandı.

V.Xristov bir kiçik medal da təkanla qaldırmada qazandı. Sevindirici haldır ki, 154 kq çəkini qaldırmaqla o, 1000-ci dünya rekordunun sahibi oldu. Bu ona “Eleiko” firmasının təsis etdiyi və dəyəri 3300 avro olan ştanq qazandırdı. Ən əsası isə, bu nəticə komandamızın lisenziya aktivinə 23 xal əlavə etdi. İdmançımıza medalları Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti Cahangir Əsgərov təqdim etdi.
Valentin yarışdan sonra keçirilən mətbuat konfransında bildirdi ki, Bolqarıstanda anadan olmasına baxmayaraq, məşqçisi ilə birlikdə Bakıya gəlməsindən və Azərbaycanın şərəfini qorumaqdan məmnundur. Çünki burada onlar üçün hər bir şərait yaradılıb. Və buna görə federasiya prezidenti Cahangir Əsgərova minnətdarlığını bildirdi. 11 yaşından ağırlıqqaldırma ilə məşğul olduğunu bildirən Valentin, 1000-ci dünya rekordunun onun həyatında ilk belə hadisə olduğunu vurğuladı.
Noyabrın 6-da qadınların yarışında ölkəmizi “A” qrupunda Boyanka Kostova (53 kq) təmsil edirdi. Birdən qaldırmada 92 kq, təkanla qaldırmada 108 kq nəticə göstərən Boyanka, ümumilikdə 200 kq çəki ilə 38 rəqibi arasında 8-ci oldu. Bu isə qadın komandamıza 20 xal qazandırdı.
Noyabrın 8-də eyni çəki dərəcəsində (69 kq) iki idmançımız yarışa qoşuldu. Sərdar Həsənov “A”, Əfqan Bayramov “B”, qrupunda qüvvələrini sınadılar. Sərdar (150 kq + 176 kq) 326 kq nəticə ilə 5-ci, Əfqan isə (138 kq + 178 kq) 316 kq-la 10-cu yeru tutdular. Bununla da iki idmançımız komandaya birlikdə 42 xal qazandırdılar.
Noyabrın 11-də dünya çempionatında iştirak edən hər üç idmançımız - Nailxan Nəbiyev, Namiq Cəmilov və İntiqam Zairov “B” qrupunda yarışırdılar.
36 idmançının yarışdığı 85 kq çəki dərəcəsində Namiq (157 kq + 192 kq) 349 kq-la 18-ci, Nailxan (153 kq + 186 kq) 339 kq nəticə ilə 23-cü oldular. Bu iki idmançının komandaya qazancı isə 11 xal oldu.
45 nəfərin mübarizə apardığı 94 kq çəkidə İntiqam Zairov (177 kq + 215 kq) 392 kq ram etməklə 9-cu oldu və komandaya sonuncu 17 xalı qazandırdı.

