Xəbər verdiyimiz kimi, mayın 29-dan iyunun 5-dək AFFA-nın təşkilatçılığı ilə Bakıda 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında ənənəvi IV “Caspian Cup” beynəlxalq turniri keçiriləcək.
Yarışın iştirakçıları müəyyənləşib. Turnirdə Azərbaycanın U-16 və U-17 komandaları, Yaponiya, Türkiyə, Əfqanıstan, Qırğızıstan, Gürcüstan, Özbəkistan, Bolqarıstan, İran, Tacikistan, Qazaxıstan yığmaları mübarizə aparacaqlar.
Komandalar dörd qrupda yarışacaqlar.
|