Gələn ay Braziliyada keçiriləcək dünya çempionatının bəzi iştirakçı komandaları bu gün yoldaşlıq görüşlərində qüvvələrini sınayacaq.
Mundial iştirakçılarından Avstraliya, Rusiya, İran, Kamerun və Belçika yığmaları bu gün meydana çıxacaqlar.
Avstraliya CAR-la, Rusiya Slovakiya, İran isə Monteneqro yığması ilə qarşılaşacaq. Digər iki oyunda Kamerun Makedoniya, Belçika isə Lüksemburq millisi ilə üz-üzə gələcək.
26 may
Yoxlama oyunları
14:30. Avstraliya - CAR
19:00. Rusiya - Slovakiya
21:30. Monteneqro - İran
22:00. Makedoniya - Kamerun
23:45. Belçika - Lüksemburq
|