Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
19/04 | 10:32 Azərbaycan Premyer Liqasında tura Tovuzda start veriləcək
18/04 | 14:22 Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
18/04 | 14:21 Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
18/04 | 11:39 Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
18/04 | 10:47 Azərbaycanın U-17 millisi İnkişaf turnirində iştirak edəcək
18/04 | 10:16 Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
18/04 | 09:17 Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
17/04 | 20:34 Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17/04 | 18:32 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17/04 | 16:48 Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib
17/04 | 15:36 Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
17/04 | 12:40 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
17/04 | 11:49 Azərbaycan bilyardçısı Avropa çempionu olub
17/04 | 11:18 Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar
17/04 | 10:17 Azərbaycan stolüstü tennisçiləri “Türk Dövlətləri” beynəlxalq turnirində mükafat qazanıblar
17/04 | 09:44 Fərid Qayıbov ABŞ-də azərbaycanlı idmançılar və tələbələrlə görüşüb
16/04 | 18:05 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir
16/04 | 17:23 Azərbaycan voleybol çempionatı: yarımfinal mərhələsinin daha bir oyunu keçirilib
16/04 | 15:29 Azərbaycan Premyer Liqası: "Qarabağ” – “Neftçi” görüşünün başlama saatı bəlli olub
16/04 | 13:42 Paytaxtın abad məhəllələrində minifutbol yarışlarına start verilib
16/04 | 12:57 Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək
16/04 | 11:25 Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb
16/04 | 09:23 Azərbaycanın futzal millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək
15/04 | 19:25 Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib
15/04 | 15:50 “Sabah” ardıcıl iki oyunda "Qarabağ"a üç qol vurmaqla tarixə düşüb
15/04 | 15:08 Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək
15/04 | 12:53 Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar
15/04 | 12:01 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
15/04 | 11:49 Azərbaycan para-badmintonçuları İspaniyada beynəlxalq turnirdə iştirak edəcəklər
15/04 | 11:25 Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
15/04 | 10:37 Azərbaycan çempionatında 4-cü turun partiyaları keçirilib, vahid lider bəlli olub
15/04 | 09:49 Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar
14/04 | 22:10 Cüdo üzrə Bakı kəndləri birinciliyi keçirilib
14/04 | 21:32 Azərbaycan cüdoçuları Berlindəki Avropa Kubokunda birinci yeri tutub
14/04 | 20:14 Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
“Qəbələ”nin kikboksçusu «Glory Ranked Fights»ə vəsiqə qazandı
Tarix: 29.06.2014 | Saat: 20:57:00 | E-mail | Çapa göndər
Bu gün Qəbələ Olimpiya İdman Kompleksində möhtəşəm şou gecəsi keçirildi. İdman.com.az saytı xəbər verir ki, “Qəbələ” İdman Klubunun təşkilatçılığı, Gənclər və İdman Naziriliyinin və Azərbaycan Kikboksinq Federasiyasının dəstəyi ilə ilk dəfə kikboks üzrə reytinq xarakterli döyüşləri baş tutdu. Saat 17:00-da başlayan yarış “İdman Azərbaycan” telekanalı ilə canlı yayımlandı. Bundan başqa, dünyaca məşhur «Evrosport», Rusiya və Çinin TV-ləri də şounu diqqətlə izlədilər. Tədbiri məşhur rinq anosçusu və şoumeni Aleksandr Zaqorski idarə etdi.

İlk olaraq rinqə Azərbaycan kikboksçusu Rəhim Əliyev və Daniel Korbeanu (Rumıniya) çıxdı. 5 raund davam edən döyüşdə qalib rəqib idmançı oldu. 2-ci görüşdə əslən azərbaycanlı olan Ukrayna rinq ustası Roman Mayılov polşalı Mateuş Kopieç 3 hissənin yekununda məğlub etdi.

Şou gecəsində maraqlı görüşlərdən biri həmyerlimiz Ramal Aslanovla çinli Guo Xianfenq arasında baş tutdu. Rəqib cəld zərbələr endirsə də, kikboksumuz ağır zərbələrlə məsələni elə ilk raunda xeyrinə həll etdi. Almaniyalı Yuri Kel də döyüşü vaxtından əvvəl başa çatdırdı. Telman Süleymanov (Azərbaycan) 2-ci hissədə nokautla uduzdu. Xorvatiyalı Teo Mikeliçlə litvalı Tadas Yonkusun döyüşündə adı ilk çəkilən idmançı qalib gəldi.

Sonra ən reytinqli – «Glory Ranked Fights» üzrə döyüşlər keçirildi. Birinci rinqə Lim Çi-Bin (Koreya) ilə Mosab Əmrani (Mərakeş) çıxdı. Gərgin mübazədə afrikalı idmançı elə ilk raunda rəqibini öncə noqdaun, sonra nokauta göndərdi. Qalibə kuboku gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov təqdim etdi. Qeyd edək ki, Əmrani reytirnqdə 1-cidir. O, yarışdan bir gün öncə verdiyi açıqlamada, Azərbaycana öz liderliyini qorumaq üçün gəldiyini bildirmişdi.

Növbəti döyüşdə Pərviz Abdullayev çinli Jiao Fukai qarşılaşdı. Dramatik mübarizədə həmyerlimiz 2-ci hissədə rəqibin qarın nayihəsinə tutarlı zərbə vurdu. Jiao bu vuruşdan nokauta düşdü və xeyli sonra ayağa qalxdı. Qalibə kuboku «Qəbələ» İdman Klubunun vitse-prezidenti Fariz Nəcəfov verdi. Bu qələbə ilə idmançımız «Glory» seriyasına vəsiqə qazandı.

Yarımfinal qarşılaşmasında Ramal Aslanov ukraynalı həmvətəni Roman Mayılovla üz-üzə gəldi. İlk hissə bizim idmançının üstünlü şəraitində keçdi. Növbəti 2 raundda da Ramal təşəbbüsü əldən vermədi. Hakimləri yekun rəyi xeyrimizə oldu və kikboksçumuz xal hesabı ilə qələbə qazandı.

Yuri Kel ilə Teo Mikeliçin mübarizəsi uzun çəkdi. İlk 3 hissədə qalib müəyyənşmədi. Əlavə raundda Almaniyalı idmançı üstün hesab edildi.

«Glory» seriyasında növbəti qarşılaşma Ərxan Varol (Türkiyə) ilə son çempion Albert Kraus (Niderland) arasında baş tutdu. 3 hissənin sonunda qalib holland idmançı oldu.

Ən ağır çəkili kikboksçuların döyüşündə Camal Ben Sadiq (Mərakeş) və Hesdi Greges (Misir) üz-üzə gəldi. Döyüşdən əvvəl təşkil olunmuş təqdimat mərasimində bu idmançılar arasında gərginlik yaşanmışdı. Belə ki, rinq ustaları bir neçə dəqiqə gözlərini bir-birindən çəkməmişdi. Onları yarışın təşkilatçıları aralamışdı. Bu güzəştsizlik özünü rinqdə də göstərdi. Camal rəqibinə qaydalardan kənar - o yerdə ikən zərbə endirdiyi üçün, baş hakim tərəfindən döyüşdən kənarlaşdırıldı. Misirli idmançıya kuboku Azərbaycan Kikboksing Federasiyasının prezidenti Adil Əliyev təqdim etdi.

Şou gecənin finalında Yuri Kel ilə Ramal Aslanov qarşılaşdılar. İlk 3 raundda idmançımız fəallıq göstərsə də, referilər əlavə hissəyə ehtiyac gördülər. Ramal yumruqla çox zərbə endirdiyindən, xal ehtiyatını elə də yüksəldə bilmədi. Hakimlər də bəzi məqamlarda ona qarşı ədalətsiz oldular. Nəticədə, Yuri yarışın qalibi olaraq, «Glory» seriyasına vəsiqə qazandı. Ona mükafatları Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Füzuli Musayev və peşəkar boksçu Fariz Məmmədov təqdim etdilər.

Kamran HACI, Qəbələ

Xəbər 1157 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
26.11.2023 Azərbaycan kikboksçuları dünya çempionatında rekorda imza atıblar
21.11.2023 Azərbaycan kikboksçusu reytinq döyüşünün qalibi olub
04.09.2023 Azərbaycan kikboksçuları Avropa birinciliyini 63 medalla başa vurublar
03.09.2023 Azərbaycan kikboksçuları Avropa Çempionatında uğurla çıxış ediblər
24.07.2023 Kikboksinq üzrə Azərbaycan milli komandasının yeni kapitanı müəyyənləşib
02.07.2023 Fərid Ağamoğlanov: Finalda italiyalı idmançıdan güclü olduğumu sübut etdim
02.07.2023 Kikboksçumuz III Avropa Oyunlarında qızıl medal qazanıb
30.06.2023 Kikboksçumuz III Avropa Oyunlarında azı bürünc medalı təmin edib
12.06.2023 Misirdə keçirilən kikboksinq üzrə “Heydər Əliyev kuboku”na yekun vurulub
02.05.2023 Kikboksinq üzrə “Heydər Əliyev kuboku” yarışının qalibləri müəyyənləşib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru