Rusiya millisinin baş məşqçisi Fabio Kapello rəhbərlik etdiyi komandanın dünya çempionatındakı şansını dəyərləndirib. O deyib ki, indidən hansısa proqnoz vermək çətindir.
“Təbii ki, mənim yarışla bağlı arzum var. Amma bu haqda danışmayacam. Bir dəfə jurnalistlər mənə kimin dünya çempionu olacağı haqda sual vermişdilər. O zaman da demişdim, indi də təkrar edirəm, hətta Rusiyanın da çempion olmaq şansı var. Amma bu, yalnız kağız üzərindədir”.
Xatırladaq ki, Rusiya millisi H qrupunda Belçika, Əlcəzair və Koreya ilə eyni qrupda yarışacaq.
|