Gələn ay Braziliyada keçiriləcək dünya çempionatının bəzi iştirakçı komandaları yoldaşlıq görüşlərində qüvvələrini sınayıb.
Mundial iştirakçılarından Avstraliya CAR-la qarşılaşıb. Oyun 1:1 hesabı ilə yekunlaşıb.
Rusiya Slovakiya ilə üz-üzə gəlib və rəqibini 1:0 hesabı ilə məğlub edib. İran isə Monteneqro yığması ilə qolsuz heç-heçə edib. Digər oyunda Kamerun Makedoniyanı məğlub edib - 2:0. Belçika isə öz meydanında Lüksemburq millisini qəbul edib. Oyun meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.
26 may
Yoxlama oyunları
21:30. Monteneqro - İran - 0:0
22:00. Makedoniya - Kamerun - 0:2
Qollar: Vebo, 52 (0:1), Motin, 84 (0:2)
23:45. Belçika - Lüksemburq - 5:1
Qollar: Lukaku, 3 (1:1), Yoaxim, 13 (1:1), Lukaku, 23 (2:1), 53 (3:1), Şadli, 71 (5:1)
14:30. Avstraliya - CAR - 1:1
Qollar: Ayanda Patosi, 13 (0:1), Tim Cahill, 14 (1:1)
19:00. Rusiya - Slovakiya - 1:0
Qol: Kerjakov, 82 (1:0)
|