Çempionatın qaydalarına əsasən, hər ölkədən yalnız 6 idmançının çıxışı komandaya xal qazandıra bilərdi. Digər idmançılar isə lisenziya xalları deyil, yalnız medal uğrunda yarışa bilərdilər. Noyabrın 12-də, 105 kq çəkidə ölkəmizin şərəfini qoruyan Tornike Kokayanın iştirakı da formal xarakter daşıyırdı və onun uğurlu çıxışı yalnız medal qazanmaq ola bilərdi. O isə (157 kq + 200 kq) 357 kq nəticə ilə 19-cu yeri tutdu.
Azərbaycan idmançılarından, axırıncı olaraq, çempionatın sonuncu günündə xanım idmançımız Yuliya Dovqal (+75 kq, 28 iştirakçı) çıxış etdi. 263 kq (birdən - 118 kq, təkanla - 145 kq) nəticə ilə dünya 5-cisi olan Yuliya 21 xal əldə etsə də, ötənilki dünya çempionatında qazanılan xalların azlığı üzündən, qadın komandamız lisenziya verən 21 ölkə sırasına düşə bilmədi. Halbuki bu dəfə cəmi 3 idmançı ilə 59 xal qazanan komandamız, 16-cı pillədə yer alaraq, 3 lisenziya qazanan Ekvadordan da yaxşı nəticə göstərdi. Ümumilikdə, 3 xanım idmançımız qazandıqları xallara görə, lisenziya qazanan 6 ölkəni (üstəlik, həmin ölkələr 3 yox, 4 nəfərlə mübarizə aparırdı - red.) geridə qoydular. Amma hər halda, hələ də lisenziya qazanmağa imkan var. Bunun üçün gələn il aprelin 6-dan 16-dək Antalyada keçiriləcək qitə çempionatında qızlarımız uğurlu çıxış etməlidirlər. Nəzərə alsaq ki, son iki dünya çempionatının yekununa əsasən, lisenziya qazanmış Rusiya, Türkiyə, Belarus, Ukrayna, Polşa, Almaniya və Ermənistan qadınlarının çıxışı Antalyada formal xarakter daşıyacaq, onda qızlarımızın lisenziya imkanlarının daha yüksək olduğunu qeyd etməliyik.
Bununla da 93 xal toplayan kişilərdən ibarət Azərbaycan yığma komandası ümumi hesabda bu mundialın ən yaxşı 4-cü komandası oldu. Lakin ötən il Antalyada keçirilmiş dünya çempionatında qazandığı 69 xalla cəmləyəndə, ölkəmiz son iki dünya çempionatının nəticəsinə əsasən, 162 xalla 12-ci yeri tutdu. Bu isə London Olimpiadasına 5 lisenziya deməkdir.
Qeyd edək ki, əgər komandamız 4 xal az toplasaydı onda lisenziyalarımızın sayı 5 deyil, 4 olacaqdı. Bu isə o deməkdir ki, mundialda iştirak etmiş hər bir idmançımızın qazanılan lisenziyalarda zəhməti var. Sevindirici haldır ki, bütün idmançılarımız sifariş etdikləri çəkiləri ram edə bildilər.
Bir faktı da qeyd edim ki, sonuncu gün 2 Belarus idmançısı öz komandasına xal qazandıraraq, ölkəmizin 13-cü pilləyə düşüb 4 lisenziya ilə kifayətlənməsinə səbəb ola bilərdi. Xoşbəxtlikdən onlar bunu bacarmadılar.
Ümumilikdə isə, aşağıdakı ölkələr Parisdə Londona lisenziya qazana bildilər:
6 lisenziya - Çin, Rusiya, İran, Koreya, Polşa, Ukrayna;
5 lisenziya - Misir, Özbəkistan, Koreya Xalq Respublikası, Türkiyə, İndoneziya, Azərbaycan;
4 lisenziya - Qazaxıstan, Belarus, Kolumbiya, Kuba, Albaniya, Ermənistan;
3 lisenziya - Türkmənistan, Gürcüstan, Fransa, Rumıniya, Tailand, Almaniya.
Sonda onu da qeyd edim ki, dünya çempionatında ölkəmizi idmançılarla yanaşı, bir də, beynəlxalq dərəcəli hakim təmsil edirdi. Bu təcrübəli mütəxəssis, çempionatın 3 katibindən biri olan Vahid Nəzərov idi.
Xəbər 1903 dəfə oxundu



 
Müəllifin son yazıları

20.04.2017 Mənim “İdman” sevgim
16.02.2016 AIPS-dən sağlam və ədalətli idmana çağırış
03.02.2015 Ermənilər Uruqvayı da biabır etməyi bacardılar
19.02.2014 Baku - The capital of AIPS’s 77th congress and 90th anniversary
13.08.2012 10 olimpiya medalı: “İdman ili”nə əsl hədiyyə
15.05.2012 İdman iliniz mübarək!
15.06.2011 Jurnalistin qeyd dəftərçəsi bağlandı…


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
"Tokio-2020": Yəhər və sükan arxasında
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Dünya kubokunun sirləri
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru