Azərbaycan Premyer Liqada 2014/2015 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" klubu daha bir futbolçunu heyətinə qatıb.
İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda Taqim Novruzovla 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, 25 yaşlı futbolçu karyerası ərzində "Şahdağ", "Qarabağ", "Turan", MOİK, "Muğan", AZAL, "Rəvan" və "Simurq"un şərəfini qoruyub.
|