Növbəti mövsümə hazırlıqlarını davam etdirən "Sumqayıt" klubu 3-cü transferini rəsmiləşdirib.
İdman.com.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Nodar Məmmədov, Ramazan Abbasovun ardından Aqil Nəbiyev də müqaviləyə imza atıb. 31 yaşlı futbolçu komanda ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Aqil Nəbiyev karyerası ərzində "Turan", AZAL, "Bakı" və "Rəvan"ın formasını geyinib. O, həmçinin Azərbaycan millisi ilə 5 oyuna çıxıb.
|